3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Domeniko Letizia: Azərbaycan İtaliya və Avropa iqtisadiyyatı üçün vacib ölkəyə çevrilib MÜSAHİBƏ

Qafqaz üzrə analitik Domeniko Letizia “vergiler.az”a müsahibəsində Azərbaycan-İtaliya münasibətlərini ehtiva edən bir çox məsələlərə aydınlıq gətirib.

- Azərbaycan-İtaliya münasibətlərinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Ölkələrimiz arasında münasibətlər daim inkişaf edir və çox maraqlı perspektivlərə malikdir. Bu aspekt təkcə iqtisadiyyatı deyil, eləcə də mədəniyyət, innovasiya, tədqiqat, universitetlərarası və akademik mübadilələri əhatə edir. Yeri gəlmişkən, ölkələrimiz arasında əməkdaşlıq əlaqələri Azərbaycanın İtaliyadakı səfirliyinin uğurlu fəaliyyəti və çoxsaylı təşəbbüsləri sayəsində daha da möhkəmlənib.

- Bir istehlakçı ölkə kimi, İtaliya Azərbaycan qazının rolunu necə qiymətləndirir? Bugünkü enerji böhranı fonunda Azərbaycan Avropa üçün daha nə edə bilər?

- Biz Azərbaycanın enerji resurslarının ölkəmiz üçün necə əhəmiyyət kəsb etdiyinin fərqindəyik. Hesab edirəm ki, Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı ilə Roma arasında strateji əməkdaşlığın inkişafına yeni impuls verəcək. Əminliklə demək olar ki, hazırda Azərbaycan qazının nəql olunduğu Trans-Adriatik Boru Kəməri (TAP) sayəsində yaxın dövrlərdə İtaliya bütövlükdə Avropa üçün mühüm enerji ölkəsinə çevrilə bilər. Azərbaycan, həmçinin, diplomatik baxımdan da türkdilli dövlətlərin və Gürcüstanın Avropa ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm oyunçu ola bilər.

- İtaliya ilə Azərbaycan arasında daha hansı sahələrdə əməkdaşlıq sazişlərinin imzalanması mümkündür? Sizcə, ölkələrimiz üçün ən perspektivli istiqamətlər hansılardır?

- Kommersiya və iqtisadi perspektivlər saysız-hesabsızdır: kənd təsərrüfatı, aerokosmik sənaye, sənaye innovasiyası, ekoloji keçid və ətraf mühit. Bundan əlavə, Bakı ilə Neapol körfəzi arasında logistika, enerji və gəmiçilik imkanlarının ümumi tədqiqindən başlayaraq, “mavi iqtisadiyyat” adlanan dəniz potensialının inkişafı üzrə əməkdaşlığı xüsusi vurğulamaq istərdim.

Əminliklə demək olar ki, hazırda Azərbaycan qazının nəql olunduğu Trans-Adriatik Boru Kəməri (TAP) sayəsində yaxın dövrlərdə İtaliya bütövlükdə Avropa üçün mühüm enerji ölkəsinə çevrilə bilər. Azərbaycan, həmçinin, diplomatik baxımdan da türkdilli dövlətlərin və Gürcüstanın Avropa ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm oyunçu ola bilər.

- İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Lakin ticarətin strukturuna nəzər salsaq, ixracda enerji resurslarının üstünlük təşkil etdiyini görə bilərik. Bu baxımdan, ticarət əlaqələrinin şaxələndirilməsi üçün nə kimi tədbirlər görülməlidir və hansı qeyri-enerji sahələri üzrə inkişaf perspektivləri var?

- Fikrimcə, TAP sayəsində eyni qaz infrastrukturundan istifadə etməklə hidrogenin tədarükünü təşkil etmək mümkündür. Kənd təsərrüfatı, innovativ şəhərsalma, memarlıq işlərinin rəqəmsallaşdırılmasını və s. vacib elementlər kimi qeyd etmək olar.


- Ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsində qarşılıqlı səfərlərin, yüksək səviyyəli danışıqların rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan İtaliya və Avropa iqtisadiyyatı üçün vacib ölkəyə çevrilib. İndiki geosiyasi reallıqlarda Azərbaycan kimi tərəfdaşların və müttəfiqlərin olması son dərəcə mühüm amildir. Bakı İtaliyanın enerji təchizatı mənbələrinin şaxələndirilməsində əsas oyunçudur və bu səbəbdən vətəndaşlarımız iqtisadi, infrastruktur və enerji sahəsində birgə əməkdaşlığımızdan məmnundurlar.

Bakı İtaliyanın enerji təchizatı mənbələrinin şaxələndirilməsində əsas oyunçudur və bu səbəbdən vətəndaşlarımız iqtisadi, infrastruktur və enerji sahəsində birgə əməkdaşlığımızdan məmnundurlar.

Bundan əlavə, İtaliyanın beş universiteti ilə əməkdaşlıq nəticəsində yeni İtaliya-Azərbaycan Beynəlxalq Universiteti yaradılıb. İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında tədqiqat, texnologiya, bacarıq və innovasiya mübadiləsi üçün mərkəz olacaq və Azərbaycanın mədəni kimliyi və ənənələri üzərində qurulmaqla innovasiyaya əsaslanan inkişaf istəklərinə töhfə verəcək. Aqrar-ərzaq sektorunda gənc operatorlar üçün peşəkar təlim kursları və kənd təsərrüfatı, ətraf mühit, qida elmləri və texnologiyaları üzrə doktorluq dərəcəsinin artırılması üçün doktorantura hazırlığı kursu da təşkil olunacaq.


- Son vaxtlar dünyada bərpa olunan enerji mənbələri sahəsinin inkişafı məsələsi xeyli aktuallaşıb. Sizcə, Azərbaycan və İtaliya bu istiqamətdə birgə fəaliyyət göstərə bilərlərmi?

- Əlbəttə. Tərəflər hidrogen, eləcə də dəniz və dəniz dalğaları enerjisi üzrə ümumi tədqiqatlardan başlaya bilərlər. Dediyim kimi, “mavi iqtisadiyyat”ın imkanları ilə bağlı tədqiqatları birgə inkişaf etdirmək maraqlı olardı. “Mavi iqtisadiyyat” texnoloji innovasiyalar vasitəsilə davamlı iqtisadi sistem yaratmağa yönələn iqtisadi modeldir və “yaşıl iqtisadiyyat”ın bir hissəsidir. O, özü üçün istehsal və təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirini nəzərə alan iqtisadi artım sistemi qurur. Bu iqtisadiyyatın məqsədi iddialı, lakin qeyri-mümkün olmayan bir layihə kimi, sıfır CO2 emissiyasına nail olmaqdır. “Mavi iqtisadiyyat” texnoloji yeniliyə və fiziki prinsiplərin inkişafı yolu ilə mövcud resursların təkrar istifadəsinə əsaslanır.

Tamilla Məmmədova

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması