23 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Paulo Botta: “Azərbaycanla Argentina arasında iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlıq üçün əlverişli zəmin yaranıb” MÜSAHİBƏ

Cənubi Qafqaz və Latın Amerikası müxtəlif yarımkürələrdə yerləşir, onları okean ayırır. İlk baxışdan elə görünə bilər ki, belə ucqar regionlarda yerləşən ölkələr arasında əhəmiyyətli intensivlikdə təmasların olduğunu gözləməyə dəyməz. Əslində, bu regionların ölkələri arasında mövcud olan sıx əməkdaşlıq genişlənib inkişaf etməkdədir. Mövzu ilə bağlı “vergiler.az”ın suallarını Argentinanın La Plata Milli Dövlət Universitetinin və Beynəlxalq Münasibətlər İnstitutunun Avrasiya şöbəsinin müdiri Paulo Botta cavablandırır.

- Cənab Paulo Botta, bu gün Cənubi Amerika ölkələrinin iqtisadiyyatı üçün hansı məsələlər daha aktual hesab edilə bilər?

- Latın Amerikası ölkələri, əsasən, Çin mallarını idxal edirlər ki, bu da iqtisadiyyatı primitivləşdirir. Onlar buna qarşı mübarizə aparmalıdırlar. Digər tərəfdən, loqistika xərclərini azaldacaq infrastruktur layihələrinə investisiyaların qoyulmasına böyük ehtiyac var. Nəhayət, inteqrasiya prosesləri yenidən təşkil edilməli və qlobal iqtisadiyyatın yeni reallıqlarına uyğunlaşdırılmalıdır.

- Azərbaycanla Argentina arasında iqtisadi əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?

- İkitərəfli münasibətlərin inkişafı nəticəsində son 30 ildə Argentinanın Azərbaycanda, Azərbaycanın Argentinada səfirlikləri açılmış, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmiş, rəsmi şəxslərin təmasları sayəsində iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlıq üçün zəmin yaranmışdır. Hesab edirəm ki, yaxın gələcəkdə iqtisadi fəallığın artırılmasına diqqət gücləndirilməlidir.

Bundan əlavə, 2019-cu ilin may ayında Azərbaycan Meksika, Kolumbiya, Peru və Çili, eləcə də onlarla sıx əlaqədə olan assosiativ üzvlər - Avstraliya, Kanada, Yeni Zelandiya və Sinqapurun daxil olduğu Sakit Okean Alyansında müşahidəçi statusu alıb.

Braziliyanın "Petrobras" neft şirkəti və ya Argentinanın “YPF” dövlət enerji şirkəti
Azərbaycanın SOCAR şirkəti ilə birlikdə texniki təhsildən tutmuş investisiyaya və
tərəfdaşlığa qədər bir çox istiqamətlərdə əməkdaşlıq imkanlarını araşdırmalıdır

Sakit okean regionunda beynəlxalq tərəfdaşlıq üçün ən dinamik platformalardan birinə çevrilmiş bu perspektivli iqtisadi əməkdaşlıq strukturu ilə Azərbaycan bir-birinə maraq göstərir və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün səylər genişləndirilməlidir.

- Dünyadakı mövcud geosiyasi vəziyyət Azərbaycanın tranzit potensialına da öz təsirini göstərməkdədir...

- Orta dəhliz, şübhəsiz ki, Avrasiyanın ən mühüm infrastruktur şəbəkələrindən birinə çevriləcək. Bu baxımdan, Azərbaycan qaz-neft ehtiyatlarına və geosiyasi mövqeyinə görə çox əlverişli vəziyyətdədir. Azərbaycanın Çin və Avropa dövlətləri üçün iqtisadi əhəmiyyətinin artmasının şahidi olacağıq.

- Cənubi Amerika ölkələri ilə Azərbaycan arasında turizm potensialını necə görürsünüz?

- Ölkələrimizin iqtisadi əlaqələrində turizm sektorunun böyük potensialı var. “Türk Hava Yolları” tərəfindən Buenos-Ayres, San-Paulu, Boqota, Panama və İstanbul şəhərlərinə birbaşa uçuşun olması çox mühüm üstünlükdür. Azərbaycanın hava limanında tətbiq etdiyi vizanın sadələşdirilməsi proseduru daha bir üstünlükdür. Hesab edirəm ki, bu gün ölkələr qlobal səviyyədə əməkdaşlığın daha da genişləndirilməsinə diqqət yetirməlidirlər.

Azərbaycanla müxtəlif əməkdaşlıq sahələri mövcuddur ki, bu da
Azərbaycan şirkətlərinin Latın Amerikasına, Latın Amerikası
şirkətlərinin də Avrasiyaya daxil olmasına imkan verəcək

- Azərbaycanın SOCAR şirkəti ilə Cənubi Amerika şirkətləri arasında enerji sahəsində əməkdaşlıq hansı perspektivləri vəd edir?

- Əməkdaşlıqda enerji sektoru prioritetə çevrilməlidir. Braziliyanın "Petrobras" neft şirkəti və ya Argentinanın “YPF” dövlət enerji şirkəti Azərbaycanın SOCAR şirkəti ilə birlikdə texniki təhsildən tutmuş investisiyaya və tərəfdaşlığa qədər bir çox istiqamətlərdə əməkdaşlıq imkanlarını araşdırmalıdır.

Dənizdən hasil edilən qaz və şist qazı Latın Amerikasında getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycanla müxtəlif əməkdaşlıq sahələri mövcuddur ki, bu da Azərbaycan şirkətlərinin Latın Amerikasına, Latın Amerikası şirkətlərinin də Avrasiyaya daxil olmasına imkan verəcək.

Tamilla MƏMMƏDOVA

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?