12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ticarət, xidmət və istehsal obyektlərində növbəti nəzarət tədbirləri keçirilib

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə sentyabrın 17-də keçirdiyi monitorinqlər zamanı Binəqədi rayonunda “Bəyaz gecələr kafesi”ndə, "Lider RA" MMC-yə məxsus “Selofan paket istehsalı obyekti”ndə, Rövşən Rzayevə, Miriş Miriyevə məxsus mağazalarda, Xəzər rayonunda “Qastronom market”də, “Həsən şirniyyat evi”ndə, “Qlobus dəftərxana”, “Atlas hovuz inşaat” mağazalarında, Sabunçu rayonunda “İstanbul lahmacun”da, İradə Bədəlovaya məxsus şirniyyat mağazasında, Suraxanı rayonunda “Günəşli kafe”də, Rəhman Qurbanova məxsus kafedə, Yasamal rayonunda “Şah market”də, “Buzov dönər”də, “Nanə restoran”da, Qaradağ rayonunda "Qardaşlar kafe”də, Eldar Heydərova, Gülsüm Nəbiyevaya məxsus ərzaq mağazalarında, Nərimanov rayonunda “Yaz geyim”, “Armada elektrik” mağazalarında, “Gilyançay”, “Pivbar”, “Şah ət” iaşə obyektlərində, Nizami rayonunda “Rahat market”də, “Sirab market”də, "İstanbul lahmacun restoran”da, Xətai rayonunda Südabə Zamanovaya, Toğrul Səlimzadəyə, İlyas Quliyevə, Mahir Abbaslıya məxsus pərakəndə ticarət obyektlərində, Səbail rayonunda “Firuzə qızıl mağazası”nda, “Hit woman” mağazasında, “Sunset kafe”də, “Palma kafe”də, “Coffee station” iaşə obyektində, “Meh kafe”də, “Dəli Kür kafesi”ndə, “Uğur kafesi”ndə, “Dəniz restoranı”nda, Nəsimi rayonunda “Kafe Praqa”da, “Saraclı kafe”də, Sumqayıt şəhərində “Zirvə restoranı”nda, "Gəmiqaya restoranı”nda, “Tamet istehsalı sexi”ndə, Abşeron rayonunda “Babək kafesi”ndə, "A klub restoranı”nda, ümumilikdə, 128 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?