19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qayda və tələblərə əməl etməyən 120 sahibkarlıq subyekti barədə protokol tərtib olunub

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə sentyabrın 9-da keçirdiyi monitorinqlər zamanı Xətai rayonunda “Kamil market”də, “Çırağan ailəvi restoran”da, “Berlin pub”da, “50 qəpik restoran“da, “Şahin kafe”də, Xəzər rayonunda “Nar market”də, “Ozan kafe”də, “Bağ restoranı”nda, “Elit kafe”də, “Zeytun kafe”də, Qaradağ rayonunda Nahid Mahmudova, Çinarə Əmirxanovaya, Ramil Feyziyevə məxsus ərzaq mağazalarında, Binəqədi rayonunda “Taksim Kabab”da, “333 kafe”də, “Ordubad süfrəsi” iaşə obyektində, “Zanbaq restoran”da, “Zeytun bağı restoranı”nda, Suraxanı rayonunda “Oba market”də, Mehriban Əsədovaya, Zülfiqar Şamilova, Qalib Məmmədova məxsus pərakəndə ticarət obyektlərində, Sabunçu rayonunda “Ayxan market”də, “Zümrüd qızıl mağazası”nda, Şamil Famiyevə məxsus oyuncaq mağazasında, Nərimanov rayonunda “Merbi geyim mağazası”nda, “Era mebel mağazası”nda, “Qədir xum kafe”də, “Tonqal restoranı”nda, Səbail rayonunda “Night pub”da, “Antrikot restoran”da, “İl patio restoran”da, “KFC-Fontanlar meydanı”nda, Nizami rayonunda Yousef Manzoriostada, Roza Mirzəyevaya, Zöhrab Hacıyevə, Nail Loğmanova məxsus mağazalarda, Yasamal rayonunda “Netto market”də, “1001 inşaat təsərrufat mağazası”nda, “Moskva house restoran”da, “Adana dönər”də, “Suşi yakudza”da, Nəsimi rayonunda “AFKO ayaqqabı” mağazasında, “Mehri shop”da, “Kabab club”da, “Zeytun aptek”də, Sumqayıt şəhərində “Chanel+ ətriyyat mağazası”nda, Nəsib Həşimova, Fail Mehralıyevə, Zaur Rəhimova, Əhəd Mehrəliyevə, Vahid Şəkərova məxsus pərakəndə ticarət obyektlərində, Abşeron rayonunda Natiq Hüseynova, Abisət Əlimanova, Əlican Əlicanova məxsus mağazalarda, Feyzulla Müslümova, Rəşid Kazımova, Xəyal Mikayılova məxsus kafelərdə, ümumilikdə, 120 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?