12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Furuqzod Usmonov: “Azərbaycan Qafqaz və Mərkəzi Asiya arasında tranzit ölkəyə çevrilə bilər” MÜSAHİBƏ

Bu gün enerji səmərəliliyi  ilə yanaşı, bərpa olunan enerji mənbələrinə keçid də iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərinin tərkib hissələrindən biridir. Birincisi, bərpa olunan enerji mənbələri atmosferə istixana qazları buraxmadan elektrik enerjisi istehsal etmək qabiliyyətinə malikdir. İkincisi, onların əksəriyyəti bərk məişət tullantıları istehsal etmir. Beləliklə, hazırda dünyanın qabaqcıl ölkələri ənənəvi yanacaqdan imtina edərək alternativ enerji mənbələrinə keçməyə çalışırlar. Mövzu ilə bağlı “vergiler.az”ın suallarını tacikistanlı mütəxəssis, ekoloji təmiz enerji təchizatı sistemləri üzrə ekspert qrupunun sədr müavini Furuqzod Usmonov cavablandırır. 

- Cənab Usmonov, bilmək istərdik ki, bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində Azərbaycanın potensialını necə qiymətləndirirsiniz?

- Əminəm ki, Azərbaycan bərpa olunan enerji sahəsində Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında tranzit ölkəyə çevrilə bilər. Bu istiqamətdə Bakı ilə qonşu Gürcüstan arasında bir sıra sahələrdə əldə olunmuş mövcud inteqrasiya prosesləri bu inamı daha da gücləndirir. Yəni, müvafiq olaraq, yaxın gələcəkdə Azərbaycanın elektrik enerjisinin tranziti sahəsində Mərkəzi Asiya ölkələrinə çox rahat inteqrasiyası, fikrimcə, qaçılmazdır.

- Bərpa olunan enerji mənbələrinin dekarbonizasiya prosesində rolu nədən ibarətdir?

- Bir çox ölkələr dekorbonizasiyanı həyata keçirəcəkləri ilə bağlı öz üzərlərinə müəyyən öhdəliklər götürüblər və bu sırada bərpa olunan enerji mənbələri əsas rol oynayacaq. Biz bərpa olunan enerji mənbələrindən danışarkən təkcə bu layihələrin maliyyələşdirilməsindən danışmırıq, tənzimləmə məsələsi də böyük əhəmiyyət kəsb edir. Çünki günəş, külək, işıq dəyişkən qaynaqlardır. Bu zaman elektrik enerjisinə olan tələbat ya qazla, ya da kömürlə ödənilməlidir. İndi bir çox ölkələr kömürdən imtina edir. Bu baxımdan, su elektrik stansiyaları mühüm rol oynayır. Mən əminəm ki, Azərbaycanın su elektrik stansiyalarının inkişafı üçün böyük potensialı var.

Orta Asiya ölkələrinə gəlincə, hidroresurslar Mərkəzi Asiyanın bütün ölkələrində eyni həcmdə paylanmır, əsasən, Tacikistan və Qırğızıstanda bu ehtiyatlar daha çoxdur. Bu səbəbdən də bizim Özbəkistan və Türkmənistana bərpa olunan enerji mənbələrini inkişaf etdirməyə və balanslaşdırma haqqında düşünməyə imkan verən enerji şəbəkəmiz var.

Yaxın gələcəkdə Azərbaycanın elektrik enerjisinin tranziti sahəsində
Mərkəzi Asiya ölkələrinə çox rahat inteqrasiyası qaçılmazdır

- Enerji keçidi zamanı yüksək qalıq yanacaq asılılığı olan bir çox ölkələr hansı ümumi problemlərlə üzləşirlər?

- Orta Asiya ölkələri üçün mədən yanacaqlarından istifadə sahəsində əsas problemlərdən biri müəyyən kreditləri cəlb etməkdr, çünki tərəfdaşlar belə maliyyələşdirməni təmin etmirlər. Bir çox ölkələr mədən yanacaqlarından tamamilə imtina etmək öhdəliyi götürə bilməzlər, çünki onların iqtisadiyyatı məhz həmin yanacaqdan asılıdır. Enerji sabitliyindən danışanda, buna uyğun olaraq, keçid sabit olmalıdır.

- Alternativ enerji mənbələrinin inkişafında Mərkəzi Asiya ölkələrinin gələcəyini necə görürsünüz?

- Elektrik enerjisinin 90%-dən çoxunun su elektrik stansiyaları tərəfindən istehsal olunduğu Tacikistan və Qırğızıstandakı vəziyyətlə bağlı qeyd edim ki, bu ölkələrin zəngin təbii ehtiyatları var və biz bundan yararlanmalıyıq. Xüsusən Özbəkistan günəş enerjisinin inkişafı üçün böyük potensiala malikdir. Beləliklə, bu sahənin gələcəyi nikbin görünür.

Bir çox ölkələr mədən yanacaqlarından tamamilə
imtina etmək öhdəliyi götürə bilməzlər, çünki onların
iqtisadiyyatı məhz həmin yanacaqdan asılıdır

- Bərpa olunan enerji mənbələrinin inkişafına təsir edəcək cari tendensiyalar hansılardır?

- Bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı əsas problem, maliyyələşmə ilə yanaşı, bir sıra uyğunsuzluqların olmasıdır. İndi batareya bazarı çox optimal şəkildə inkişaf edir və buna görə də bundan faydalana bilərsiniz. Azərbaycan və Türkmənistana gəlincə, bu ölkələrin hidrogen ehtiyatlarını fəal şəkildə artırması çox vacibdir, çünki onların böyük qaz yataqları var və bütün bunlar istismar oluna bilər.


Tamilla MƏMMƏDOVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?