10 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2026-cı ildən ӘDV ödəyicilərinə hansı güzəştlər verilib? MƏQALƏ

Vergi Məcəlləsində 2026-cı ildən qüvvəyə minmiş dəyişikliklərdən biri də əlavə dəyər vergisindən (ƏDV) azadolmalar və güzəştlərlə bağlıdır. Yeniliyi “vergiler.az”a "Business Service Centre” şirkətinin mühasibatlıq üzrə layihə rəhbəri Rafiq Nəcəfli şərh edir.

Bu ildən Vergi Məcəlləsinin ƏDV-dən azadolmalar və güzəştləri əhatə edən 164-cü maddəsinə bir sıra əlavələr və düzəlişlər qüvvəyə minib. Məcəllənin 164.1.28-ci maddəsi yeni redaksiyada verilib:
164.1.28. gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı – 2026-cı il mayın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilir.

Misal 1: “Ship Repair” MMC (adlar şərtidir) gəmilərin təmiri ilə məşğul olan müəssisədir. MMC 2026-cı ilin may ayında gəmilərin təmiri prosesi üçün lazım olan gömrük dəyəri 100.000 manatlıq mal idxal edir. İdxal zamanı müvafiq icra orqanının müəyyən etdiyi orqan tərəfindən verilən təsdiqedici sənəd əsasında müəssisə gömrük orqanında ƏDV ödəməkdən azad olunur.

2026-cı ilədək yalnız elektrik mühərriki ilə işləyən bütün avtomobillərin idxalı və satışı əlavə dəyər vergisindən azad idi. Bu ildən isə Vergi Məcəlləsinin 161.1.41-ci maddəsinə aşağıdakı kimi dəyişiklik olub:
164.1.41. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənədə əsasən sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik mühərriki ilə işləyən avtobusların idxalı və sənaye parklarının rezidentləri tərəfindən idxal edilmiş həmin avtobusların oturacağı, tutacağı və monitoru quraşdırılmaqla satışı – 2026-cı il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad edilir.

Misal 2: Sənaye parkının rezidenti olan “Auto Manufacturer” MMC oturacaqsız, tutacaqsız və monitoru olmaqla yalnız elektrik mühərriki ilə işləyən avtobus idxal edib. Müəssisə idxal olunan avtobusun oturacaq, tutacaq və monitorunu özü quraşdırıb. Quraşdırma işləri başa çatandan sonra şirkət bu avtobusu 80.000 manat qarşılığında “BUS” MMC-yə satıb. Vergi Məcəlləsinin 164.1.41-ci maddəsinə görə, bu satış ƏDV-dən azad olunduğu üçün satış zamanı heç bir ƏDV hesablanmayacaq.

Vergi Məcəlləsinin 164.1.41-3-cü maddəsinə əsasən, tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi, eyni zamanda boya və qaynaq mərhələləri üzrə texnoloji əməliyyatların yerinə yetirilməsi şərtilə Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2027-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilir.

Misal 3: 2027-ci ilin may ayında “AUTO” MMC tərəfindən sənaye yığımı üsulu ilə, boya və qaynaq mərhələləri üzrə texnoloji əməliyyatlar yerinə yetirilməklə Azərbaycanda istehsal olunan XX markalı minik avtomobili 50.000 manata satışa çıxarılır. Bu satış əməliyyatı Vergi Məcəlləsinin 164.1.41-3-cü maddəsinə əsasən, ƏDV-dən azaddır.

Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?