23 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sənaye parklarının imtiyazları ixracı sürətləndirir: Azərbaycan məhsulları qlobal elektron bazarlarda MƏQALƏ

Artıq Azərbaycan istehsalı olan məhsullara dünyanın ən iri elektron ticarət platformalarından biri hesab olunan “Alibaba.com”da kateqoriya üzrə top üçlükdə rast gəlmək mümkündür. Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "Kartaş Kimya" MMC-nin Mr.Fix brendi ilə istehsal etdiyi tikinti kimyəviləri qısa müddət öncə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalı vasitəsilə yerləşdirilməsinə baxmayaraq, öz kateqoriyası üzrə “Alibaba” platformasında ilk üçlükdə yer alıb.

Şirkət tikinti sektoru üçün Avropa standartlarına cavab verən innovativ inşaat həlləri təqdim etməklə ölkəmizin sənaye potensialına mühüm töhfə verir. Zavodun fəaliyyəti yerli istehsalın gücləndirilməsi, idxaldan asılılığın azaldılması və ixrac imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

İxrac strategiyası və hədəflər

"Kartaş Kimya" MMC-nin ixracat müdiri Cahangir Səfərov bildirir ki, şirkət beynəlxalq bazarlara çıxış istiqamətində ardıcıl və məqsədyönlü strategiya həyata keçirir. Daxili bazarda məhsulları geniş yayılan zavod Mərkəzi Asiya, Cənubi Qafqaz və MDB ölkələri ilə yanaşı, digər perspektivli regionlarda da ixrac imkanlarını qiymətləndirir. Mövcud logistik üstünlüklərdən istifadə etməklə yeni tərəfdaşlarla danışıqlar aparılır və müxtəlif bazarlara çıxış istiqamətində konkret addımlar atılır.

100-dən artıq məhsul çeşidi

Hazırda "Kartaş Kimya" MMC Sumqayıt Kimya Sənaye Parkında müxtəlif növ kafel və keramika yapışdırıcıları, dərz dolğuları, beton, sement və asfalt qatqıları, təmir və gücləndirmə materialları, suvaq və hörgü məhsulları, termoizolyasiya materialları, epoksid və poliuretan örtük sistemləri, zəmin materialları, qəlib yağları və digər məhsullar istehsal edir. Alıcılara 100-dən artıq məhsul çeşidi təqdim edilir. İxrac planlarının genişlənməsi ilə bağlı olaraq, istehsal həcminin və məhsul növlərinin artırılması potensialı mövcuddur.

Sənaye parklarında güzəştlər və ixrac

Sirr deyil ki, sənaye parklarında sahibkarlara təqdim edilən güzəştlər ixracı dəstəkləyən əsas faktordur. Müəssisənin ixracat müdiri deyir ki, sənaye parklarında güzəştlər, o cümlədən verilən imtiyazlar daha səmərəli işləməyə və qeyri-neft-qaz sektorunun inkişafına istehsalçıların daha faydalı töhfələr verməsinə gətirib çıxarır. Məlum olduğu kimi, sənaye parklarının rezidentləri 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Sadalanan bu güzəştlərlə şirkətlər müəyyən qədər büdcəyə qənaət edə bilir və bununla da ixracla bağlı planlar üzərində daha geniş iş aparılır. Bu da onu deməyə əsas verir ki, sənaye parklarında güzəştlər ixracı dəstəkləyən əsas amillərdəndir.

Faiq KƏRİMOĞLU

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?