8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hansı daşınmaz əmlaklara görə əlavə dəyər vergisi geri qaytarılır? MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində bina tikintisi ilə məşğul olan hüquqi şəxslərin nümayəndələri ilə yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması mövzusunda görüş keçirilib. Layihə yenidir və istər bina tikintisi ilə məşğul olan şəxslərin, istərsə də mənzil alan vətəndaşların bu mövzu ilə bağlı sualları yaranır. Bu istiqamətdə geniş məlumatlandırmaya ehtiyac olduğunu nəzərə alaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş idarəsinin rəis müavini Elşən Rəhimli Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan “İqtisadi zona” proqramında mövzu ilə bağlı suallara aydınlıq gətirib:

- Elşən müəllim, əvvəlcə bir məsələyə aydınlıq gətirmənizi istəyirik. Alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən əlavə dəyər vergisinin qaytarılması mexanizmi necə tənzimlənir?

- Bu sistem Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib. Bu, xüsusi portaldır. Həm bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər, yəni MTK-lar, həm də alıcıların həmin portaldan istifadə etmək hüququ var. MTK-lar öz ASAN İmzaları və gücləndirilmiş elektron imza vasitəsilə şəxsi kabinetlərinə daxil ola bilərlər. Alıcılar isə FİN və mobil nömrə ilə qeydiyyatdan keçərək portala daxil ola və sistemdən istifadə edə bilərlər. Mexanizmlə bağlı qeyd edim ki, bu sistemdə üç tərəf mövcuddur - MTK, alıcı və vergi orqanı. MTK-nın burada əsas funksiyası həmin bina tikintisi fəaliyyəti ilə məşğul olmaqla bağlı rübdə bir dəfə məlumat formasının təqdim edilməsidir. Həmin məlumat forması vergi qanunvericiliyinin tələbidir. Rübdə bir dəfə bina ilə bağlı müfəssəl məlumat vergi orqanına təqdim edilməlidir. Həmin məlumatın rübdə bir dəfə təqdim edilməsi bu portal vasitəsilə həyata keçirilir. İkinci məsələ, həmin portal vasitəsilə satış zamanı elektron qaimə-fakturanın təqdim edilməsidir.

Burada ödəniş üç halda mövcuddur. Birinci hal onlayn qaydadadır.
Vətəndaş elektron qaydada Hökumət Ödəniş Portalı vasitəsilə ödəməni
həyata keçirə bilər. İkinci halda vətəndaş fiziki olaraq banka
yaxınlaşaraq ödəniş edir. Bütün bankların əməkdaşları da bu barədə
məlumatlandırılıb. Onlar ödənişi xüsusi kod vasitəsilə həyata
keçirməlidirlər. Üçüncü hal isə notarius vasitəsilə ödəniş sistemidir

Alıcının təqdim edilən həmin elektron qaimə-fakturanı portaldakı şəxsi kabinetində avtomatik görmə imkanları mövcuddur. Burada mənzilin rekvizitləri, ödəmə ilə bağlı məlumatlar və MTK-nın digər rekvizitləri əksini tapmalıdır. Əgər həmin qaimə-fakturanın rekvizitləri tələblərə uyğundursa, alıcı məlumatları təsdiqləyir. Əks halda, rekvizitlər uyğun deyilsə və səhv varsa, bu zaman, alıcının həmin elektron qaimə-fakturanı ləğv etmək imkanı var. Qaimə-faktura təsdiqləndikdən sonra artıq həmin qaimə-faktura üzrə ödəniş sistemi aktivləşdirilir. Burada ödəniş üç halda mövcuddur. Birinci hal onlayn qaydadadır. Vətəndaş elektron qaydada Hökumət Ödəniş Portalı vasitəsilə ödəməni həyata keçirə bilər. İkinci halda vətəndaş fiziki olaraq banka yaxınlaşaraq ödəniş edir. Bütün bankların əməkdaşları da bu barədə məlumatlandırılıb. Onlar ödənişi xüsusi kod vasitəsilə həyata keçirməlidirlər. Üçüncü hal isə notarius vasitəsilə ödəniş sistemidir. Hər 3 halda ödəmə imkanı mövcuddur. Ödəniş tam yekunlaşdıqdan sonra alıcı əlavə dəyər vergisinin geri qaytarılması üçün ərizə ilə müraciət edə bilər. Burada 90 gün müddət verilib. Axırıncı məbləğ üzrə tam ödənişdən sonra 90 gün müddətində alıcı müraciət edə bilər. Bu da portalda aktivləşir və alıcı sistemdə ərizəni doldurur. Ərizədə bank hesab məlumatlarını əlavə edir və sənədi göndərir. Sənəd göndərildikdən dərhal sonra vergi orqanına daxil olur. Vergi orqanı buna uyğun olaraq risk qiymətləndirilməsi aparır. Risk qiymətləndirilməsi nəticəsinə uyğun olaraq təsdiqlənərsə, məlumatın banka ötürülməsini təmin edir. Bank da öz növbəsində vəsaitin ərizədə qeyd olunmuş hesaba ödənilməsini təmin edir.

- Qeyd etdiniz ki, son ödənişdən ötən 90 gün ərzində müraciət olunmalıdır. Ödəniş mütləq qaydada tam həyata keçirilməlidirmi?

- Hissə-hissə olsa belə, əmlaka görə ödəniş tam həyata keçirilməlidir. Ödənişlər tam yekunlaşdıqdan sonra alıcıya 90 gün müddət verilir və həmin müddətdə ərizəni doldura bilər.

- Bəs ipoteka kreditlərinə münasibətdə? Bu qaydalar onlara da şamil olunurmu?

- İpoteka kreditləri ilə əldə olunan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödəniş bank tərəfindən tam ödənildiyi üçün orada bir problem yoxdur. Bu halda alınan əmlaka görə tam ödəniş həyata keçirilir və bu zaman alıcının dərhal müraciət etmək imkanı var. Ancaq hissəli ödənişlərdə isə ödənişin tam həyata keçirilməsi vacibdir.

Dövlət üçün fayda ondan ibarətdir ki, bu sahədə dəqiq uçotun
aparılmasına, reyestrin formalaşmasına nail olacaq

- Bu layihədən kimlər yararlanacaq? Əlavə dəyər vergisinin bir hissəsini geri alan vətəndaşların kateqoriyası necə müəyyənləşdirilib?

- Qeyd etdiyimiz kimi, layihədə üç tərəf mövcuddur – MTK, alıcı və dövlət. Burada hər üç tərəfin faydasını görə bilirik. İlk öncə, alıcı tərəfindən baxaq. Bu layihə üzrə alıcı ödədiyi əlavə dəyər vergisinin 30 faizini geri ala bilir ki, bu da əlavə qazanc deməkdir. MTK-lar da öz növbəsində, mənzillərin satışından faydalanacaqlar. Hazırda vətəndaşlar birinci əldən deyil, təkrar bazardan mənzil almağa üstünlük verirlər. Bu layihədən sonra artıq vətəndaşların mənzilləri birbaşa MTK-lardan alması sürətlənəcək ki, bu da nəticədə MTK üzrə satışın stimullaşdırılmasına və çoxalmasına səbəb olacaq. Bu, MTK üçün böyük bir faydadır. Dövlət üçün fayda ondan ibarətdir ki, bu sahədə dəqiq uçotun aparılmasına, reyestrin formalaşmasına nail olacaq. Eyni zamanda, nəticə etibarilə tikinti sektorunda şəffaflaşmaya şərait yaranacaq, bu, sahənin tam şəffaflaşmasına gətirib çıxaracaq.

- Gəlin dövrlərə aydınlıq gətirək. Əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması hansı dövrdə alınan mənzillər və qeyri-yaşayış obyektlərinə aid edilir?

