6 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sosial məzuniyyətin hesablanması qaydası: nələr dəyişib? MƏQALƏ

Bundan əvvəlki məqalədə Nazirlər Kabinetinin “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nda edilmiş dəyişikliklərdən sonra hamiləliyə və doğuşa görə müavinətin ödənilməsi tələbləri izah edilib. Bu dəfə isə iqtisadçı ekspert Anar Bayramov həmin müavinətin necə hesablanması ilə bağlı yeni yanaşmaları “vergiler.az”a şərh edib.

Nazirlər Kabinetinin 189 saylı qərarı ilə tənzimlənən yeni Qayda ilə əvvəl qüvvədə olmuş Әsasnamə üzrə hamiləliyə və doğuma görə müavinətin hesablanma düsturunu müqayisə edək:

Misal 1: İşçi 1.000 manat əməkhaqqı alır. Qaydadan əvvəl və sonrakı dövrlərdə hesablanan sosial məzuniyyət üzrə haqqı müqayisə edək.

Göstərici

Әvvəl

İndi

Nəzərə alınacaq qazanc

12.000 manat

(1.000 manat x 12 ay)

12.000 x 25 faiz (aylıq gəlir 8.000 manatdan az olduqda) x 4 misli

(hesablanmış məcburi dövlət sosial sığorta məbləği tam ödənildiyi halda)

Günlərin sayı

260 iş günü

(təqribi)

365 təqvim günü

1 günlük qazanc

46,15 manat (bir iş gününə)

32,87 manat

Məzuniyyət dövrünə

təsadüf edən günlərin sayı

90 iş günü

(təqribi)

126 təqvim günü

Məzuniyyət haqqı

4.153,84 manat

4.142,47 manat

Nümunəyə uyğun olaraq, əvvəlki qayda üzrə məbləğ 4.153,84 manat təşkil etsə də indiki qayda üzrə hesablanan məzuniyyət haqqı məbləği 4.142,47 manat təşkil edir. Göründüyü kimi, məbləğlər bir-birinə yaxın olsa da hesablama mexanizmi tamamilə fərqlidir.

İndi isə 126 günlük sosial məzuniyyətdən istifadə edən işçiyə hesablanacaq müavinətin məbləğini müəyyən edək.

Misal 2: İşçi 5 aprel 2026-cı il tarixinə 126 günlük sosial məzuniyyət hüququndan istifadə edir. İşçinin əvvəlki ardıcıl 4 rüb üzrə (2025-ci ilin II–IV rübü və 2026-cı ilin I rübü üzrə) hesablanmış qazancı 8.000 manat təşkil edib. İşəgötürən tərəfindən 100.000 manat məcburi dövlət sosial sığorta haqqı hesablansa da faktiki olaraq 80.000 manat (yəni 80 faiz) ödənilib.

Bu zaman müavinət üçün baza məbləği belə müəyyən edilir:

8.000 x 80% = 6.400 manat.

Qeyd edək ki, sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqı sığortaolunanlar üzrə hesablanmış məbləğə münasibətdə proporsional bölüşdürülərək fərdi şəxsi hesablarda qeyd edilir (“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanun).

Hesablama mərhələlərini təqdim edək:

1. Həmin məbləğin 4 misli tapılır: 6.400 x 4 = 25.600 manat;

2. Әvvəlki 4 rüb üzrə təqvim günlərinin sayı müəyyən edilir: 365 gün;

3. Bir təqvim gününə düşən qazanc hesablanır: 25.600 : 365 = 70,136 manat;

4. Müavinət məbləği hesablanır: 70,136 x 126 gün = 8.837,26 manat.

İşçiyə 126 günlük sosial məzuniyyət dövrü üçün hesablanmış hamiləliyə və doğuma görə müavinət məbləği 8.837,26 manat təşkil edir.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?