31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yan Nemeçek: “Çexiya ilə Azərbaycan arasında əməkdaşlığın əsasını neft sənayesi təşkil edir”

Yan Nemeçek: “Çexiya ilə Azərbaycan arasında əməkdaşlığın əsasını neft sənayesi təşkil edir” MÜSAHİBƏ

Müsahibimiz Çexiya "Fio" bankının iqtisadi eksperti, siyasi coğrafiyaşünas, iqtisadiyyat üzrə analitik Yan Nemeçekdir:

- İlk öncə bilmək istərdik ki, Azərbaycan və Çexiya arasında iqtisadi əməkdaşlığın hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Azərbaycan-Çexiya iqtisadi əməkdaşlığının səviyyəsi çox yüksək və dostcasına qiymətləndirilə bilər. Neft sənayesi, təbii ki, əməkdaşlığımızın əsasını təşkil edir. Çexiyanın biznes sektoru və dövlət qurumları bu sahəni daha önəmli hesab edir, çünki Azərbaycan enerji bazarında kifayət qədər güclü oyunçudur. Lakin biz bununla qane ola bilmərik, digər sahələrdə də əməkdaşlığı genişləndirmək əzmindəyik. Bu baxımdan, bərpa olunan resurslar sahəsində əməkdaşlıq sahəsində öhdəlikləri qeyd etmək yerinə düşər. Çexiyada bərpa olunan enerji mənbələrinə ciddi maraq göstərilir.

- Ölkələrimiz arasında ticarət əlaqələri hansı səviyyədədir?

- Bakı ilə Praqa arasında ticarət əlaqələri hazırda yüksək səviyyədədir, ona görə də ticarətlə məşğul olan bütün şirkətlərin uğur qazanmaq şansları var. Kimya və neft-kimya sənayesi ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı seçimdir. Çexiya bu baxımdan kifayət qədər güclü potensiala malikdir və bu istiqamətdə müxtəlif vektorlu əməkdaşlıq imkanları mövcuddur. Məsələn, toxuculuq sektoru: Çexiyada bir çox ənənəvi tekstil istehsalçıları işlərini dayandırdığından bu sahədəki müəyyən boşluqları doldurmaq üçün Azərbaycanla əməkdaşlıq faydalı ola bilər.

Azərbaycan enerji bazarında kifayət qədər güclü oyunçudur

Çexiyanın ixrac imkanları da genişdir. Nəqliyyat vasitələrinin, xüsusilə lokomotivlərin və vaqonların tədarükü sahəsində gələcək əməkdaşlıq çox faydalı ola bilər. Bu baxımdan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu ilə, xüsusilə kiçik və orta sahibkarlıq subyektləri, o cümlədən startaplar üçün layihələrdə əməkdaşlıq etmək və şirkətlərə kömək etmək yaxşı perspektivlər açır.

- Ölkələrimiz arasında heyvandarlıq sahəsində əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Ticarətin şaxələndirilməsi fonunda Azərbaycandan meyvə-tərəvəz idxal edib, Çexiyadan mal-qara ixracından istifadə etmək olar. Çexiyada heyvanldarlığın inkişafına böyük önəm verilir.

Çexiyada bir çox ənənəvi tekstil istehsalçıları işlərini dayandırdığından bu sahədəki müəyyən boşluqları doldurmaq üçün Azərbaycanla əməkdaşlıq faydalı ola bilər

Çex istehlakçıları Azərbaycanın meyvə-tərəvəzinə kifayət qədər maraq göstərir. Bu sahədə ixracı genişləndirmək üçün daha yüksək keyfiyyətə nail olmaq, rəqabətədavamlı məhsul istehsal etmək vacibdir. Kənd təsərrüfatı məhsullarının emalı sahəsində də Çexiya ixracı dəstəkləyə bilər. Çexiya istehsallı yüksək keyfiyyətli süd, çörək məhsulları, pivə isə Azərbaycan xalqının, sözün əsl mənasında, sevəcəyi məhsullardır...

Tamilla Məmmədova

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?