- Məlum olduğu kimi, bununla bağlı qanunun 1 yanvar 2020-ci ildə qəbul olunmasına baxmayaraq, qanunun tətbiq edilməsi ilə bağlı fərman 25 may 2022-ci il tarixdə imzalanıb. Ancaq buna baxmayaraq, fərmanın keçid müddəasında 2020-ci ildən 25 may 2022-ci ilə qədər olan dövr üzrə vətəndaşlara imtiyazlar verilir. Yəni o dövr üzrə ƏDV depozit ödənişi istisna olmaqla, bank çıxarışı və müqavilə sənədi təqdim etməklə portala müraciət etmək şəraiti yaradılıb. Qaydalar yalnız 1 yanvar 2020-ci ildən sonrakı dövrə şamil olunur. Bu dövrdən 25 may 2022-ci il tarixədək bank çıxarış sənədini və müqavilə sənədləri və digər sənədləri portala daxil etməyə göndərə bilir. Lakin sistem istismara verildiyi tarixdən sonra, yəni 21 noyabrdan sonra yalnız MTK tərəfindən tərtib olunmuş elektron qaimə-faktura əsasında və ona uyğun olaraq ödənişlər həyata keçirməklə mümkün olacaq.

- Ödənişi tam həyata keçirmək deyərkən burada nədən söhbət gedir? Yəni vətəndaş hansı sənədləri təqdim etməlidir? Tutaq ki, vətəndaş 2020-ci ilin ilk aylarından ödəməyə başlayıb, hissəli ödəmə olub və bir ildən sonra ödəməni tam şəkildə həyata keçirib. Bu zaman tələb olunan sənəd nədir?

- Bəli, bu sənəd banka ödəniş sənədi ilə bağlı qəbzdir. Yəni burada MTK-ların daxili mədaxil qəbzlərindən söhbət getmir. Yalnız bankla bağlı ödəniş qəbzləridir. Bu qəbzlər əvvəlki dövrdə ödənilibsə, bunlar toplanmalıdır. Yeni dövrdə davam edirsə, o qəbzlər də toplanmalıdır. Tam ödəniş həyata keçirdikdən sonra müraciət edə bilər.

Ödənişlərin MTK-ların birbaşa özünə ödənilməsi birmənalı olaraq qəbul edilmir

- Bu proseslərə Dövlət Vergi Xidmətinin nəzarət mexanizmi necə olacaq? Riskin qiymətləndirilməsi nədən ibarətdir?

- Qeyd olunduğu kimi, vətəndaş tərəfindən portala müraciət etdikdən sonra sənəd vergi orqanına daxil olur. Qaydalara əsasən, vergi orqanı risk qiymətləndirilməsi aparır. Vergi orqanı, sadəcə, burada ödənişin “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinə uyğun olaraq ödənib-ödənilməməsinə nəzarət edəcək. Müqavilənin surətinin əsli yoxlanılacaq. Daha doğrusu, bina tikintisi ilə bağlı olan sənədlərin, icazənin, sərəncamın nömrəsi və digər məlumatların yoxlanılması həyata keçiriləcək. Nəzarət mexanizmi bu hissələrdən ibarətdir. Sənədlər tam yerində olduğu təqdirdə, məlumat təsdiqlənəcək. Burada müddət də onlayn tənzimlənir, dərhal banka məlumat ötürülür və bank gün ərzində vəsaiti qarşı tərəfin hesabına ötürür.

- Bir məqamı da dəqiqləşdirək. Alınan əmlaka görə ödəniş nağdsız qaydada həyata keçirilməlidir. Bunun da bir neçə forması var. Ola bilər ki, vətəndaş məbləği tam şəkildə MTK-nın özünə ödəyir. Bu necə tənzimlənir?

- Bu suala cavab olaraq bildirmək istərdim ki, ödənişlərin MTK-ların birbaşa özünə ödənilməsi birmənalı olaraq qəbul edilmir. Burada alıcı tərəfindən MTK üzrə banka ödəniş sənədi əsasdır, çünki qaydalara uyğun olaraq ödənişin təyinatı göstərilməlidir. “Ödəniş hansı formada olmalıdır, təyinatda nələr qeyd olunmalı və banka ödəniş hansı formada həyata keçirilməlidir?” kimi suallara cavab versək, bu qaydalar üçün nağdsız qaydada banka ödəniş sənədi əsas olaraq çıxış edir və alıcı tərəfindən MTK-lara ödəniş aparılması ƏDV-nin bir hissəsinin geri alınması üçün qəbul edilməyəcək.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?