27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Reklam yayıcılarının və istehlakçıların nəzərinə!

Bazar subyektləri bir sıra hallarda daha çox alıcı cəlb etmək məqsədilə əmtəələrin (malların) qiymətlərində endirimlər tətbiq edirlər. Xüsusən də, bayram günləri və mövsümü tətbiq olunan endirimlərlə bağlı istehlakçıları məlumatlandırmaq və satışı stimullaşdırmaq üçün reklamlardan istifadə olunur.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, daxil olan müraciətlərin araşdırılması zamanı bəzi hallarda endirimlərlə bağlı reklamların düzgün və dolğun verilmədiyi, istehlakçıların çaşdırıldığı müəyyən edilir.

Nəzərə alınmalıdır ki, əmtəələrin (malların) alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçim sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması, istehlakçıların çaşdırılması haqsız rəqabətə səbəb olur. Bu cür reklam üsulları qanunla qadağandır və belə hallara yol verən sahibkarlara qarşı məsuliyyət tədbirləri nəzərdə tutulur.

Bazar subyektləri qanun pozuntusuna yol verməmək və məsuliyyətə cəlb edilməmək üçün endirimlərlə bağlı reklam verərkən mütləq qaydada “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq reklamda aşağıdakı məlumatların göstərilməsini təmin etməlidirlər:

- qiymətin dəyişməsi kampaniyasının başlanma tarixi və müddəti;

- qiyməti dəyişdirilən əmtəələrin (malların) siyahısı;

- qiyməti dəyişdirilən əmtəənin (malın) mövcud qiyməti;

- əmtəənin (malın) qiymətinin əvvəlki qiymətlə müqayisədə mütləq, yaxud nisbi ifadə ilə dəyişməsi.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçıların endirimli məhsul təklif edən mağazaların reklamlarında yuxarıda sadalanan məlumatların mütləq qaydada qeyd olunmasına və təqdim edilən endirimlərin şərtlərinin reklamda verilən məlumatlarla uyğunluğuna xüsusi diqqət yetirmələrinin vacibliyini bildirir.

İstehlakçılar ticarət obyektlərində endirimlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqda, xidmətin “qaynar xətt”inə (498-15-01 və 498-15-04) müraciət edə bilərlər.

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?