14 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sәnayedә qeyri-dövlәt sektorunun payı 78,7 faiz olub

Yanvar-sentyabr aylarında sәnaye müәssisәlәri vә bu sahәdә fәaliyyәt göstәrәn fәrdi sahibkarlar tәrәfindәn istehsal olunmuş malların vә göstәrilmiş xidmәtlәrin hәcmi 4,5 faiz azalaraq 27,8 milyard manat tәşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu azalma neft-qaz sektorunda mәhsul istehsalının 6,1 faiz azalması hesabına baş verib, sәnayenin qeyri neft-qaz sektorunda isә mәhsul istehsalı 10,8 faiz artıb. Sәnaye mәhsulunun 60,1 faizi mәdәnçıxarma, 33,8 faizi emal, 5,2 faizi elektrik enerjisi, qaz vә buxar istehsalı, bölüşdürülmәsi vә tәchizatı, 0,9 faizi isә su tәchizatı, tullantıların tәmizlәnmәsi vә emalı sektorlarında istehsal edilib. Sәnayedә qeyri-dövlәt sektorunun payı 78,7 faiz olub. Ümumi istehsalın 86,6 faizi sәnaye mәhsullarının istehsalı, 13,4 faizi isә sәnaye xarakterli xidmәtlәrin göstәrilmәsi hesabına yaradılıb.

Bu ilin yanvar-sentyabr aylarında 2019-cu ilin müvafiq dövrü ilә müqayisәdә aralıq istehlak mәhsullarının istehsalı 27,8 faiz artıb, uzunmüddәtli istifadәdә olan istehlak mallarının istehsalı 24,4 faiz, istehsal vasitәlәrinin istehsalı 6,9 faiz, enerji mәhsullarının istehsalı isә 5,6 faiz, qısamüddәtli istifadәdә olan malların istehsalı 1,5 faiz azalıb. İstehsal edilmiş mәhsulun böyük hissәsi istehlakçılara göndәrilib, әvvәlki dövrlәrdә yaranmış ehtiyatlar da nәzәrә alınmaqla sәnaye müәssisәlәrinin anbarlarında oktyabrın 1-nə 581,3 milyon manatlıq hazır mәhsul olub.

Ehtiyatların 0,4 faizi Naxçıvan Muxtar Respublikasının, 41,2 faizi Bakı, 16,4 faizi Sumqayıt, 7,9 faizi Gәncә, 6,7 faizi Şirvan şәhәrlәrinin, qalan hissәsi isә digәr şәhәr vә rayonların sәnaye müәssisәlәrinin anbarlarında qalıb. Sәnaye müәssisәlәrinin anbarlarında başqa müәssisәlәrdәn alınmış vә satış üçün nәzәrdә tutulmuş 99,3 milyon manat mәblәğindә digәr mәhsullar da mövcud olub.

VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?