29 May 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zəruri qayda və tələblərə əməl etməyən 111 sahibkarlıq subyekti barədə tədbir görülüb

İqtisadiyyat Nazirliyinin pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə sahibkarlıq subyektlərində sentyabrın 14-də keçirdiyi monitorinqlər zamanı Nizami rayonunda “Elegant mebel” mağazasında, “Elcan mebel salonu”nda, “Qala çay evi”ndə, Səbail rayonunda “Lvov şokolad” mağazasında, “Eyvan restoranı”nda, “Cafe city”də, Qaradağ rayonunda “Elman market”də, "Dostluq kafe”də, Lütfi Bədəlova, Fəxrəddin Mikayılova məxsus kafelərdə, Yasamal rayonunda “MD outlet geyim mağazası”nda, “Qoc ət” restoranında, “Şeraton restoranı”nda, “İstanbul lahmacun restoranı”nda, “Kaktus restoranı”nda, Suraxanı rayonunda “Oba market”də, “Toğrul market”də, “Öz Urfa restoranı”nda, “Atilla restoranı”nda, Sabunçu rayonunda Şamiddin Rzayevə məxsus “İnşaat materialları satışı” mağazasında, Xəzər rayonunda “24 saat market”də, “Şəmsi şirniyyat”, “Şərab evi” mağazalarında, “Görüş restoranı”nda, Nəsimi rayonunda “Corab mağazası”nda, “Second cup” iaşə obyektində, “London pub”da, Nərimanov rayonunda “M market”də, “Bequm butik geyim mağazası”nda, “Sushi Azərbaycan” iaşə obyektində, “VİP Solarium gözəllik salonu”nda, Binəqədi rayonunda “Şaurma kafe”də, “Pub kafe”də, Xətai rayonunda “Medika hospital”da, Vüsal Məmmədova, Fərid Seyidova, Turan Mürsəlliyə məxsus mağazalarda, Sumqayıt şəhərinddə “Ağababa market”də, “La Chateau” iaşə obyektində, “Street food kafesi”ndə, Abşeron rayonunda “Qarabağ market”də, “Kazbek çay evi”ndə, ümumilikdə, 111 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

İqtisadiyyatSahibkar Kəmalə Eynullayeva: “Kiçik və orta sahibkarlığın inkişafı məşğulluğun təmin olunmasına imkan verir” VergiŞəhid övladları üçün müəyyənləşdirilmiş vergi güzəştində yaş həddi qoyulurmu? İqtisadiyyatLeonid Zayats: “İqtisadi əməkdaşlıq Belarus-Azərbaycan əlaqələrinin inkişafının flaqmanıdır” VergiOnlayn təlimlərə görə qeyri-rezidentin ƏDV-yə cəlb olunması VergiNaxçıvanda uçot məlumatlarının dürüstləşdirilməsinə başlanılıb İqtisadiyyatPwC: Azərbaycanda şirkətlər ölkə iqtisadiyyatının daha da yüksələcəyinə əmindirlər VideoVergi ödəyicilərinin nəzərinə! Ekspert RəyiFiziki şəxs icarə müqaviləsi bağlamadıqda onu hansı təhlükə gözləyir? VergiMəktəbdə ödənişli sınaq imtahanları təşkil etmək sahibkarlıq fəaliyyəti hesab olunurmu? İqtisadiyyatXorvatiya ilə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var