18 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gələn il dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitin məbləği açıqlanıb

2021-ci il üzrə dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitin məbləği açıqlanıb.

Maliyyə Nazirliyindən bildirilib ki, dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə xərclər ilk dəfə olaraq sektorların strateji planları ilə əlaqələndirilərək proqram, sub-proqram və tədbirlərə uyğun proqnozlaşdırılıb. Büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə nəzərdə tutulan proqramların (“Məktəbəqədər təhsil”, “Ümumi təhsil”, “Peşə təhsili”, “Orta ixtisas təhsili”, “Ali təhsil”, “Xüsusi təhsil proqramları” və sair) həyata keçirilməsi nəticəsində uşaqların məktəbəqədər təhsil müəssisələrində təhsilalma imkanlarının genişləndirilməsi, məktəbəhazırlıq təhsilinin təmin edilməsi, ümumi təhsil proqramı üzrə təhsil alanların biliyinin artırılması, həyata və ali təhsilə hazırlanması, peşə təhsili proqramı üzrə təhsil alanların peşə-ixtisas biliklərinin və təcrübələrinin artırılması və digər bir sıra mühüm hədəflərə nail olmaq üçün 2021-ci il üçün 3 milyard 197 milyon manat maliyyə vəsaiti nəzərdə tutulub.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?