27 Aprel 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlara dövlət dəstəyini ictimaiyyət yüksək qiymətləndirir

2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin növbəti dəfə hərbi təxribatlarına cavab olaraq müzəffər Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməyə başlaması tariximizdə yeni bir şanlı səhifə açır.

İşğal altında olan rayonlarda və cəbhəyanı ərazilərdə qeydiyyatda olan mikro və kiçik sahibkarlıq subyektlərinə baş vermiş hadisələr nəticəsində dəymiş maddi zərərin təsirinin azaldılması, sahibkarlıq fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 15 oktyabr 2020-ci il tarixində "İnzibati icraat haqqında" Qanunun müddəalarına uyğun olaraq qərar qəbul edilib. Bu sənədə əsasən, vergi ödəyiciləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan qərarlar tam şəkildə, səyyar vergi yoxlamalarının nəticəsi üzrə qəbul olunmuş qərarların isə maliyyə sanksiyasının tətbiq edilməsi hissəsi ləğv edilib.

Beləliklə, 2013 vergi ödəyicisinin 6 milyon 544,3 min manat məbləğində, o cümlədən tam və qismən işğal altında olan rayonlar üzrə 191 vergi ödəyicisinin 103 min manat, cəbhəyanı rayonlar üzrə isə 1822 vergi ödəyicisinin 6 milyon 441,4 min manat məbləğində maliyyə sanksiyası ləğv olunub.

İqtisadçı ekspert Rəşad Həsənov dövlətin sahibkara dəstəyinin siyasi, iqtisadi və mənəvi əhəmiyyətini vurğulayaraq bildirib ki, dövlət hər zaman müxtəlif formalarda mümkün imkanlar daxilində sahibkarları müəyyən dəstəklə təmin edir: "Bununla bağlı bu günədək çoxlu mexanizmlər də formalaşıb. Amma indiki şərtlər daxilində sabiq xərclərin kompensasiyası istiqamətində dəstək mexanizmləri daha effektivdir. Belə bir şəraitdə də hökumət sahibkarın xərclərinin müəyyən qədər azaldılması və əvəzlənməsi istiqamətində prinsipial mövqe nümayiş etdirir və görülən tədbirlərdən biri də müxtəlif səbəblərdən yaranmış borcların silinməsidir.

Belə bir addımın atılması cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu, bir daha göstərir ki, Azərbaycan dövləti öz sahibkarını düşmən təcavüzkarlığı qarşısında tək qoymur.

Son dövrlərdə şəffaflaşma ilə əlaqədar vergi daxilolmalarının əhəmiyyətli şəkildə artması indiki mürəkkəb şəraitdə iqtisadi yüksəlişimizə təkan verən amillərdəndir. Ona görə də vergilərin vaxtında və tam həcmdə ödənilməsi həm müzəffər ordumuzun şanlı qələbələr qazanması, həm də işğaldan azad edilən torpaqlarımızın inkişafı üçün mühüm şərtlərdəndir".

Fəxriyyə İKRAMQIZI

VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiMüəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu? VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri Vergiİşçilərin yemək xərcləri üçün ödənilən ƏDV məbləği əvəzləşdirilirmi? VergiTəlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi? VergiDaimi iş vaxtı yolda keçən işçilərə ödənilən əlavə vəsaitlər vergiyə cəlb olunurmu? VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir?