13 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Con Sverdlov: “Azərbaycanın vergi sahəsi ilə tanış olduqdan sonra yaxşı mənada təəccübləndim” MÜSAHİBƏ

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyası (HMRC) ilə ikitərəfli əlaqələri genişləndirir. Qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi çərçivəsində HMRC mütəxəssislərinin Bakıya səfəri başlayıb. Məqsəd vergi orqanları əməkdaşları üçün təlimlər keçmək və təcrübə mübadiləsi aparmaqdır. Mövzuların aktuallığını nəzərə alaraq, təlimlərin 2-ci hissəsinin noyabr ayında davam etdirilməsi nəzərdə tutulur. Təlimlərdə Böyük Britaniya Vergi və Gömrük Administrasiyasının ölkələrarası hesabatlılıq üzrə mütəxəssisi Saymon Kimber və məlumat mübadiləsi üzrə mütəxəssisi Con Sverdlov iştirak edirlər. Qurumun baş təhlilçisi Dan Arçer, texniki mütəxəssis Canet Hopkins, araşdırma məlumat mübadiləsi mütəxəssisi Nikola Maykok, avtomatik məlumat mübadiləsi siyasətinin rəhbəri David Smit prosesə onlayn qaydada qoşulublar.

Məlumat mübadiləsi üzrə mütəxəssis Con Sverdlov “vergiler.az”ın suallarını cavablandırır:

- Son illər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti transfer qiymətlərinin inzibatçılığı, eləcə də məlumat mübadiləsi və ölkələrarası hesabatlılığın tətbiqi sahələrində intensiv iş aparır. Böyük Britaniyanın Gəlir Xidməti bu sahədə Azərbaycanla hansı təcrübəni bölüşə bilər?

- Bunlar fərqli, lakin əlaqəli maddələrdir. Transfer qiymətləri transmilli müəssisənin öz mənfəətini dünya üzrə bölüşdürməsi prosesidir. Məlumatın paylaşılması vergi orqanlarının sahib olduqları məlumatları qanuni olaraq digər vergi orqanları ilə paylaşa bilməsi prosesidir. Ölkə hesabatı xüsusi olaraq transfer qiymətləri ilə məşğul olan transmilli müəssisələr haqqında məlumatı göstərmək üçün hazırlanıb.

Biz, adətən, bu standartların hələ heç birini tətbiq etməmiş yurisdiksiyalarla
işləyirik, Azərbaycan isə artıq bütün informasiya mübadiləsini həyata keçirib,
hazırda ölkə hesabatları üzərində işləyir və bu baxımdan, bizim üçün bir az
fərqlidir. Təcrübələrimizi müzakirə edirik və səhvlərimizdən nəticə çıxarırıq.

Böyük Britaniya uzun müddətdir ki, bütün bu proseslərdə, o cümlədən G-20-nin üzvü kimi iştirak edir. Bu isə o deməkdir ki, Böyük Britaniya nümayəndələri standartların yaradılmasının müzakirəsində iştirak ediblər. Bütün bu proseslərdə müəyyən səhvlərimiz olsa da, onlarda dərs almağa çalışdıq. Biz, adətən, bu standartların hələ heç birini tətbiq etməmiş yurisdiksiyalarla işləyirik, Azərbaycan isə artıq bütün informasiya mübadiləsini həyata keçirib, hazırda ölkə hesabatları üzərində işləyir və bu baxımdan, bizim üçün bir az fərqlidir. Təcrübələrimizi müzakirə edirik və səhvlərimizdən nəticə çıxarırıq.

- Azərbaycanın vergi sahəsində həyata keçirdiyi fəaliyyətlə tanışsınızmı? Bu sahənin qiymətləndirilməsi ilə bağlı rəyinizi bilmək maraqlı olardı.

- Düzünü desəm, bu, Bakıya ilk səfərimdir və Azərbaycanın vergi sahəsində fəaliyyətindən az məlumatlı idim. Deməliyəm ki, bu səfərimdən böyük zövq aldım.

Bakı gözəl şəhərdir, işlədiyim insanlar məndə böyük təəssürat yaratdılar. Azərbaycanın vergi sahəsi ilə tanış olduqdan sonra bu sahədə beynəlxalq standartlarla bağlı xeyli işlər görüldüyünü müşahidə etdim və yaxşı mənada təəccübləndim. Burada ünsiyyətdə olduğum insanların öz işlərinə məsuliyyətlə yanaşdıqlarının şahidi oldum. Bizim müzakirə etdiyimiz məsələ isə daha çox standartların real tətbiqi ilə bağlıdır. Bilirsiniz, siz müəyyən qaydaları başa düşə bilərsiniz, amma onları tətbiq etməyə başlayanda müəyyən problemlərlə qarşılaşarkən ən yaxşı üsul haqqında düşünə bilərsiniz. Artıq kifayət qədər təcrübəli və nə etdiklərini anlayan insanlarla bu cür məsələləri müzakirə etmək çox xoşdur.

Tamilla MƏMMƏDOVA

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?