2 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sığortaçılar Assosiasiyasından sahibkarlara tövsiyə

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 42.2 maddəsinin tələbinə görə, əmlakın istismarı ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirilib ki, növün imperativliyindən irəli gələrək əmlak sahibi olan sahibkarlara sığorta etdirmədikləri təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə tətbiq olunur. Sahibkarlar, ilk növbədə, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növünün vacibliyini formalaşdıran əsas istiqamətləri, bu növün mahiyyətini və üstünlüklərini bilməlidirlər. Belə ki, adıçəkilən növ qeyd olunan Qanunun preambulasında da bildirildiyi kimi, daşınmaz əmlakın istismarı, eyni zamanda, həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəymiş zərərin qarşılığının ödənilməsi məqsədilə tətbiq edilir. İstismarı ilə bağlı mülki məsuliyyətin sığortası məcburi olan əmlak dedikdə, hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyəti həyata keçirmək məqsədilə istismar etdiyi daşınmaz əmlak olan binalar, tikililər, qurğular və sahələr nəzərdə tutulur. Bu növ üzrə aşağıda qeyd olunan hallar sığorta hadisəsi hesab olunur:

• elektrik və ya təbii qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri;

• təbii qaz partlayışı;

• elektrik naqillərində baş verən qısa qapanma;

• su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;

• hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri.

“Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” üzrə sığorta haqlarının məbləği isə mövcud əmlakın təyinatından asılı olaraq sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir. Yuxarıda qeyd olunan hallar nəticəsində üçüncü şəxs olan fiziki şəxsin sağlamlığına dəyən zərərə görə 5 min manat, əmlaka dəyən zərər üzrə isə 50 min manat sığorta təminatı verilir. Yəni yuxarıda qeyd olunan hallar bu və ya digər səbəblər nəticəsində baş verərsə, sahibkar üçüncü şəxsə və ya əmlaka görə ödəməli olacağı 5 min manatdan 50 min manata qədər olan əlavə xərcdən azad olmuş olur. Təəssüf ki, məhz hadisə baş verdikdən sonra bu kimi halların qaçılmaz olduğu, adıçəkilən sığorta növünün isə vacibliyi aktuallaşır. Sabah baş verə biləcək hər hansı hadisədən zərərli çıxmamaq üçün bu gündən etibarən sığortanlanmalıyıq. Unudulmamalıdır ki, sığorta sosial əhəmiyyət kəsb edib, xərclərin optimallaşdırılması, eyni zamanda, risklərin yarada biləcəyi zərərliliyi minimallaşdıran unikal bir maddi müdafiə mexanizmidir. Bu dəstək mexanizminin təklif etdiyi üstünlüklərdən istifadə geniş ictimaiyyətin sağlam və firavan gələcəyi naminə icbaridir.

Qeyd edək ki, yaxın günlərdə “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növü üzrə sığorta hadisəsi hesab oluna biləcək bir hadisə qeydə alınıb. Belə ki, Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında kranın aşması nəticəsində ətrafda park vəziyyətində olan 6 nəqliyyat vasitəsinə ciddi zərər görüb.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