1 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zaur Qardaşov: Startapların beynəlxalq startap ekositeminə qoşulması stimullaşdırılır MÜSAHİBƏ

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov “TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək “Take off” Startap Sammitinə dair müsahibə verib.

Bildiyiniz kimi, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 26-29 may 2022-ci il tarixlərində Bakı şəhərində ilk dəfə olaraq “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək. Festival çərçivəsində dörd əsas istiqamət üzrə tədbirlərin təşkili nəzərdə tutulur. Bunlar texnologiya müsabiqələri, “Take Off Baku” Startap Sammiti, açıq və qapalı məkanlarda sərgilər, hava şouları və əyləncə attraksionlarıdır.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Take Off Baku” Startap Sammitinin, açıq və qapalı məkanlarda yerləşən sərgilər üzrə festivalın əsas tərəfdaşlarındandır. “Take Off Baku” Startap Sammitinin keçirilməsində məqsəd regionda effektiv sahibkarlıq mühiti yaratmaq, yerli startapların inkişafını dəstəkləmək və ekosistemin əsas oyunçuları arasında davamlı əməkdaşlığı təmin etməkdir. Sammitin gündəliyinə investorlar, şirkətlər və xarici mentorlarla görüşlər, nüfuzlu məruzəçilərin çıxışları və digər tədbirlər daxildir. Yerli və beynəlxalq startaplar festival müddətində layihələrini investorlara və Vençur fondlarının nümayəndələrinə təqdim edəcək. Sammitin ən maraqlı hissəsi yeni innovativ layihə və həllər təklif edən startapların mükafatlandırılması olacaq. Mükafat fondu I yer üçün 15 min ABŞ dolları, II yer üçün 10 min ABŞ dolları və III yer üçün 5 min ABŞ dollarıdır.

- “Take off Baku” Startap Sammitində iştirak edəcək startaplar tərəfindən hansı layihələr təqdim olunacaq?

- “Take Off Baku” Sammitində istər yerli, istərsə də beynəlxalq arenada təmsil olunan startaplar tərəfindən innovativ həlləri özündə ehtiva edən layihələr təqdim olunacaq. Startap layihələri fintek, təhsil, səhiyyə, “ağıllı kənd”, “ağıllı şəhər”, smart cihazlar, nəqliyyat-logistika, infrastruktur və təhlükəsizlik, əyləncə, ənənəvi biznes sahələrinin yeni biznes modeli ilə təşkili kimi sahələri əhatə edir.

"Take Off Baku” Startap yarışmasında iştirak etmək üçün müraciətlərin son müddəti cari ilin 31 mart tarixində başa çatıb. Yarışmada iştirak üçün 30-dan çox ölkədən 300-ə yaxın ərizə təqdim olunub. Təqdim edilmiş ərizələrin sayına görə ilk yerləri Türkiyə və Azərbaycan bölüşür. Bundan əlavə Misir, Malayziya, ABŞ, Böyük Britaniya, Kanada, Sinqapur, Hindistan, Pakistan və s. ölkələrdən də müraciətlər daxil olub.

Müsabiqənin şərtlərinə əsasən ilkin mərhələdə beynəlxalq jurinin seçimi əsasında əsas mərhələyə 35 yerli və 15 xarici startap seçiləcək. Yarışmanın digər cəlbedici tərəflərindən biri ilk mərhələni keçmiş startapların tanınmış beynəlxalq mentorlardan 1 ay müddətində məsləhət alma və birgə iş imkanı qazanmasıdır. Sammit çərçivəsində yerli və beynəlxalq tərəfdaşlardan ibarət münsiflər heyəti 50 startap arasından yarım final və final mərhələsinin qaliblərini seçəcək. Qeyd edək ki, KOBİA-nın nümayəndəsi qalibləri müəyyən edəcək beynəxalq juri və mentorlar komandasında təmsil olunur.

- Qeyd etdiyiniz kimi KOBİA “Take Off Baku” Startap Sammitinin əsas tərəfdaşlarındandır. Tərəfdaş qurum olaraq KOBİA-nın sammitdən gözləntiləri nədir? Hazırlıq işləri necə gedir?

- KOBİA-nın fəaliyyət istiqamətlərindən biri də startap ekosisteminin inkişafına dəstək verməkdir. Agentlik tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilir. Eyni zamanda Agentlik yerli startap layihələrinə dəstək məqsədilə qrant verir, onların qlobal bazarlara çıxması, layihələrinin yerli və xarici investorlara təqdim olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirir.

“TEKNOFEST Azərbycan” çərçivəsində təşkil olunacaq “Take Off Baku” Startap Sammiti də yerli startapların təklif etdiyi innovatif texnologiya və həllərin tanıdılması, onların investorlarla əlaqələndirilməsi baxımından faydalı və mötəbər tədbirlərdəndir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) festivalın və sammitin əsas tərəfdaşlarındandır.

Agentlik “Startap” şəhadətnaməsi almış sahibkarlıq subyektlərinin, qrant müsabiqəsinin qaliblərinin, habelə innovativ texnoloji sahədə fəaliyyət göstərən sahibkarların sammitdə iştirakı üçün müvafiq tədbirlər görməkdədir. Artıq Agentlik tərəfindən 1000-dən çox sahibkarlıq subyekti sammit barədə məlumatlandırılıb. KOBİA tərəfindən sammit çərçivəsində “B2B” görüşlərin təşkil edilməsi və digər təşkilati işlər hazırda da davam etdirilir. “Take Off Baku” Sammitinin ilk 3 qalibinə KOBİA tərəfindən xüsusi hədiyyələr təqdim olunacaq. Həmçinin, “Take Off Baku” Sammitində mentorların, şirkətlərin nümayəndələrinin və startap komanda üzvlərinin giriş imkanı əldə edəcəkləri “Venture Café” təşkil ediləcəkdir.

KOBİA olaraq “Take Off Baku” Sammitinin beynəlxalq əhəmiyyətinin daha da güclənməsinə, Bakının gələcəkdə də bu tipli tədbirlərə ev sahibliyi edəcəyinə inanırıq. Eyni zamanda, bu mötəbər tədbirin yerli startapların beynəlxalq startap ekositeminə qoşulması baxımından faydalı olacağını düşünürük.

https://az.trend.az/business/3579305.html

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