13 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gülnar Atakişiyeva: “Uğur yolu” sağlam rəqabəti ehtiva edən yaradıcı müsabiqədir” UĞUR YOLU

Artıq ikinci ildir ki, İqtisadiyyat Nazirliyi öz əməkdaşlarının potensialından səmərəli istifadə etmək, onların hərtərəfli inkişafı, peşə bacarıqlarının artırılması, yeni nəsil idarəçilərin hazırlanması və yüksək potensiallı əməkdaşlardan rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılması məqsədilə “Uğur yolu” karyera inkişafı proqramını həyata keçirir.

Müsabiqə iştirakçıları seçim mərhələlərində qabiliyyət, sosial intellekt, idarəçilik potensialı testlərindən keçir, onlayn və əyani formada komanda daxilində biznes tapşırıqlarının həlli ilə bağlı müvafiq səriştələr üzrə qiymətləndirilir və təqdimatlarla çıxış edirlər. Bu il nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların müsabiqənin finalında iştirak edən 47 əməkdaşından 16 nəfəri "Uğur yolu" karyera inkişafı proqramının qalibi olub. Həmin qaliblərdən biri - İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin məsləhətçisi Gülnar Atakişiyeva müsabiqə ilə bağlı təəssüratlarını “vergiler.az”ın oxucuları ilə bölüşüb.

G.Atakişiyeva 2017-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsində bakalavr dərəcəsi, 2019-cu ildə isə Böyük Britaniyanın Exeter Universitetində Beynəlxalq kommersiya hüququ ixtisası üzrə magistr dərəcəsi alıb. 2021-ci ildə Riqa Hüquq Məktəbi və Avropa Dövlət İdarəçilik İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Avropa hüququ və iqtisadiyyatı üzrə intensiv idarəçilik proqramında təhsil alıb. Hazırda İqtisadiyyat Nazirliyində çalışmaqla yanaşı, Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyət göstərir.

“Yalnız sahəvi biliklər namizədi irəli aparmaq üçün kifayət deyil”

“Uğur yolu”na qatılması üçün həmkarlarının onu motivasiya etdiklərini deyən G.Atakişiyeva müsabiqənin elə ilk mərhələsindən sonra qalib gələcəyinə əmin olub. Həmkarlarının bir çox məqamlarda ona özündən daha artıq inandığını söyləyən və buna görə onlara təşəkkür edən müsahibimizin düşüncəsinə görə, qalib olmaq hər şey demək deyil, lakin qalibiyyəti istəmək hər şeydir: “İxtisasca hüquqşünas olduğumdan müsabiqədə riyazi bacarıq tələb edən sahələr üzrə çox iddialı olmamışam. Ancaq amerikalı ictimai xadim Helen Kellerin dediyi kimi, ümidsiz və inamsız heç nə etmək olmaz. “Uğur yolu”nun gələcək iştirakçılarına da hər şeydən əvvəl özlərinə inanmağı tövsiyə edirəm. Çünki bizim uğurumuz özümüzə olan inamla müəyyən edilir”.

Qalib əlavə edir ki, rəqəmsal data ilə işləmək potensialının təxmin etdiyindən daha yaxşı səviyyədə olması onun müsabiqədə özü ilə bağlı kəşf etdiyi əsas nüans olub.

“İxtisasca hüquqşünas olduğumdan müsabiqədə riyazi bacarıq tələb edən sahələr
üzrə çox iddialı olmamışam. Ancaq amerikalı ictimai xadim Helen Kellerin
dediyi kimi, ümidsiz və inamsız heç nə etmək olmaz. “Uğur yolu”nun gələcək
iştirakçılarına da hər şeydən əvvəl özlərinə inanmağı tövsiyə edirəm.
Çünki bizim uğurumuz özümüzə olan inamla müəyyən edilir”.

G.Atakişiyevanın sözlərinə görə, sosial, humanitar və riyazi istiqamətlər üzrə akademik və praktik baza bilikləri əsasında hazırlanmış tapşırıqların təqdim olunduğu müsabiqənin unikallığı ondan ibarətdir ki, burada namizədi bir addım irəli aparmaq üçün yalnız sahəvi biliklər kifayət deyil. İştirakçının kritik və abstrakt düşünmə qabiliyyətinin, müqayisəli təhlil, analogiyalardan istifadə və bunların hamısını tətbiq edə bilmək üçün müvafiq dünyagörüşü və kommunikasiya bacarıqlarının olması vacibdir: “Təbii ki, müsabiqədə kifayət qədər böyük rəqabət var idi, xüsusilə yarıfinal və final mərhələlərində bu rəqabət daha çox hiss olunurdu. Nazirliyin yüksək kadr potensialına malik olduğu nəzərə alınarsa, müsabiqədə belə bir rəqabətin olması təbii qarşılanmalıdır. Lakin hər bir rəqabət sağlam və ədalətli olmur”.

“Müsabiqənin hər bir iştirakçısı onun üçün sağlam rəqabət mühitinin yaradıldığının fərqində idi”

G.Atakişiyeva qeyd edir ki, “Uğur yolu” müsabiqəsinin ən müsbət məqamlarından biri rəqabətin tam sağlam və şəffaf olması idi. Sağlam rəqabətli mühitdə isə hər kəsin uğur qazanmaq şansı var. Bu baxımdan müsabiqənin hər bir iştirakçısı onun üçün bərabər, sağlam rəqabət mühitinin yaradıldığının fərqində idi: “Belə sağlam rəqabətli mühit insanı hədəflər haqqında müsbət düşünməyə, hətta müsabiqənin nəticəsi şəxsin xeyrinə olmasa belə, gələcəkdə bu nəticəni öz lehinə çevirmək üçün əlindən gələni etməyə və daha qərarlı olmağa sövq edir. Sağlam rəqabət bizi irəli aparmaq və məqsədlərimizə çatmaq üçün motivasiya edən əsas vasitələrdən biridir. “Uğur yolu” müsabiqəsi məhz bu sağlam rəqabəti, məhsuldarlığı və əməkdaşlığı ehtiva edən yaradıcı platformadır. Bu cür rəqabət bizi məqsədlərimiz üçün daha fokuslu olmağa və yeni çətinliklərin öhdəsindən gəlməyə hazır edir. “Uğur yolu” müsabiqəsi yeni bacarıqlar öyrənmək, mövcud bacarıqlarınızı gücləndirmək, çalışdığımız qurum daxilində və xaricində digər həmkarlarımızla ümumi məqsədləri bölüşmək, bir-birimizi tanımaq, həmkarların müxtəlif sahələrdə olan bacarıq və potensiallarını öyrənmək şansı verdi”.

“Müsabiqədəki sağlam rəqabətin nəticəsidir ki, bu gün nəticədən asılı olmayaraq,
bütün finalçılar arasında xoş münasibət, ortaq dəyərlər və möhkəmlənən
dostluq münasibətləri yaranır, maraqlı fikir mübadilələri aparılır.

“İştirakçılar rəqiblərini ötüb keçmək haqqında düşünmürdülər”

İştirakçının fikrincə, müsabiqənin birinci mərhələsi ən çətin, final mərhələsi isə ən məsuliyyətli mərhələ sayıla bilər: “Birinci mərhələ ona görə çətin idi ki, müəyyən bir vaxt limiti mövcüd idi, səhvlərini düzəltmək üçün ikinci bir şans yox idi, eyni anda həm zamanla, həm streslə, həm də lazımi nəticəni göstərmək üçün özümüzlə mübarizə aparmalı idik. Final mərhələsi isə ona görə ən məsuliyyətli mərhələ idi ki, son nəticəmiz buradakı çıxışımızdan asılı idi. Bu mərhələdə biz həm öz potensialımızı göstərməli, həm komandaya maksimum fayda verməli, həm də bunları ən məntiqli formada balanslaşdırmalı idik. Üstəlik, burada rəhbər şəxslərin qarşısında təqdimatla çıxış etmək, buna hazırlaşmaq finalın məsuliyyətini daha da artırırdı”.

G.Atakişiyeva əlavə edir ki, müsabiqədə iştirakçılar rəqiblərinə necə çatmaq və ya onları ötüb keçmək haqqında düşünmürdülər. Əksinə, hər kəs şəxsi potensialını maksimum şəkildə göstərir, komanda oyunlarında ən səmərəli iştirakçı olmağı özü üçün prioritet sayırdı: “Müsabiqədəki sağlam rəqabətin nəticəsidir ki, bu gün nəticədən asılı olmayaraq, bütün finalçılar arasında xoş münasibət, ortaq dəyərlər və möhkəmlənən dostluq münasibətləri yaranır, maraqlı fikir mübadilələri aparılır.

“Uğur yolu” müsabiqəsi idarəçilik, intellektual və s. bu kimi bacarıqları özündə ehtiva edən bir platformadır. Bu səbəbdən gələcək namizədlərə özlərində kritik düşüncəni, müqayisəli təhlil apara bilmək kimi bacarıqları inkişaf etdirməyi, mümkündürsə, çərçivələrdən, qəliblərdən kənara çıxmağı və yanaşmalarını maksimum genişləndirməyi tövsiyə edirəm. Verilmiş bu fürsəti dəyərləndirin!”

İlhamə İSABALAYEVA

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?