29 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Royalti və qeyri-maddi aktivlər

Biznes ictimaiyyətini maraqlandıran məsələlərdən biri də qeyri-maddi aktivlər, royalti anlayışlarıdır. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Təcrübədə bu suallar tez-tez verilir:

  • Qeyri-maddi aktivlər nədir?

  • Qeyri-madi aktivlər royaltidirmi?

  • Royalti ilə qeyri-maddi aktivlərin uçot məsələləri eynidirmi?

Vergi Məcəlləsinin 13-cü maddəsində həm qeyri-maddi aktivlər, həm də royalti anlyışının açıqlaması verilmişdir.

13.2.9. Qeyri-maddi aktivlər - intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar.

13.2.23. Royalti - ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir.

İlk baxışda bu anlayışlarda oxşarlıq olduğu görünsə də, bunları fərqləndimək lazımdır. Qeyri-maddi aktiv aşağıdakı kimi başa düşülməlidir:

Belə aktivlər maddi yox, qeyri-maddi aktivlərdir. Qeyri-maddi akivlər vergi ödəyicisinə məxsus olan hüquqlardır.

Ən əsası vergi ödəyicilərinin bu hüquqları onların mülkiyyətində olmalıdır. Yəni qeyri-maddi aktivin tanınması üçün əsas meyar , həmin hüququn vergi ödəyicisinin mülkiyyətində olmasıdır. Royaltidə isə məsələ başqa formadadır.

Əməliyyatın royalti kimi tanınması üçünsə ən vacib olanı bazanın qeyri-maddi aktiv olmasıdır. Yəni qeyri-maddi aktiv olmalıdır ki, bundan sonra həmin qeyri-maddi aktiv ilə digər bir əməliyyat aparılsın və həmin əməliyyat royalti kimi tanınsın.

Bundan sonra qeyri-maddi aktivin mülkiyyətçisi və ya istifadəçisi ondan istifadə hüququnu digər bir şəxsə verməlidir ki, artıq bu royalti sayılır. Mülkiyyətçi istifadə hüququ ilə yox, alğı-satqı hüququ ilə qeyri-maddi aktivi verərsə, onda bu, royalti yox, adi bir əməliyyat sayılıcaqdır.

Yəni royaltidə əsas məqam qeyri-maddi aktivin istifadə hüquqi ilə verilməsi və alınmasıdır. Bunun qarşılığında alınan mükafat royalti məbləği, gəliri sayılır. Ona görə də qeyri-maddi aktiv ilə royalti münasibətlərində uçota alınma da fərqlidir.

Misal 1: Tutaq ki, "AA" MMC özünün restoranlar şəbəkəsinə ticarət nişanı almışdır. Bunun üçün dizayn şirkətinə dizayn məsələlərinə görə 2.360 manat (2.000 manat + 360 manat ƏDV) = ödəmişdir. Bundan əlavə, ticarət nişanının dövlət qeydiyyatına alınması üçün 500 manat ödəmişdir. Eyni zamanda, digər bir qeyri-rezidentdən də onun restoranlar şəbəkəsinin ticarət nişanından istifadə etmək üçün ona illik 10.000 dollar ödəməklə 10 illik müqavilə bağlamışdır.

Sual: Bu əməliyyatlardan hansı qeyri-maddi aktiv, hansı royalti sayılır?

Birunci əməlliyyat qeyri-maddi aktiv sayılır və "AA" MMC bunu vergi və mühasibat uçotunda 2.500 manat (2.000+ 500) = qeyri-maddi aktiv kimi uçota alacaqdır. Bunun istifadə müddəti məlum olmadığına görə də illik 10 faiz amortizasiya hesablayacaqdır.

İkinci əməliyyat isə royalti sayılır. Ona görə ki, burada "AA" MMC qeyri-rezidentdən ticarət nişanını istifadə hüququ əldə etmişdir. İllik 10.000 dollar məbləği xərc maddəsi kimi uçota alacaqdır.

Misal 2: "AA" MMC bir müddət sonra öz ticarət nişanından 10 illik istifadə hüququnu başqa bir rezidentə - "VV" MMC-yə vermişdir və illik 2.000 manat haqq alacaqdır. Bundan əlavə, qeyri-rezidentə də 30.000 dollar verib, onun ticarət nişanını almışdır.

Sual: Bu əməliyyatlardan hansı qeyri-maddi aktiv, hansı royalti sayılır?

Birinci əməliyyat royalti sayılır. "AA" MMC öz mülkiyyətində olan qeyri-maddi aktivi 10 il müddətinə istifadə hüququ ilə vermişdir. Odur ki, onun əldə etdiyi 2.000 manat royaltidən gəlir sayılır. Eyni zamanda ilkin dəyərlə balansında olan 2.500 manatlıq ticarət nişanına amortizasiya hesablayır və xərc maddəski kimi tanıyır.

İkinci əməliyyat isə royalti yox, qeyri-maddi aktivin alğı-satqısıdır. Yəni "AA" MMC burada alıcı kimi çıxış edir. Odur ki, ticarət nişanına ödədiyi 30.000 dollar qeyri-madi aktiv kimi tanınacaq və illik 10 faiz amortizasiya hesablanacaqdır.

Fəxriyyə İKRAMQIZI

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb