12 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyatın nağdsızlaşdırılması biznesin şəffaflaşdırılmasına xidmət edir

"Nağdsız hesablaşmalar haqqında" Qanun ölkədə maliyyə sabitliyinin təmin olunmasında, şəffaflığın və vergi yığımlarının artmasında böyük rol oynayır. Mövzunu maliyyə mütəxəssisi Xalid Kərimli şərh edir.

Təsadüfi deyil ki, "kölgə iqtisadiyyatı"nın həcminin hesablanmasında istifadə olunan ən populyar metod "nağd pula olan tələbatın həcmi" metodudur: dövriyyədə nə qədər çox nağd pul varsa, vergidən yayınma ehtimalı da bir o qədər böyük olur. Qanun qəbul edilərkən onun əsas məqsədləri şəffaflıq, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirmək idi. Bütün bu məqsədlər isə eyni zamanda rəqabət mühitinin təkmilləşdirilməsi və müəssisələrin vergi xərclərini eyniləşdirməklə haqsız rəqabətin aradan qalxmasına xidmət edir.

Nağdsız ödənişlərlə bağlı əvvəllər müəyyən təşəbbüslər olsa da, 2017-ci il yanvar ayının 1-dən qüvvəyə minən "Nağdsız hesablaşmalar haqqında" Qanun bu sahədə yeni bir dönüşün başlanğıcını qoydu.

Keçən ildən başlayaraq kiçik, orta və iri vergi ödəyiciləri təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan, digər vergi ödəyiciləri isə təqvim ayı ərzində ümumi məbləği 15.000 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlərini yalnız nağdsız qaydada həyata keçirirlər.

Qanuna əməl etməməyə çalışanlar üçün Vergi Məcəlləsinin 58.7-1 maddəsində sanksiya nəzərdə tutulub: qanunu pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Ötən ilin sonlarında qəbul edilmiş "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nda rəqəmsal ödənişlərin genişləndirilməsi üçün strateji hədəflər müəyyən olunub. Buraya vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişləndirilməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və bununla bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi kimi zəruri hədəflər daxildir.

Vergi Məcəlləsində son dövrlər edilən təkmilləşdirmələr, təsərrüfat subyektlərinin dövriyyələrinin şəffaflaşdırılmasına marağın artırılması, eyni zamanda qanunun pozulmasına görə nəzərdə tutulan sanksiyaların sərtləşdirilməsi və güzəştsiz tətbiq olunması təsərrüfat subyektlərinin öz fəaliyyətlərinin təşkilində qanunvericiliyin tələblərinə tam riayət etməsini alternativsizləşdirir.

Fəxriyyə İKRAMQIZI

Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq?