10 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanlı mühəndislərin yaratdığı yerli proqram təminatı bizneslərin rəqəmsallaşmasını sürətləndirir MƏQALƏ

Son illərdə Azərbaycanın IT sektorunda yerli proqram təminatı məhsullarının yaradılması və biznes proseslərinə inteqrasiyası xüsusi aktuallıq qazanıb. Bu istiqamətdə fəaliyyət göstərən yerli şirkətlərdən biri də rəsmi olaraq 2018-ci ildən qeydiyyatdan keçən, lakin məhsullarının formalaşma tarixi 10-15 ili əhatə edən "Byte” MMC-dir. Proqramların tam olaraq yerli mühəndislər tərəfindən hazırlanması və Azərbaycan dilində təqdim edilməsi şirkəti bazardakı xarici analoqlarından fərqləndirən əsas üstünlükdür. MMC-nin təsisçisi və direktoru Pərviz Şeydanın sözlərinə görə, müəssisə fərqli rəqəmsal məhsulları vahid brend altında toplayaraq fəaliyyət göstərir. Şirkət əsasən "B2B" (biznesdən biznesə) seqmentinə xitab edir və hazırda 800-dən çox aktiv müştəri bazasına sahibdir. Təqdim olunan proqram təminatlarından gündəlik istifadə edən mütəxəssislərin sayı isə təxminən 3000-4000 nəfər arasında dəyişir. Yerli interfeys amili proqramları idarə edən şirkət əməkdaşlarının əlavə texniki biliklərə ehtiyac duymadan sistemə asanlıqla adaptasiya olunmasını təmin edir.

Təhsil və bina idarəetməsində innovativ rəqəmsal həllər

"Byte” MMC-nin təqdim etdiyi rəqəmsal alətlər fərqli biznes ehtiyaclarını qarşılamaq üçün çoxşaxəli funksionallığa malikdir. Şirkətin əsas lokomotiv layihələrindən biri olan “e-Edu” kurs, bağça və tədris mərkəzi idarəetmə sistemidir. Sistemin hazırlanmasında məqsəd təhsil sahəsi üzrə xidmət göstərənlərin və xidmətdən istifadə edənlərin işinin asanlaşdırılması və elektronlaşdırılmasıdır. Bu sistem vasitəsilə tələbə məlumatlarını, tələbə ödənişlərini, dərs və təlimlərə davamiyyəti idarə etmək və izləmək mümkündür. İstifadəçilər filiallar, təlimçilər, gecikən ödənişlər, davamiyyət vəziyyəti, kommunal və digər ödənişlər üzrə hesabatları asanlıqla sistemdən əldə edə bilirlər. Eyni zamanda, təlim və dərs planlarını əvvəlcədən müəyyən etmək, gecikmələr və davamiyyət məlumatlarını sistem vasitəsilə idarə etmək olduqca rahatdır.

Digər bir ixtisaslaşmış məhsul olan “e-MTK” sistemi isə bina təsərrüfatının idarə edilməsi prosesində Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) işini daha da asanlaşdırmaq və şəffaflığı artırmaq üçün əlavə imkanlar yaradır. Bu platforma vasitəsilə yaşayış yerindən arayış və digər sənədlərin avtomatik tərtib edilməsi, sakinlərə kommunal borclar və digər SMS bildirişlərinin göndərilməsi, həmçinin istək əsasında kommunal ödənişlərin terminal vasitəsilə və ya onlayn ödənilməsi imkanı təmin olunur. Beləliklə, MMMC-nin sakinlərə təqdim etdiyi xüsusi xidmətlərin idarə edilməsi daha əlçatan formaya düşür.

Satışla məşğul olan sahibkarların işini asanlaşdıran yeniliklər

“Byte” MMC ticarət sektorunun avtomatlaşdırılması üçün iki mühüm sistem təklif edir. Bunlardan birincisi anbar, satış və kassa sistemi olan "Tacir.PRO"dur. Bu proqram təminatı sayəsində 500-dən artıq istifadəçi öz işini tamamilə avtomatlaşdırıb. Proqram ticarət obyektlərinin anbarlarında, topdansatış və pərakəndə ticarət şəbəkələrində mal-material və pul vəsaitlərinin dövriyyəsinə nəzarəti asanlaşdırır, həmçinin borclara, ödənişlərə, müştərilərin idarə olunmasına və geniş hesabatların hazırlanmasına nəzarət etmək məqsədi daşıyır.

Paralel olaraq, inkişaf etdirilən digər anbar, satış və POS sistemi isə "MaxPOS"dur. Bu sistem vasitəsilə satışları və məhsul statistikalarını real vaxtda izləmək, müştəriləri, ən çox satılan məhsulları və endirimləri bir yerdə təhlil etmək mümkündür. Biznesin inkişafı üçün tələb olunan bütün funksionallıqları özündə birləşdirən "MaxPOS" hər ay 600-dən çox istifadəçiyə xidmət göstərir.

Biznes proseslərini avtomatlaşdıran yerli müasir sistemlər

Şirkətin portfelinə daxil olan digər yenilikçi həllər sırasına "AvtoZəng" və "e-İcarə" platformaları da daxildir. "AvtoZəng" müştərilərə zəng edir və əvvəlcədən yazılmış səsli mesajı dinlədir. Kampaniyalar, xatırlatmalar, yönləndirmələr və hesabatlar da bu proqram vasitəsilə təqdim olunur. "e-İcare" isə nəqliyyat, avadanlıq, əmlak və inventarların icarəsini tamamilə avtomatlaşdıran müasir idarəetmə sistemidir. Bu platforma müqavilələr, ödənişlər, hesabatlar və gəlir-xərc analizini vahid interfeysdə birləşdirir.

"Byte” MMC" məhsullarını süni intellektlə gücləndirir

Şirkət gələcəkdə "B2C" (birbaşa istehlakçıya xitab edən) layihələrə və xarici bazarlara çıxış imkanlarına hədəf götürsə də, indiki mərhələdə əsas diqqətini daxili “B2B” bazarında lider mövqe qazanmağa və beynəlxalq tərəfdaşlıqlara yönəldib. MMC-nin qlobal əməkdaşlıq istiqamətində atdığı uğurlu addımlardan biri Türkiyənin məşhur "Akınsoft" şirkəti ilə qurulan tərəfdaşlıqdır. Bu əməkdaşlıq çərçivəsində "Akınsoft"un Azərbaycandakı müştəriləri üçün elektron vergi kassa aparatlarının inteqrasiya xidmətini məhz "Byte" komandası həyata keçirir.

Texnoloji trendlərə gəlincə isə şirkət rəhbərliyi süni intellektin tətbiqini artıq bir seçim deyil, rəqabətə davam gətirmək üçün mütləq bir məcburiyyət hesab edir. Bildirilir ki, hazırda "Byte” MMC bu istiqamətdə ilkin addımlarını atıb və yaxın gələcəkdə "MaxPOS”, "Tacir.PRO", xüsusilə də "AvtoZəng" layihələrində süni intellekt əsaslı həllərin tətbiqini reallaşdırmağı planlaşdırır.

Faiq KƏRİMOĞLU

Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?