1 May 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Norbert Funke: “Ölkələr pandemiyanın nəticələrinin öhdəsindən qismən gələ bildilər” MÜSAHİBƏ

COVID-19 pandemiyası, demək olar ki, bütün ölkələrin iqtisadiyyatına ziyan vurdu. Bir çox aşağı gəlirli ölkələr və "kövrək dövlətlər" üçün isə bu şok pul köçürmələrinin azalması ilə daha da gərginləşdi. Bəs böhrandan təsirlənən ölkələr bu şoka necə reaksiya verməlidirlər? Ekspertlərin fikrincə, qısamüddətli perspektivdə əsas diqqət həm yerli sakinlərin, həm də miqrant işçilərin, məsələn, subsidiyalar və məşğulluğun dəstəklənməsi vasitəsilə qorunmasına, eləcə də sosial təhlükəsizlik şəbəkələrinin əhatə dairəsinin genişləndirilməsinə yönəldilməlidir. Beynəlxalq Valyuta Fondunun (BVF) Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensial İnkişaf Mərkəzinin direktoru Norbert Funke “vergiler.az”a müsahibəsində Qafqaz və Mərkəzi Asiya regionu ölkələrinin qarşısında duran əsas vəzifələrdən danışıb.

- Qafqaz regionunda və Mərkəzi Asiyada mövcud makroiqtisadi vəziyyəti necə qiymətləndirirsiniz?

- Hazırda regionlarımız müəyyən iqtisadi çətinliklərlə üz-üzədir və indiki makroiqtisadi vəziyyət müəyyən mənada koronavirus pandemiyası dövrünü, 2020-ci ilin sonlarını xatırladır. Buna baxmayaraq, ölkələr pandemiyanın nəticələrinin, yeni qlobal geosiyasi qeyri-müəyyənliyin öhdəsindən qismən gələ bildilər ki, bu da inkişaf perspektivlərinə əhəmiyyətli dərəcədə təsir etdi.

- Region iqtisadiyyatının gələcək inkişafı ilə bağlı proqnozlarınız necədir?

- Qlobal iqtisadiyyatın ləngidiyi hazırkı şəraitdə, demək olar, bütün dünyada, o cümlədən region ölkələrində inflyasiya yüksəlir, faiz dərəcələri artır ki, bu da son nəticədə iqtisadiyyatın inkişafına ciddi təsir göstərir. Ona görə də bu il və gələn il üçün iqtisadi artımla bağlı nikbin proqnoz vermək çox çətindir. Onu da qeyd edim ki, BVF öz proqnozunu bu ay keçirəcəyi illik toplantı çərçivəsində yeniləyəcək.

- Qlobal iqtisadi proseslərin regiona mənfi təsirini neytrallaşdırmaq üçün ölkələrin həyata keçirdiyi tədbirləri necə qiymətləndirirsiniz?

- Əsas vəzifə bu çətinliklərin öhdəsindən gəlmək üçün ciddi səylər göstərməkdir. Gələcəklə bağlı hazırkı qeyri-müəyyənlik və qlobal artım kontekstində inflyasiyanın səviyyəsinin qarşısını almaq üçün müxtəlif qabaqlayıcı tədbirlər həyata keçirmək lazımdır. Güman ki, pul siyasətində də əlavə düzəlişlərə ehtiyac olacaq.

Hazırda bir çox ölkələrdə fiskal məkan daralır və ona görə də ölkələr bu istiqamətdə incə balans tapmağa çalışacaqlar. Bu dayanıqlılığı riskə atmamaq və inflyasiyanın daha da yüksəlməsinə imkan verməmək üçün bizim həqiqətən də davamlı dəstəyə ehtiyacımız var.

- Mövcud qlobal çətinliklərin aradan qaldırılmasında beynəlxalq iqtisadi institutlar və beyin mərkəzləri hansı rol oynaya bilər?

- Hesab edirəm ki, hazırkı situasiyada həmin təşkilatların dəstəyinə böyük ehtiyac var və artıq bir sıra beynəlxalq institutlar bu istiqamətdə bəzi ölkələrə kömək ediblər. Məsələn, BVF hökumətlərə cari vəziyyəti təhlil etməyə, öz qiymətləndirmələrini aparmağa və təcrübə mübadiləsinə kömək edir ki, onlar düzgün siyasət hazırlaya bilsinlər. Bundan əlavə, ehtiyacı olan ölkələr BVF və digər beynəlxalq təşkilatlardan təcili maliyyə ala bilərlər.

Biz regionun bütün ölkələrinə monetar əməliyyatlar və makroiqtisadi proqnozlaşdırma, o cümlədən dövlət maliyyə idarəçiliyi və məlumatların dəqiqliyi ilə bağlı kritik sahələrdə yardım göstəririk. Onlara bu sahələri təkmilləşdirməyə kömək edirik və ümidvarıq ki, bu, yaxın gələcəkdə iqtisadiyyatın bərpasına töhfə verəcək.

Tamilla MƏMMƏDOVA

VergiƏvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi? VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiMüəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu? VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri Vergiİşçilərin yemək xərcləri üçün ödənilən ƏDV məbləği əvəzləşdirilirmi? VergiTəlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi? VergiDaimi iş vaxtı yolda keçən işçilərə ödənilən əlavə vəsaitlər vergiyə cəlb olunurmu? VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar