9 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Odoo”: biznesdə kompleks həllər, vaxta və xərclərə qənaət MƏQALƏ

Müasir biznes dünyasında sahibkarların və menecerlərin qarşılaşdıqları ən böyük problem idarəetmə və uçot sistemlərinin dağınıq olmasıdır. Bir çox şirkətdə uçot, CRM (Müştəri münasibətlərinin idarə edilməsi), tapşırıqların idarə olunması və HR üçün fərqli platformalardan istifadə edilir. Bu pərakəndəlik isə məlumatların itməsinə, hesabatların gecikməsinə, ən əsası isə ciddi vaxt və maliyyə itkisinə yol açır. Dünyanın 175 ölkəsində 15 milyondan çox istifadəçisi olan beynəlxalq “Odoo” ERP (Müəssisə resurslarının planlaşdırılması) sistemi məhz bu xaosu aradan qaldırmaq üçün yaradılıb. 100-dən çox şirkət artıq “Odoo” ilə biznes proseslərini təkmilləşdirməyə başlayıb, onlardan 30-u isə “Arter” ilə əməkdaşlıq edir.

Azərbaycanda bizneslərin rəqəmsallaşması sahəsində fəaliyyət göstərən "Arter" şirkəti "Odoo"nun ölkədəki 7 aktiv tərəfdaşından biridir. Şirkətin qurucularından biri - Murad İnsanovvergiler.az”a müsahibəsində hazırda "Odoo"nun “Silver” (gümüş) partnyoru olduqlarını və bu ilin sonuna qədər "Gold" (qızıl) statusu almağı hədəflədiklərini qeyd edib. M.İnsanov, eyni zamanda, 2024-cü ilin sentyabrında “Startap” şəhadətnaməsinə layiq görülən “Ebiletstore” layihəsinin də müəlliflərindən biridir. O, müsahibə zamanı "Odoo" sisteminin üstünlüklərindən, "Arter"in gətirdiyi yeniliklərdən və beynəlxalq bazara uğurlu çıxış strategiyasından bəhs edib.

Bir lisenziya ilə sonsuz imkanlar və süni intellekt yenilikləri

“Odoo”nun digər qlobal ERP rəqiblərindən ən böyük üstünlüyü çevik qiymət siyasəti və modul zənginliyidir. Müştəri sadəcə bir istifadəçi lisenziyası ödənişi etməklə sistemin daxilindəki CRM, uçot, e-ticarət və marketinq kimi 80 hazır modula eyni anda sahib olur. Ehtiyac yarandıqda isə platformanın 50 mindən çox əlavə tətbiqindən də yararlanmaq mümkündür.

Üstəlik, “Odoo”nun təqdim edəcəyi 20-ci versiya süni intellekt (AI) ilə tam inteqrasiya olunub. Bu yenilik sayəsində şirkətlər kiçik kodlaşdırma və təkmilləşdirmə işlərini kənar tərəfdaşa ehtiyac duymadan, sadəcə süni intellektə tapşırıq verməklə həyata keçirə bilirlər. Bundan əlavə, sistemi GPT və ya Gemini hesablarına bağlayaraq dinamik hesabatlar almaq da mümkündür. Məsələn, “son 3 ayda dövriyyəsi azalan müştərilərin siyahısını çıxar" və ya "son 6 ayda alış-veriş etməyən müştəriləri sadala" kimi əmrlərlə saniyələr ərzində dərin analizlər əldə etmək artıq reallığa çevriləcək.

Təkrar əməliyyatlara son: “e-Taxes” və bank inteqrasiyası

Adətən şirkətlər satış edərkən həm daxili sistemə məlumat daxil edir, həm də e-taxes platformasında ayrıca qaimə hazırlayırlar. “Odoo”nun təqdim etdiyi inteqrasiya imkanı sayəsində isə mühasib qaiməni hazırlayıb tək bir kliklə “e-Taxes" sisteminə göndərir. Eyni şəkildə daxil olan qaimələr də bir kliklə sistemə köçürülür.

M.İnsanov qeyd edib ki, banklarla birbaşa inteqrasiya sayəsində köçürmə əməliyyatları avtomatik olaraq “Odoo”ya ötürülür, nəticədə şirkətin icra etdiyi mexaniki işlərin həcmi 40%-ə qədər azalır və əvvəlki 100 əməliyyatlıq yük asanlıqla 60-70-ə düşür. Beləliklə, müştəriyə təklif göndəriləndən sonra sadəcə bir neçə kliklə növbəti mərhələlərə – sifarişə, hesab-fakturaya (invoysa) və anbar məxaric orderinə sürətli keçid təmin olunur. Bu da biznesləri əlavə mühasib və ya satış meneceri ştatı saxlamaq məcburiyyətindən qurtarır, komandaları daha optimal formaya salır.

Yerli şirkət Avropada: “Arter” Almaniya və Albaniya bazarlarında

Azərbaycanda “Odoo” ERP sistemini tətbiq edən şirkətlərdən biri - “Arter”in yeniliklərinə gəlincə, şirkət bu günə kimi 250-dən çox müştəriyə xidmət göstərib, 350-dən çox layihə icra edib və 25 nəfərlik peşəkar komanda formalaşdırıb. "Arter" artıq coğrafi sərhədlərini genişləndirir. M.İnsanov bildirib ki, şirkət ötən ildən etibarən Almaniya bazarına daxil olub və bu ölkənin ən böyük meyvə-tərəvəz topdansatış müəssisələrindən olan "Früchte ADAM GmbH"ın ERP sistemini qurmaqdadır. Almaniya və qonşu ölkələrdə tədarük zəncirini idarə edən bu nəhəng şirkət üçün satınalma, satış, mühasibatlıq, e-ticarət və mobil B2B (biznesdən biznesə) sifariş həlləri kompleks şəkildə tətbiq edilib və yaxın zamanda müştərilər tərəfindən istifadəsi gözlənilir. Növbəti hədəfdə isə artıq aktiv marketinq addımlarının atıldığı və danışıqların aparıldığı Albaniya bazarıdır.

Kiçik və orta bizneslərə böyük dəstək: AYİB ilə müştərək layihələr

"Arter" yerli şirkətlərin rəqəmsallaşma xərclərini minimuma endirmək və kiçik və orta bizneslərin (KOB) inkişafına təkan vermək üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə tərəfdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində 5-6 eyni profilli şirkətin birləşdiyi qrup layihələrində həyata keçirilən ERP tətbiqi zamanı büdcənin 90%-ni bank özü qarşılayır. Müstəqil müraciət edən fərdi şirkətlər üçün isə büdcənin 50%-i sözügedən bank tərəfindən kompensasiya olunur. M.İnsanovun sözlərinə görə, sırf bu maliyyə dəstəyi sayəsində kiçik və orta bizneslərin rəqəmsallaşması üçün çox böyük şans yaranır. Çünki əvvəllər yüksək büdcə tələb edən qlobal ERP sistemləri KOB-lar üçün əlçatmaz görünürdüsə, indi bu kompensasiya proqramları sayəsində yerli sahibkarlar minimal xərclə dünya standartlarında idarəetmə modelinə keçid edə bilirlər. Bu da yerli bizneslərin bazarda rəqabətədavamlılığını artırır, onların xərclərini optimallaşdırır və rəqəmsal transformasiya prosesini ölkə miqyasında daha da sürətləndirir.

Faiq KƏRİMOĞLU

VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?