4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Marçin Zaborovski: “Polşa azərbaycanlı İT mütəxəssislərini cəlb etməkdə çox maraqlıdır” MÜSAHİBƏ

“vergiler.az” beynəlxalq ekspertlərlə Azərbaycanın xarici iqtisadi əlaqələri barədə müsahibələr silsiləsini davam etdirir. Budəfəki müsahibimiz Polşa Senatının müşaviri, GLOBSEC analitika mərkəzinin icraçı direktoru, Təhlükəsizliyin Gələcəyi proqramının direktoru, Xarici Əlaqələr və Avropaya İnteqrasiya Komitəsinin müşaviri, iqtisadçı ekspert Marçin Zaborovskidir.

- Cənab Zaborovski, öncə Polşa ilə Azərbaycan arasında iqtisadi əlaqələrin hazırkı vəziyyətinə sizin münasibətinizi öyrənmək istərdim...

- Bu münasibətlər mövcud vəziyyətindən daha böyük potensiala malikdir. Ümumi strateji perspektivi və nisbi coğrafi yaxınlığı bölüşən Polşa ilə Azərbaycan arasında ticarətin həcmi kiçik olaraq qalır. Hər iki ölkənin iqtisadiyyatı bir-birini tamamlayır və onlar daha dinamik ticarətdən faydalana bilərlər.

- Ölkələrimiz arasında ikitərəfli ticarət dövriyyəsinin həcmi necədir?

- Ölkələrimiz arasında ticarət dövriyyəsinin ümumi həcmi 100 milyon ABŞ dollarından artıqdır. Ümid edirik ki, paytaxtlarımız arasında birbaşa aviareyslərin açılması ticarətin mövcud dinamikasını dəyişəcək.

Azərbaycan Polşaya, əsasən, fındıq, bentonit, qablaşdırma vasitələri və qablar, dəmir məmulatları, taxta yeşiklər və səbətlər ixrac edir. Bakı Polşadan daha çox elektrik cihazları, mexanizmlər və onların hissələri, qiymətli metallardan hazırlanmış alətlər, əczaçılıq, ətriyyat və kosmetika məhsulları, eləcə də süd və süd məhsulları idxal edir.

Azərbaycan Polşaya, əsasən, fındıq, bentonit, qablaşdırma vasitələri və
qablar, dəmir məmulatları, taxta yeşiklər və səbətlər ixrac edir

- Azərbaycanla Polşa arasında hansı sahələrin inkişaf potensialı daha böyükdür?

- Enerji sektoru əməkdaşlıq üçün daha böyük perspektivə malikdir. Polşa xalis idxalçı, Azərbaycan isə ən böyük enerji ixracatçılarından biridir. Bununla belə, iki ölkə arasında heç bir boru kəməri olmadığı üçün enerji ticarəti edilmir. Bu vəziyyət mümkün qədər tez dəyişməlidir.

Polşa azərbaycanlı informasiya texnologiyaları (İT) mütəxəssislərini cəlb etməkdə çox maraqlıdır. Ötən il azərbaycanlı İT mütəxəssisləri üçün “Poland: Business Harbour” proqramına start verilib.
Azərbaycanlı tələbələr artıq Varşava universitetlərində təhsil alırlar.

Azərbaycan Polşanın tikinti, bank və sığorta sektoru üçün investisiya məkanına çevrilməlidir.

Azərbaycan Polşanın tikinti, bank və sığorta sektoru üçün investisiya məkanına çevrilməlidir

- Cənub Qaz Dəhlizinin ölkəniz üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Polşa Azərbaycan qazını almaqda çox maraqlıdır. Hazırda biz Svinouysciedəki mayeləşdirilmiş təbii qaz (LNG) terminalımız vasitəsilə Qətərdən əhəmiyyətli həcmdə qaz idxal edirik. Məncə, bu terminal Azərbaycan qazının idxalı üçün də istifadə oluna bilər.

- Polşa nəqliyyat infrastrukturunun inkişafında maraqlıdır. Ölkəniz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TİTR) layihəsində iştirakdan hansı faydalar gözləyə bilər?

- Polşa Avropaya enerji resurslarının ən böyük idxalçılarından biri olub və idxalçı olaraq da qalacaq. Kömür mədənlərini tədricən bağladığı üçün ölkə xaricdən daha çox qaz və digər enerji mənbələri idxal etməli olacaq.

Hər iki ölkənin loqistik infrastrukturundan istifadə etməklə Avropa və Asiyanı birləşdirən nəqliyyat dəhlizlərinin təkmilləşdirilməsi və inkişafı məqsədilə Polşa ilə Azərbaycan arasında əməkdaşlıq hər iki ölkənin nəqliyyat potensialından düzgün istifadə etməyə imkan verəcək. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu bu məqsədə çatmaqda xüsusi əhəmiyyət kəsb edən layihədir.

Azərbaycan və Polşa Avropanın strateji nöqtələrində yerləşir. Onlar nəqliyyat marşrutlarının inkişafının əlaqələndirilməsindən faydalana bilərlər.

Azərbaycan və Polşa Avropanın strateji nöqtələrində yerləşir. Onlar nəqliyyat
marşrutlarının inkişafının əlaqələndirilməsindən faydalana bilərlər

- Azərbaycanda son illərdə ciddi iqtisadi islahatlar aparılır. Ölkəmizin biznes mühitini Polşa sahibkarları üçün nə dərəcədə cəlbedici saymaq olar?

- Polşa iqtisadiyyatı sabit və proqnozlaşdırıla biləndir. Avropanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biridir. Avropa İttifaqının üzvü olan Polşa 500 milyon avropalı istehlakçının bazarına çıxmaq imkanı yaradır.

Polşa Azərbaycana, əsasən, avadanlıq satır, lakin bunun həcmi hələlik azdır. Bu tendensiya inkişaf etdirilməlidir.

Polşanın əczaçılıq, kimya və kosmetika sahələrində rəqabətədavamlı məhsulları var. Nəhayət, Polşa bank, sığorta və s. sahələr üzrə Azərbaycana Avropa səviyyəli kompleks xidmətlər təklif edə bilər. Azərbaycanın isə öz növbəsində polşalı investorlara enerji və digər sənaye sahələrinə aid xidmətlər təklif etməsi mümkündür.

Biz Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində də əməkdaşlığın inkişaf perspektivlərini görürük. Polşa sahibkarları Ələt limanında yaradılan azad iqtisadi zonaya maraq göstərirlər.

Tamilla MƏMMƏDOVA

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması