8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Eldor Tulyakov: “Azərbaycan Prezidentinin Özbəkistana səfəri münasibətlərimizin yeni səviyyəyə yüksəlməsinə əlavə impuls verdi” MÜSAHİBƏ

Son dövrlər Azərbaycanla Özbəkistan arasında imzalanmış bir sıra mühüm sənədlər iqtisadi sahədə qarşılıqlı münasibətlərin daha da dərinləşməsinə təkan verib. Özbəkistanın İnkişaf Strategiyası Mərkəzinin icraçı direktoru Eldor Tulyakov iki ölkə arasında iqtisadi əlaqələrlə bağlı “vergiler.az”ın suallarını cavablandırıb:

- İlk öncə Sizi paytaxtımızda salamlamaq və şəhərimiz haqqında təəssüratlarınızı bölüşmək istərdik. Bu, Bakıya ilk gəlişinizdir?

- Bu, mənim Bakıya ilk səfərimdir. Biz Azərbaycan tərəfinin təşkil etdiyi belə böyük tədbirdə iştirak etməkdən çox məmnunuq və dəvətə görə Azərbaycanın İqtisadiyyat Nazirliyinə çox minnətdarıq. Ümid edirik ki, indiki səfərimiz də məhsuldar olacaq və biz azərbaycanlı tərəfdaşlarımızla sıx əlaqələr qura biləcəyik.
Bakı çox müasir, gözəl şəhərdir. Biz burada inkişaf etmiş infrastrukturu müşahidə etdik, bir çox xidmətlər elektron şəkildə göstərilir, xalqınız isə çox qonaqpərvərdir, bir sözlə, Bakı Azərbaycanın işıqlı paytaxtıdır.

- Özbəkistanla Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsini və bu əlaqələrin inkişafını necə qiymətləndirirsiniz?

- Özbəkistanla Azərbaycan arasında münasibətlər çox mehribandır, hətta demək olar ki, qardaşlıq münasibətləridir. Bu yaxınlığa, təbii ki, dövlət başçıları arasında sıx dostluq münasibətləri təkan verir. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyayevin dəvəti ilə Özbəkistana son səfəri bu əlaqələrin yeni səviyyəyə yüksəlməsinə daha güclü impuls verdi.
Onu da vurğulamaq istərdim ki, bu günlərdə Özbəkistan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 27-ci sammitinə ev sahibliyi etdi. Bu qlobal tədbirdə təşkilata daxil olan dövlətlərin başçıları, müşahidəçi ölkələr, eləcə də digər dövlətlərin dəvət olunmuş rəhbərləri qatılmışdılar. Onların arasında 15 ölkənin, eləcə də 10-a yaxın beynəlxalq və regional təşkilatın - BMT, ESCAP, YUNESKO, MDB, KTMT, EAEU, CICA, İƏT və Ərəb Liqasının nümayəndələri var idi. Azərbaycan Prezidenti İlham Əliyevin ŞƏT sammitində iştirak etmək üçün Özbəkistana səfəri ikitərəfli münasibətlərimizin daha da möhkəmlənməsinə əlavə təkan verdi.

- Ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafı hansı səviyyədədir?

- Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi son 5 ildə 7 dəfə artıb, əgər 2016-cı ildə ticarət dövriyyəsi 17 milyon ABŞ dolları idisə, 2021-ci ilin sonuna bu rəqəm 120 milyon dollara yaxın olub. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidentinin Özbəkistana səfəri zamanı hər iki tərəfdən 100-dən çox iri müəssisənin nümayəndələrinin iştirakı ilə böyük biznes-forum keçirildi, bu tədbirdə 500 milyon ABŞ dolları dəyərində bir sıra kommersiya müqavilələri imzalandı. Bu isə bir daha onu göstərir ki, əlaqələrimiz dinamik inkişaf səviyyəsindədir. Bu inkişafa Özbəkistan və Azərbaycan arasında möhkəm qanunvericilik bazası da kömək edir, çünki hazırda xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə töhfə verən 130-dan çox belə hüquqi akt mövcuddur.
Qeyd edək ki, Azərbaycan müəssisələri də Özbəkistana investisiya yatırmaqda maraqlıdır, çünki Daşkənd hazırda xarici investorların cəlb edilməsi ilə fəal məşğul olur. Son illər ölkələrimiz arasında birgə müəssisələrin sayının 4 dəfə artması, bu gün Özbəkistanda Azərbaycan kapitalı ilə 238 müəssisənin fəaliyyət göstərməsi buna sübutdur.

- Bu ilin yayında Azərbaycan və Özbəkistan strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında bəyannamə imzaladılar. Sənədin müddəalarının həyata keçirilməsi iki ölkə arasında iqtisadi əməkdaşlığa necə təsir edəcək?

- Əminəm ki, bu sənəd ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcək. Bundan əlavə, ölkələrimiz əməkdaşlığımızın genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində daim çalışırlar. Buna Azərbaycanda özbək avtomobillərinin istehsalına başlanılmasını qeyd etmək olar və belə misallar çoxdur.

- Ölkələrimizin “beyin mərkəzləri” strateji əməkdaşlığın möhkəmləndirilməsində nə kimi rol oynayır?

- Əlbəttə ki, elm ictimaiyyəti və “beyin mərkəzlər”i ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi üçün daim yeni yollar, səmərəli həllər axtarıb tapmalıdırlar. Bununla bağlı Özbəkistanın Strateji İnkişaf Mərkəzi indi Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında İqtisadi Elmi Tədqiqat İnstitutu ilə əlaqələr qurur. Biz bu məqsədlə memorandum imzalamaq, hökumət üçün yeni təkliflər hazırlamaq, dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirmək üçün yeni istiqamətlər üzrə əməkdaşlıq etmək istəyirik...

TAMİLLA MƏMMƏDOVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?