19 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib

Oktyabrın 6-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105019787 ISIN-li, 30 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 11 investor tərəfindən qiyməti intervalı 97.5355 AZN (9.38 faiz) və 100.9128 AZN (7.5 faiz) olan 15 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100.0000 AZN (8 faiz), orta ölçülmüş qiyməti 100.0270 AZN (7.9851 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 79 milyon 689 min manat, yerləşdirilmiş həcmi isə 45 milyon manat təşkil edib.

İstiqrazlar 2022-ci il oktyabrın 4-də ödəniləcək. Hərrac iştirakçıları oktyabrın 7-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?