12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cəbhəyanı ərazilərdəki sahibkarlığa dəstək dövlət əhəmiyyətli qərardır

2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin növbəti hərbi təxribatlarına cavab olaraq müzəffər Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməyə başlaması tariximizdə yeni bir şanlı səhifə açır.

İqtisadçı ekspert Azər Mehdiyev Vətən Müharibəsi şəraitində işğalçı erməni ordusunu cəbhəyanı ərazidəki Azərbaycan rayonlarının sahibkarlıq subyektlərinə ziyan vurmaqda olduğunu vurğulayıb: "Ərazilərin işğalçılar tərəfindən bombalanması, raket atəşinə tutulması və müxtəlif formalarda ziyan vurulması nəticəsində oradakı yerli biznesə, xüsusilə mikro və kiçik sahibkarlara böyük ziyan dəyir. Bu baxımdan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin oktyabr ayının 15-də qəbul etdiyi qərar çox doğru və zamanında verilmiş bir qərardır. Bu sənədə əsasən, vergi ödəyiciləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan qərarlar tam şəkildə, səyyar vergi yoxlamalarının nəticəsi üzrə qəbul olunmuş qərarların isə maliyyə sanksiyasının tətbiq edilməsi hissəsi ləğv edilib".

Qeyd edilib ki, son günlər düşmən təcavüzü nəticəsində dəyən ziyan nəinki mikro və kiçik sahibkarlığa, orta və iri sahibkarlığa da təsir göstərməkdədir: "Tərtər rayonunda yerləşən pambıqtəmizləmə zavodunun işğalçılar tərəfindən vurulması və zavoda böyük ziyan dəyməsi bunu təsdiq edir. Vəziyyət onu göstərir ki, doğurdan da bu ərazidə olan bütün sahibkarlara dəyən ziyanın nəzərə alınması çox önəmlidir.
Dövlət Vergi Xidməti tərəfindən qəbul olunmuş qərar həmin sahibkarlar üçün ciddi bir dəstək olacaq.

Müharibələr dövlətin özünə böyük xərclər bahasına başa gəlir və buna görə də dövlət büdcəsinin zəruri vəsaitlərlə təmin edilməsi diqqətdə olmalıdır. Bu cür güzəştlərin tətbiqi zamanı isə həmin ərazilərdə olan və ziyan dəyməyən, hər hansı formada zərər görməyən, iş və fəaliyyəti təxirə salınmayan, gəlirlərinə hansısa maneələr olmayan şirkətlərin bu vəziyyətdən sui-istifadə etməsinə mütləq şəkildə yol verilməməlidir".

Fəxriyyə İKRAMQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?