19 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bakı və Sumqayıtda KOB inkişaf mərkəzləri fəaliyyətə başlayıb

Bakı və Sumqayıtda KOB inkişaf mərkəzləri fəaliyyətə başlayıb

Sentyabrın 25-də Bakı və Sumqayıt şəhərlərində KOB inkişaf mərkəzləri fəaliyyətə başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, bununla da ölkə üzrə KOB inkişaf mərkəzlərinin sayı Bakı, Sumqayıt və Xaçmaz olmaqla 3-ə çatıb.

KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov mikro, kiçik və orta sahibkarlara təlim və məsləhət xidmətlərinin göstərilməsi üçün KOB inkişaf mərkəzlərində yaradılmış şəraitlə tanış olub, mərkəzlərin idarəedici təşkilatlarının rəhbərləri ilə görüşüb. KOB inkişaf mərkəzlərində biznesə yeni başlayanlara, mikro, kiçik və orta sahibkarlara biznesyönümlü təlimlər keçiriləcək, fərdi və qrup halında məsləhət xidmətləri göstəriləcək, KOB-ların şəbəkələşməsinə, beynəlxalq mübadilə proqramlarında iştirakına və maliyyə resurslarına çıxışına dəstək təmin olunacaq. Bakı KOB İnkişaf Mərkəzi Bakı şəhəri, Sumqayıt KOB İnkişaf Mərkəzi isə Abşeron iqtisadi rayonu və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə biznes-planın hazırlanması, bazar araşdırması, marketinq, satış, maliyyənin idarə edilməsi, biznes sahəsində qanunvericilik və digər mövzularda təlimlər keçirəcək, qeyd olunan sahələrdə təcrübəli və peşəkar ekspertlər tərəfindən məsləhət xidmətləri göstərəcək.

Mərkəzlərdə, həmçinin innovativ sahibkarlığa, startaplara və ailə biznesinə dəstək, qadınlar, əlillər və gənclər arasında sahibkarlığın təşviqi, KOB-ların məlumatlandırılması istiqamətində digər tədbirlər həyata keçiriləcək. KOB inkişaf mərkəzlərində göstərilən bütün xidmətlər ödənişsizdir.

Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən KOB inkişaf mərkəzlərində göstərilən xidmətlərin təşkili özəl sektor – Azərbaycan Bank Tədris Mərkəzi və “Universitas International” MMC tərəfindən həyata keçirilir. Bakı və Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektləri, eləcə də biznesə yeni başlamaq istəyənlər Bakı və Sumqayıt KOB inkişaf mərkəzlərinin xidmətlərindən istifadə edə bilərlər.

Qeyd edək ki, mikro, kiçik və orta sahibkarların bilik və bacarıqlarının artırılması, innovasiyalara çıxışının genişləndirilməsi, müasir çağırışlara uyğun təlimlərin təşkili və praktik məsləhət xidmətlərinin göstərilməsi biznesin qurulması və inkişafı üçün əhəmiyyətlidir. KOBİA struktur bölməsi olan KOB inkişaf mərkəzlərinin fəaliyyəti bu baxımdan xüsusilə önəmlidir.

VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır?