Uduş və bəzi mükafatların vergiləndirilməsi məsələləri MƏQALƏ
Mövzunu “vergiler.az” üçün Kapital Bankın Maliyyə hesabatlığı və mühasibatlıq departamentinin meneceri Fariz Yadigarov şərh edir.
Müasir vergi-hüquq münasibətlərində müxtəlif tədbir və oyun formalarının mahiyyət etibarilə bir-birinə yaxın görünməsinə baxmayaraq, onların hüquqi nəticələri, tətbiq olunan rejimlər və iştirakçılar üçün doğurduğu öhdəliklər əhəmiyyətli dərəcədə fərqlənə bilər. Həm gündəlik nitqdə, həm ədəbi-bədii dildə və hətta bəzən rəsmi yazışmalarda “yarış”, “müsabiqə”, “lotereya”, “idman mərc oyunu”, habelə “mükafat” və “uduş” anlayışlarının tez-tez uyğun olmayan kontekstlərdə işlədilməsi və ya sinonim kimi istifadə olunması həm hüquqi cəhətdən yanlış şərhlərə, həm də vergitutma nəticələri baxımından riskli vəziyyətlərin yaranmasına səbəb ola bilər. Bu səbəbdən, qeyd olunan anlayışların mahiyyətinin və aralarındakı fərqlərin dəqiq şəkildə müəyyən edilməsi, onların düzgün təsnifatının aparılması və tətbiq edilən hüquqi-vergi nəticələrinin aydınlaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu yazı yuxarıda qeyd edilən gəlir növlərinin təcrübədə müəyyən edilməsi və vergiləndirilməsinə metodiki köməklik məqsədini daşıyır.
Yarış - qalibin müəyyən edilməsi məqsədilə ən azı iki iştirakçı arasında keçirilən, iştirakçıların öz bilik, bacarıq, fiziki və ya intellektual qabiliyyətlərini əvvəlcədən müəyyən edilmiş qaydalar, şərtlər və format çərçivəsində birbaşa proses zamanı nümayiş etdirdiyi tədbirdir. Yarış zamanı iştirakçıların fəaliyyəti real vaxt rejimində qiymətləndirilir və tədbirin sonunda əvvəlcədən müəyyən olunmuş meyarlar əsasında nəticələr elan edilir. Yarışlar adətən dinamik xarakter daşıyır və idman, intellektual oyunlar, peşə bacarıqları və digər sahələri əhatə edə bilər.
Müsabiqə - qalibin müəyyən edilməsi və ya qiymətləndirmə predmetinin əvvəlcədən müəyyən edilmiş meyarlara uyğunluğunun müəyyən edilməsi məqsədilə keçirilən, lakin iştirakçıların öz bacarıqlarını birbaşa proses zamanı deyil, tədbirin başlanmasına qədər təqdim etdikləri işlər, layihələr, sənədlər və ya digər qiymətləndirmə materialları vasitəsilə iştirak etdikləri tədbirdir. Müsabiqə əvvəlcədən müəyyən edilmiş format və şərtlər əsasında təşkil olunur və qiymətləndirmə yalnız iştirakçılar tərəfindən əvvəlcədən təqdim edilmiş qiymətləndirmə predmetləri üzrə aparılır. Bu zaman münsiflər və ya qiymətləndirmə komissiyası təqdim edilmiş materiallar arasından ən uğurlu nəticəni seçir.
Bu anlayışlar arasında təşkilati və funksional baxımdan müəyyən mahiyyət fərqləri mövcud olsa da vergitutma məqsədləri üçün yarış və müsabiqələrə eyni yanaşma tətbiq olunur. Vergi qanunvericiliyi çərçivəsində əsas fərqləndirmə yalnız idman yarışları ilə digər növ yarış və müsabiqələr arasında aparılır ki, bu da vergidən müvafiq azadolmaların tətbiqi zamanı əhəmiyyət daşıyır.
Hər iki tədbirin sonunda əvvəlcədən müəyyən edilmiş və ya tədbir zamanı elan olunmuş mükafatların verilməsi nəzərdə tutula bilər. Mükafatlar pul və ya əşya formasında təqdim oluna bilər. Mükafat anlayışı yalnız yarışın və ya müsabiqənin təşkilatçısı, yaxud bu tədbirin əsas benefisiarı (benefisiarları) tərəfindən təqdim edildikdə hüquqi baxımdan “mükafat” statusunu daşıyır. Əgər mükafat eyni tədbir üçün üçüncü şəxslər və ya digər qurumlar tərəfindən təqdim edilərsə, bu zaman həmin təqdimat mükafat kimi deyil, hədiyyə kimi qiymətləndirilməli və müvafiq hüquqi və vergi rejiminə tabe olmalıdır.
Lotereya - lotereya təşkilatçısı tərəfindən lotereya biletlərinin yayılması, lotereya iştirakçıları arasında uduş fondunun (virtual lotereya istisna olmaqla) oynanılması və uduşlu lotereya biletlərinin sahiblərinə uduşların verilməsi (ödənilməsi) yolu ilə keçirilən kütləvi oyundur.
Azərbaycan Respublikasında lotereyalar (stimullaşdırıcı lotereyalar istisna olmaqla) yalnız “Azərlotereya” ASC tərəfindən təşkil edilir və keçirilir. “Lotereya” sözünün işlədildiyi mətndən bu sözün lotereya fəaliyyətinə aid edilmədiyi tam aydın olduğu hallar istisna olmaqla, lotereya təşkilatçısından başqa digər hüquqi şəxslərin adında “lotereya” sözünün (“lotereya” sözü olan söz birləşməsinin) istifadəsi qadağandır.
Stimullaşdırıcı lotereyalar malın (işin, xidmətin) satışını stimullaşdırmaq məqsədilə həmin malı (işi, xidməti) almış şəxslər arasında keçirilən lotereyadır. Bunun üçün rəsmi akkreditasiyadan keçmək tələb olunmur. Lotereyanın nəticələri üzrə şanslı bilet sahiblərinə müxtəlif uduşlar verilir.
Uduş - lotereyanın şərtlərinə əsasən uduşlu hesab edilən lotereya biletinin sahibinə ödənilməli olan pul vəsaiti və ya verilməli olan digər əmlak (əşya) və ya göstərilməli olan xidmətləri (işləri) əhatə edir.
İdman mərc oyunları - idman yarışlarının nəticələrinin və ya yarışlardakı hadisələrin əvvəlcədən proqnoz edilməsinə əsaslanmaqla oynanılan və iştirakçılar arasında doğru ehtimalı tapanlara əvvəlcədən bəyan edilən meyarlar əsasında pul mükafatı (uduş) qazandıran, idman mərc oyunlarının operatoru tərəfindən keçirilən oyunlardır.
İdman mərc oyunlarının operatoru mütləq idman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs olmalıdır. Operator tərəfindən əvvəlcədən qəbul edilən meyara uyğun olaraq hesablanan və doğru proqnoz verən iştirakçıya pul şəklində uduş verilir.
Göründüyü kimi, həm lotereyalar, həm də idman mərc oyunları mahiyyətcə şans oyunlarıdır, yarış və müsabiqələrdən fərqli olaraq, burada qazanılan uğur qalibin iradəsindən asılı deyil, daha çox bəxt amilinə - şansa əsaslanır. İdman mərc oyunlarının “qalib”inə yalnız pul uduşunun verilməsi nəzərdə tutulursa, lotereyanın “qalib”inə uduş həm pul, həm də əşya şəklində verilə bilər.
Beləliklə, terminologiyanı dəqiqləşdirsək, yarış və müsabiqələrin nəticələrinə görə qaliblərə mükafat (təşkilatçı və (və ya) benefisiar şəxs tərəfindən verilərsə), lotereya və idman mərc oyununun nəticələrinə görə isə uduş verilir.
Vergiləndirmə
Yuxarıda qeyd edilən hər bir tədbirin nəticələrinə görə əldə olunan gəlirlərin vergiləndirilməsi Vergi Məcəlləsinin 101.5, 102.1.15, 102.1.26, 149.1.4, 150.1.10, 150.1.11-ci maddələri ilə tənzimlənir. Bu maddələrə nəzər saldıqda, fərqli meyarlara əsasən həmin gəlirlərin vergitutma texnikalarının da müxtəlif olduğunu görə bilərik. Belə ki, tədbirin keçirilmə yeri, tədbirin statusu (beynəlxalq və ya yerli), ödəniş forması (pul və ya əşya), ödənişi edənin statusundan (rezident və ya qeyri-rezident) asılı olaraq vergitutma texnikası da fərqli ola bilir.
