21 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Amin Butalbi: “Əlcəzairli turistlər üçün Azərbaycan mühüm məkana çevriləcək” MÜSAHİBƏ

Azərbaycan ilə Əlcəzair arasında iqtisadi əməkdaşlığın əsas təmayülləri haqqında “vergiler.az”ın suallarına əlcəzairli iqtisadçı ekspert, Ərəb-Afrika İnvestisiya və İnkişaf Mərkəzinin (CAAID) prezidenti Amin Butalbi cavab verir.

- Cənab Butalbi, Əlcəzairi Azərbaycanla əlaqələndirən hansı amilləri önə çəkmək istərdiniz?

- Əlcəzair 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasında olub və 1994-cü ildən Azərbaycanda səfirliyini açıb. O vaxtdan Əlcəzairlə Azərbaycan arasında tarixi ənənələrə söykənən güclü əlaqələr yaranıb, bir çox müqavilələr bağlanıb.

Hər iki ölkə hazırda Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının rəmzi olan eyni bayraq altındadır.

Hesab edirəm ki, ticarət mübadiləsinin mövcud həcmi Azərbaycan və Əlcəzair arasında ikitərəfli əməkdaşlığın potensialını əks etdirir. Hər iki dövlət ikitərəfli münasibətləri gücləndirmək və iqtisadi əməkdaşlığı genişləndirmək, ticarət mübadiləsini təşviq etmək üçün intensiv iş aparır.

Azərbaycan və Əlcəzair ikitərəfli münasibətləri
gücləndirmək və iqtisadi əməkdaşlığı genişləndirmək,
ticarət mübadiləsini təşviq etmək üçün intensiv iş aparır

- Ölkələr arasında əməkdaşlıqda hansı prioritetləri qeyd edə bilərsiniz? Əlcəzair iqtisadiyyatının hansı sektorları azərbaycanlı investorları maraqlandıra bilər?

- İqtisadi əlaqələrin inkişafında kənd təsərrüfatının xüsusi yeri var. Əlcəzair Azərbaycandan kənd təsərrüfatı məhsullarını idxal edə bilər. Azərbaycanın yüksək texnologiyaları Əlcəzairin kənd təsərrüfatında, xüsusilə taxıl və quru meyvələrin istehsalında tətbiq oluna bilər. Daşınmaz əmlak sektoru, turizm, ali təhsil, elmi-tədqiqat laboratoriyaları, elmi nümayəndə heyətlərinin mübadiləsi, innovasiya sektoru kimi sahələr diqqət mərkəzində saxlanılmalıdır.

Azərbaycanın toxuculuq sektoru Türkiyə, Almaniya texnologiyalarına yiyələnməyə müvəffəq olub. Bu sahə, eləcə də istehsal sektoru iki ölkə arasında əməkdaşlığa müsbət təsir göstərə bilər.
Bununla yanaşı, Əlcəzair Zleecaf Afrika Kontinental Azad Ticarət Zonasının bir hissəsidir, Azərbaycan onun statusundan və vergi güzəştlərindən faydalanmaqda maraqlıdır.

- Ölkələr arasında turizm potensialını necə qiymətləndirirsiz?

- Kənd təsərrüfatı və energetika kimi sektorlar sırasında turizm də birgə əməkdaşlığın inkişafından, habelə nümayəndə heyətləri arasında birbaşa mübadilələrdən irəli gələn ən mühüm amillərdən biri olaraq qalır. Ticarət əlaqələrinin və birbaşa investisiyaların genişlənməsi ilə turizmin rolu artacaq. Əlcəzairli turistlər üçün Azərbaycan mühüm məkana çevriləcək.

Əlcəzair və Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində mühüm görüş
keçirib və görüşdə enerji, bərpa olunan enerji, enerji keçidi, texnologiya
transferi və kəşfiyyat sahəsində əməkdaşlıq sazişi imzalanıb

Bu sektorda çoxlu cəlbedici istiqamətlər və perspektivli imkanlar var, xüsusən də hər iki ölkədə gözəl təbiətə malik ərazilər mövcuddur. Ərəb-Afrika investisiya və inkişaf mərkəzi olaraq bizim Azərbaycanın Əlcəzairdəki səfirliyi ilə güclü əlaqələrimiz var. Əlcəzair xalqı Azərbaycan xalqını qardaş xalq hesab edir.

- Bərpa olunan enerji sahəsində əməkdaşlığın perspektivlərini necə görürsünüz?

- Əlcəzair və Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində mühüm görüş keçirib və görüşdə enerji, bərpa olunan enerji, enerji keçidi, texnologiya transferi və kəşfiyyat sahəsində əməkdaşlıq sazişi imzalanıb.

Ticarət mübadiləsi getdikcə böyüyür və sürətlənir. Məqsəd əməkdaşlıq körpülərini genişləndirmək və ikitərəfli tərəfdaşlığı gücləndirməkdir. Biz birbaşa investisiyaları təmin etmək və iqtisadi əlaqələr qurmaq, mövcud imkanlarla tanış olmaq yönündə investorları məlumatlandırmaq üçün səfirlik və Azərbaycanda əlaqələrimiz olan bütün tərəflərlə birgə işləyirik.

Tamilla MƏMMƏDOVA

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?