ASA sığortaçılara müraciət edib
Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi sentyabrın 27-dən ölkədə yaranmış hərbi vəziyyətlə bağlı sığorta şirkətlərinə müraciət edib.
Müraciətdə mövcud hərbi vəziyyəti, bu çətin anda əsgərlərimizin və vətəndaşlarımızın qəhrəmanlığını nəzərə alaraq, sığorta hadisələri baş verdikdə və sığorta tənzimlənməsi zamanı müştərilərə hər zamankından daha çox anlayışla yanaşılması, döyüş əməliyyatları nəticəsində baş verən hadisələr zamanı sığortalılara və ya onların ailə üzvlərinə kömək göstərilməsi tövsiyə olunub.