6 Dekabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bağlanmış 4 bankın əmanətçilərinə 536 milyon manatdan çox kompensasiya ödənilib

Sentyabrın 28-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 22 min 719 əmanətçiyə 536,2 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Əmanətlərin Sığortalanması Fondundan bildirilib ki, bu il iyunun 16-dan sentyabrın 28-dək "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə 192,13 milyon manatdan çox kompensasiya ödənilib. "AG Bank" üzrə 4108 əmanətçiyə 78,9 milyon manat, "NBC Bank" üzrə isə 3918 əmanətçiyə 113,23 milyon manatdan çox kompensasiya ödənilib. İyunun 1-dən sentyabrın 28-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 344 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5557 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 132,14 milyon manat, "Ata Bank" üzrə 9136 əmanətçiyə isə 211,91 milyon manat təşkil edib.

Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir. Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq. Mərkəzi Bank tərəfindən kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə görə sığorta hadisəsi baş vermiş “Ata Bank” ASC, “Amrah Bank” ASC, “NBC Bank”ASC və “AG Bank”ASC-nin lisenziyaları ləğv edilib, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 aprel və 14 may tarixli qərarlarına əsasən sözügedən banklar müflis elan olunub və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib. Müflis olunmuş banklar üzrə öhdəliklərin reyestri fonda təqdim olunub və ADIF tərəfindən qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinə qısa zaman ərzində başlanılıb. Fondun Himayəçilik Şurasının qərarına əsasən, qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Ata Bank” ASC və “Amrah Bank” ASC üzrə “Kapital Bank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC üzrə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib. Əmanətlərin Sığortalanması Fondu iyunun 1-dən “Ata Bank” ASC və “Amrah Bank” ASC-də, iyunun 16-dan isə “AG Bank” ASC və “NBC Bank” ASC-də əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlayıb.

Azərbaycan Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə fəaliyyəti əsasında fondun hazırlanan yeni strateji modelinin bu ilin sonunadək formalaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, yeni strateji modelin hazırlanması ölkə iqtisadiyyatına, bank sektoruna və əmanətçilərə öz yüksək töhfəsini verməsi gözlənilir. Bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırılır ki, sözügedən məsələ ilə əlaqədar vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən bütün lazımi tədbirlər görülür.

VergiAlış aktı olmadan nəqliyyat vasitəsini balansa almaq qanunauyğundurmu? VergiUçotda olmayan malların satışı hansı risklər yaradır? VergiVergi borclarının silinməsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi VergiƏDV ödəyicisi başqa təsərrüfat subyekti üzrə sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi? VergiƏməkhaqqı və kompensasiyalardan vergilər necə hesablanır? Ekspert RəyiHansı hesablaşmalar mütləq olaraq nağdsız qaydada həyata keçirilməlidir? VergiFermerlər vergi hesabatlarını necə verməlidirlər? VergiBeynəlxalq yükdaşıma xidmətinin ƏDV-yə cəlb edilməsi VergiRepetitorların vergi uçotuna alınması və öhdəlikləri necə müəyyən edilir? Ekspert RəyiBütün müəssisələrdə baş mühasib ştatının olması vacibdirmi?