19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadi Şura xarici sərmayənin cəlbi üçün mövcud imkanların genişləndirilməsinə nail olacaq

Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadi Şurasının yaradılması islahatlara sistemli şəkildə yanaşma baxımından çox vacibdir.

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

“Nəzərə alsaq ki, İqtisadi Şura yalnız pandemiya və xarici şokların təsirlərinin minimumlaşdırılması deyil, eyni zamanda, fərqli sektorlarda qiymətləndirmənin aparılması, bu istiqamətdə proqram və layihələrin həyata keçirilməsini təmin edəcək. İqtisadi Şura investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı təkrar paket hazırlayacaq və xarici sərmayənin cəlb edilməsi üçün mövcud imkanların genişləndirilməsinə nail olacaq. Bu da ölkədə biznesin dəstəklənməsi baxımından çox vacibdir. Digər tərəfdən diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, İqtisadi Şura tərəfindən sektorlardakı mövcud vəziyyətin qiymətləndirilməsi həm də təkliflərin hazırlanması baxımından çox vacib hesab olunur. Çünki vəziyyəti qiymətləndirdikdən sonra real təkliflərin hazırlanması və həyata keçirilməsi mümkündür. Digər vacib məsələ İqtisadi Şuranın ildə iki dəfə Prezident İlham Əliyevə hesabat verməsidir. Bu, həm İqtisadi Şuranın məsuliyyətliliyinin artırılması və səmərəliliyinin yüksəldilməsi baxımından önəmlidir. Bu da ondan xəbər verir ki, İqtisadi Şuranın fəaliyyəti birbaşa ölkəmizin başçısının nəzarətində olacaq”, - deyə deputat qeyd edib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?