9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanın xarici ticarət dövriyyəsi 256 milyon ABŞ dollarını ötüb

Sahibkarlara göstərilən hərtərəfli dəstək, ixracın təşviqi sahəsində aparılan ardıcıl tədbirlərin nəticəsi olaraq 10 ildən artıqdır ki, muxtar respublikanın xarici ticarət dövriyyəsində müsbət saldo qeydə alınır. Bu tendensiya cari ilin yanvar-iyul aylarında da qorunub saxlanılıb, 189 milyon 399 min 700 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, cari ilin yeddi ayında muxtar respublikanın xarici ticarət dövriyyəsi 256 milyon 878 min 100 ABŞ dolları təşkil edib, bunun da 33 milyon 739 min 200 ABŞ dolları idxalın, 223 milyon 138 min 900 ABŞ dolları isə ixracın payına düşüb.

Cari ilin yanvar-iyul aylarında ümumi ixracın 76 faizini və ya 169 milyon 573 min 300 ABŞ dollarını sənaye, 24 faizini və ya 53 milyon 565 min 600 ABŞ dollarını kənd təsərrüfatı məhsulları təşkil edib.

Qeyd edək ki, muxtar respublikada həyata keçirilən tədbirlərin nəticəsində davamlı inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 2020-ci ilin yanvar-iyul aylarında 1 milyard 574 milyon 282 min 900 manat olub, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,6 faiz çoxdur. Bu dövrdə sənaye məhsulu 14,5 faiz, kənd təsərrüfatı məhsulu 26,8 faiz artıb.

Əvvəlki dövrlərdə qəbul edilmiş digər Dövlət proqramları ilə yanaşı, hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” muxtar respublikanın kompleks inkişafına yeni imkanlar yaradıb.

Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi və əlverişli biznes mühitinin yaradılmasının nəticəsidir ki, hazırda muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

Əhalinin rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilən mühüm tədbirlər qazanılmış nailiyyətlərin davamlılığının təmin olunmasına, muxtar respublikanın iqtisadi potensialının daha da gücləndirilməsinə, xarici ticarət əlaqələrinin genişlənməsinə hərtərəfli imkanlar yaradır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?