30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İpoteka istiqrazları üzrə faiz və nominal ödənişlər açıqlanıb

Bakı Fond Birjası (BFB) ipoteka istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlayıb.

BFB-dən bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2027008682, AZ2028008681, AZ2029008680, AZ2030008687 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı, istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.

İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, oktyabrın 5-də AZ2027008682, AZ2028008681, AZ2029008680, AZ2030008687 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, oktyabrın 5-dən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 820 manat təşkil edir. Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri 820 manat məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında AZ2027008682, AZ2028008681, AZ2029008680, AZ2030008687 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 820 manat olması nəzərə alınmalıdır.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?