10 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Pәrakәndә ticarәt şәbәkәsindә 28,5 milyard manatlıq məhsul satılıb

Pәrakәndә ticarәt şәbәkәsindә 28,5 milyard manatlıq məhsul satılıb

Yanvar-sentyabr aylarında pәrakәndә ticarәt şәbәkәsindә istehlakçılara 28 milyard 54,9 milyon manatlıq, o cümlәdәn 15 milyard 121,4 milyon manatlıq әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatları, 12 milyard 933,5 milyon manatlıq qeyri-әrzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2019-cu ilin müvafiq dövrü ilә müqayisәdә cari ilin yanvar-sentyabr aylarında pәrakәndә ticarәt dövriyyәsi real ifadәdә 1,6 faiz, o cümlәdәn qeyri-әrzaq malları üzrә 6,3 faiz azalıb, әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatları üzrә isә 3,1 faiz artıb. Hesabat dövründә әhalinin bir nәfәrinә düşәn orta aylıq pәrakәndә ticarәt dövriyyәsi 312,6 manat vә ya 2019-cu ilin müvafiq dövrünün göstәricisindәn nominal ifadәdә 2,9 manat çox olub.

Ticarәt şәbәkәsindә bir ölkә sakini orta hesabla ayda 168,5 manatlıq әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatları, 144,1 manatlıq qeyri-әrzaq malları alıb. Cari ilin yanvar-sentyabr aylarında istehlakçıların pәrakәndә ticarәt şәbәkәsindә xәrclәdiyi vәsaitin 53,9 faizi әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatlarının, 15,7 faizi toxuculuq mәhsulları, geyim vә ayaqqabıların, 5,7 faizi elektrik malları vә mebellәrin, 5,3 faizi avtomobil benzini vә dizel yanacağının, 1,8 faizi әczaçılıq mәhsulları vә tibbi lәvazimatların, 0,8 faizi kompüterlәr, telekommunikasiya avadanlıqları vә çap mәhsullarının, 16,8 faizi isә digәr qeyri-әrzaq mallarının alınmasına sәrf edilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?