13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Beynəlxalq Startap Yarışmasında Azərbaycanı təmsil edəcək startap məlum oldu

Dünyanın 80 ölkəsindən startapların iştirak edəcəyi İslam İnkişaf Bankının Beynəlxalq Startap Yarışmasında Azərbaycanı təmsil edəcək startap məlum oldu.

Sentyabrın 10-da təşkil olunmuş onlayn tədbirdə yarışmanın ölkə üzrə milli seçim mərhələsinə qatılmış startaplar Münsiflər Heyətinə öz layihələrini təqdim ediblər. Qeyd edək ki, Münsiflər Heyəti yarışmanın Azərbaycan üzrə rəsmi tərəfdaşı olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), İslam İnkişaf Bankının və İslam İnkişaf Bankı Qrupunun İllik İnvestisiya Toplantısının təşkilat komitəsinin üzvlərindən ibarət olub.

Münsiflər Heyətinin qərarı ilə “Mina – Made in Azerbaijan” startap komandasının yuyucu vasitələrdən istifadə etmədən əşyaları təmizləyən elektron cihazı - “W-ball” layihəsi Azərbaycan üzrə milli turun qalibi seçilib.

Qalib startap 29 oktyabr 2020-ci il tarixində Dubayda keçiriləcək Beynəlxalq Startap Yarışmasında Azərbaycanı təmsil etymək hüququ qazanıb. Yarışın bilavasitə iştirak formatında keçiriləcəyi təqdirdə milli təmsilçinin bütün xərcləri İslam İnkişaf Bankı tərəfindən qarşılanacaq. Beynəlxalq Startap Yarışmasında ümumilikdə 5 qalib seçiləcək və onların hər birinə 10 min ABŞ dolları məbləğində mükafat veriləcək. Həmçinin, İslam İnkişaf Bankı tərəfindən qalib startapların gələcək inkişafına maliyyə dəstəyi göstərilə bilər.

Məlumat üçün bildirək ki, Beynəlxalq Startap Yarışmasının Azərbaycan üzrə milli seçim mərhələsinə sentyabrın 1-də start verilib. Milli seçim turunda mobil tətbiqlər, ağıllı cihazlar, onlayn xidmətlər kimi sahələrdə fəaliyyət göstərən 15 startap iştirak edib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?