20 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlıq subyektlərində monitorinqlər aparılıb

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.

Oktyabrın 15-də keçirilmiş monitorinqlər zaman Binəqədi rayonunda “Bizim market”də, “Araz supermarket”də, “Yaxın market”də, Nəsimi rayonunda Elçin Həsənova məxsus “1001 xırdavat”, Rakif Şabanova məxsus “Elektrik malları” mağazalarında, Səbail rayonunda “Oba market”də, “Lazer klinik”də, Qaradağ rayonunda “Nanəli qarışıq mallar mağazası”nda, Rövşən Mehdiyevə məxsus pərakəndə ticarət obyektində, Xətai rayonunda “Al market”də, "Lauren" qadın geyimləri mağazası”nda, Nərimanov rayonunda “Onur plast”, “Vilo istilik sistemləri”, “Gilan seramik” pərakəndə ticarət obyektlərində, Nizami rayonunda "Pudra kosmetika və parfümeriya mağazası”nda, Suraxanı rayonunda Zakir Məmmədova məxsus “Market”də, Xəzər rayonunda “Ekonom” mağazasında, “Elvin market”də, Yasamal rayonunda Nəzakət Əliyevaya məxsus “Üst geyim istehsal sexi”ndə, Sabunçu rayonunda Kənan Alıyevə məxsus ticarət obyektində, Gəncə şəhərində “Delfin market”də, “Elvin inşaat mağazası”nda, Alik İsayevə, Tural Ələkbərova, Almaz Quliyevaya, İbrahim Əliyevə məxsus mağazalarda, Sumqayıt şəhərində Sadiq Fətullayevə, Yusif Səfiyarova məxsus pərakəndə ticarət obyektlərində, Şəki rayonunda “Halal market”də, Anar İsmayılova məxsus tikinti materialları mağazasında, Rüfət Bayramova, Allahyar Əhmədova məxsus qapı-pəncərə sexlərində, Abşeron rayonunda Şamil Hüseynova, Vahab Cəbrayılova, Sərvər Süleymanova, Ramin Fərzəliyevə məxsus pərakəndə ticarət obyektlərində, Cəlilabad rayonunda Etibar Kərimova, Arif Əliyevə məxsus mağazalarda, Şəmkir rayonunda Əfqan Bayramova, Elmira Xəlilovaya, Qara Əmirova, İlkin Həsənova məxsus pərakəndə ticarət obyektlərində, Quba rayonunda Zaur Zülfüqarova, Anar Ərzumanova məxsus mağazalarda, Sabirabad rayonunda Vasif Əkbərova məxsus qarışıq mallar mağazasında, Rüfət Məmmədova məxsus “Sənaye malları mağazası”nda, ümumilikdə, 99 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?