6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
BMT-nin hesabatı: “Azexport” və Rəqəmsal Ticarət Qovşağı ən yaxşı təcrübədir

BMT-nin hesabatı: “Azexport” və Rəqəmsal Ticarət Qovşağı ən yaxşı təcrübədir

Birləşmiş Millətlər Təşkilatının (BMT) tərkibində fəaliyyət göstərən 5 komissiyadan biri olan Asiya-Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 8-ci iclası baş tutub. Tailandın paytaxtı Bankok şəhərində keçirilən iclasa həsr olunan sənəddə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu Azərbaycan Rəqəmsal Ticarət Qovşağı (DTH) və “Azexport.az” layihələri barədə ətraflı məlumatlar dərc edilib.

İİTKM-dən verilən məlumata görə, “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov tədbirə dair sənəddə Prezident İlham Əliyevin 2017-ci il 22 fevral tarixli Fərmanına uyğun olaraq yaradılan “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” Asiya və Sakit okean ölkələrində “transsərhəd kağızsız ticarət” üzrə ən yaxşı təcrübələr bölməsində yer aldığını bildirib.

Sənəddə DTH portalı tərəfindən təqdim olunan imkanlardan istifadə etməklə elektron və mobil rezidentlər Azərbaycandan və ya istənilən digər ölkədən tamamilə onlayn şəkildə şirkət təsis və idarə edilməsinin mümkünlüyü ilə yanaşı, Azərbaycanın qeyri-rezidentlərə m-Rezidentlik təqdim edən ilk ölkə olduğu da vurğulanıb.

Bununla yanaşı DTH-ın dövlət-özəl tərəfdaşlığı (PPP) çərçivəsində hər iki tərəfin xidmətlərinin birgə təqdim olunması baxımından uğurlu nümunə olduğu vurğulanıb.

Həmçinin təqdim olunan “Onlayn Vahid İxrac Ərizəsi” sahibkarlara ixrac edəcəyi məhsullar üçün tələb olunan sertifikatların məmur-sahibkar təması olmadan onlayn qaydada alınmasına imkan yaratdığı bildirilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?