Yığcamlıq üçün lotereya, idman mərc oyunu, yarış və müsabiqələrdən əldə olunan gəlirlərin vergitutma texnikası aşğıdakı cədvəllərdə verilir:
İdman mərc oyunlarından, lotereyalardan, digər yarışlardan və müsabiqələrdən pul şəklində gəlirlərin (mükafatların) vergiləndirilməsi
|
Gəlirin növü |
Gəlirin mənbəyi |
Yarış və ya müsabiqənin statusu |
Ödənişin forması |
Vergitutma forması |
Vergi dərəcəsi |
Azadolma və çıxılmalar |
|
İdman mərc oyunları
|
Rezident |
- |
Nağd1 |
ÖMV2 |
10% |
5003 + iştirakla bağlı pul qoyuluşu |
|
Nağdsız |
||||||
|
Qeyri-rezident |
- |
Nağd |
Bəyannamə |
14% |
- |
|
|
Nağdsız |
ÖMV3 |
10% |
||||
|
Lotereyalar |
Rezident |
- |
Nağd1 |
ÖMV2 |
10% |
5003 + iştirakla bağlı pul qoyuluşu |
|
Nağdsız |
||||||
|
Qeyri-rezident |
- |
Nağd |
Bəyannamə |
14% |
- |
|
|
Nağdsız |
ÖMV4 |
10% |
||||
|
İdman yarışları |
Rezident |
Lokal |
Nağd |
ÖMV2 |
10% |
50.0005 + iştirakla bağlı pul qoyuluşu |
|
Nağdsız |
||||||
|
Beynəlxalq |
Nağd |
Tam5 |
||||
|
Nağdsız |
||||||
|
Qeyri-rezident |
Beynəlxalq |
Nağd |
Bəyannamə |
14% |
Tam6 |
|
|
Nağdsız |
ÖMV4 |
10% |
||||
|
Digər yarış və müsabiqələr |
Rezident |
Lokal |
Nağd |
ÖMV2 |
10% |
200 + iştirakla bağlı pul qoyuluşu |
|
Nağdsız |
||||||
|
Beynəlxalq |
Nağd |
4.000 + iştirakla bağlı pul qoyuluşu |
||||
|
Nağdsız |
||||||
|
Qeyri-rezident |
Beynəlxalq |
Nağd |
Bəyannamə |
14% |
4.000 |
|
|
Nağdsız |
ÖMV4 |
10% |
1- “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasın Qanununun 3.4.13-cü maddəsinin müddəaları nəzərə alınmaqla;
2- ödəmələri verən şəxs;
3 - uduşlar lotereya təşkilatçısı tərəfindən keçirilən lotereyalardan və idman-mərc oyunları operatoru tərəfindən keçirilən idman-mərc oyunlarından əldə edildikdə;
4 - gəliri əldə edən şəxsin bank və digər ödəniş hesabının olduğu yerli ödəniş xidməti təchizatçısı və ya xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialı;
5 - respublika idman federasiyaları (assosiasiyaları) və idman klubları tərəfindən verildiyi halda;
6 - həmin yarışların təşkilatçıları və respublika idman federasiyaları (assosiasiyaları) tərəfindən verildiyi halda.
Lotereyalardan, digər yarışlardan və müsabiqələrdən əşya şəklində gəlirlərin (mükafatların) vergiləndirilməsi
|
Gəlirin növü |
Gəlirin mənbəyi |
Yarış və ya müsabiqənin statusu |
Vergitutma forması |
Vergi dərəcəsi |
Azadolma və çıxılmalar |
|
Lotereyalar |
Rezident |
- |
Bəyannamə |
14% |
- |
|
Qeyri-rezident |
- |
Bəyannamə |
- |
||
|
İdman yarışları |
Rezident |
Lokal |
Bəyannamə |
14% |
Tam7 |
|
Beynəlxalq |
|||||
|
Qeyri-rezident |
Beynəlxalq |
Bəyannamə |
|||
|
Digər yarış və müsabiqələr |
Rezident |
Lokal |
Bəyannamə |
14% |
Tam |
|
Beynəlxalq |
|||||
|
Qeyri-rezident |
Beynəlxalq |
Bəyannamə |
7 - həmin yarışların təşkilatçıları və respublika idman federasiyaları (assosiasiyaları) tərəfindən verildiyi halda.
