11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Salvator Santajelo: “Azərbaycan İtaliya üçün həyati əhəmiyyətli və strateji enerji tərəfdaşıdır” MÜSAHİBƏ

Bakı ilə Roma arasında çox güclü iqtisadi əlaqələr mövcuddur. Azərbaycanın ən əsas ticarət tərəfdaşı olan İtaliya ilə qarşılıqlı ticarət dövriyyəsi ötən il 9,6 milyard, bu ilin yeddi ayında isə 11 milyard dollara çatıb. Lakin iki ölkə arasındakı əməkdaşlıq yalnız enerji və ticarət sahələri ilə məhdudlaşmır. Rəsmi Bakı ilə Roma arasındakı münasibətlərin hazırkı səviyyəsi haqqında “vergiler.az”ın suallarını beynəlxalq əlaqələr üzrə ekspert Salvator Santajelo cavablandırıb.

- Azərbaycan-İtaliya münasibətlərinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- İtaliya ilə Azərbaycan arasında münasibətlər ən yüksək həddədir. Hər iki ölkə Trans-Adriatik Boru Kəmərinin (TAP) gücünü iki dəfə artırmağı planlaşdırır. İtaliya uzun illərdir ki, Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Ölkələr arasında yüksək səviyyəli siyasi dialoq sistemi mövcuddur.

Bu yaxınlarda Prezident İlham Əliyev Çernobbio Forumunda çıxış etmək üçün dəvət olundu və Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirildi. Bundan başqa, İtaliya bir neçə dəfə Azərbaycanın Avropa İttifaqının (Aİ) arxitekturasına daha sıx inteqrasiyasını dəstəkləməyə hazır olduğunu nümayiş etdirib. Məsələn, diplomatiyamız 2022-ci ildə Aİ-Azərbaycan qaz sazişinin təmin olunmasına kömək edib.

Aİ öz portfelinin şaxələndirilməsini sürətləndirməlidir. TAP vasitəsilə Aİ enerji
bazarına qoşulmuş Azərbaycanın artıq bu baxımdan açıq üstünlüyü var.
Söhbət yeni infrastrukturun qurulmasından deyil, TAP-ın genişləndirilməsindən gedəcək.

- İtaliya bir istehlakçı ölkə kimi Azərbaycan qazına necə qiymət verir? Avropa qaz bazarında Bakının payının artırılmasını necə dəyərləndirirsiniz?

- Aİ öz portfelinin şaxələndirilməsini sürətləndirməlidir. TAP vasitəsilə Aİ enerji bazarına qoşulmuş Azərbaycanın artıq bu baxımdan açıq üstünlüyü var. Söhbət yeni infrastrukturun qurulmasından deyil, TAP-ın genişləndirilməsindən gedəcək.

İtaliyaya gəlincə, Azərbaycan Roma üçün həyati əhəmiyyətli və strateji enerji tərəfdaşıdır. Bakı Avropada getdikcə daha vacib qaz tədarükçüsünə çevrilir. Azərbaycan bu ilin avqust ayında İtaliyaya ixrac həcminə görə Rusiyadan sonra ikinci yerdə qərarlaşıb

- Ticarət strukturuna nəzər saldıqda Azərbaycandan İtaliyaya ixracda enerji resurslarının üstünlük təşkil etdiyini görmək olar. Sizcə, ticarət əlaqələrinin daha da şaxələndirilməsi üçün hansı addımlar atıla bilər?

- Azərbaycan öz iqliminə görə kənd təsərrüfatı məhsullarını ixrac etmək potensialına malikdir. İtaliya Azərbaycanın ərzaq məhsulları bazarı üçün əla seçim ola bilər. Üstəlik, fikrimcə, ölkələrimiz arasında dəniz sənayesi ilə bağlı əmakdaşlıq üçün böyük potensial var.

Azərbaycan öz iqliminə görə kənd təsərrüfatı məhsullarını ixrac etmək potensialına
malikdir. İtaliya Azərbaycanın ərzaq məhsulları bazarı üçün əla seçim ola bilər.

- Son vaxtlar dünyada bərpa olunan enerji mənbələri sahəsinin inkişafı məsələsi getdikcə aktuallaşır. Sizcə, Azərbaycan və İtaliya bu istiqamətdə əməkdaşlıq edə bilər?

- Artıq iki ölkə bərpa olunan enerji sahəsində əməkdaşlıq edir. İki ölkənin şirkətləri arasında artıq termokimyəvi emal texnologiyasından istifadə etməklə “yaşıl” layihələrin üzərində işlənilməsi barədə razılaşmalar var. Bir neçə ay əvvəl Azərbaycan hökuməti İtaliya-Azərbaycan birgə müəssisələrinin sayının artırılması təşəbbüsünü irəli sürmüşdü. İtaliyanın enerji şirkətləri ətraf mühit və bərpa olunan enerji məsələlərində öz təcrübələri ilə tanınır. İtaliyanın “Eni” şirkəti artıq Azərbaycanda fəaliyyət göstərir. Daha sıx əməkdaşlıq külək, dəniz, günəş və geotermal enerji sahələri üzrə qarşılıqlı faydalı layihələrin inkişaf etdirilməsinə kömək edə bilər.

- Sizcə, Azərbaycan və İtaliya arasında qeyri-neft sektorunda hansı sahələrdə əməkdaşlıq üçün potensial var?

- İtaliya və Azərbaycanın enerjiyə əsaslanan hazırkı əməkdaşlığını sənaye, kənd təsərrüfatı, dəniz və turizm hesabına genişləndirmək üçün həm alətlər, həm də siyasi iradə var. Nəhayət, İtaliyanın dünyaca məşhur mükəmməl sahələri - əyləncə, idman və moda üzrə daha sıx əməkdaşlığın qurulması müsbət nəticələrə səbəb ola bilər.

Tamilla MƏMMƏDOVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?