18 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Beynəlxalq şirkətlərin ölkəmizdə qeydiyyatı biznes mühitində müsbət yeniliklər yaradır MƏQALƏ

Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi prosesi müxtəlif istiqamətlərdə həyata keçirilir. Biznesin qeydiyyatının təkmilləşdirilməsi, qabaqcıl təcrübələrin ölkəmizə transferi, dayanıqlı həllərə əsaslanan mexanizmlərdən istifadənin genişləndirilməsi, investorlar üçün güzəştlər və əlverişli infrastrukturun yaradılması bu sahədə tətbiq edilən dəstək tədbirlərinə daxildir. Son illər vergi sistemində aparılmış islahatlar, vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi qanunvericiliyindəki dəyişikliklər bütün bunların həyata keçirilməsinə mühüm təkan verir.

Beynəlxalq şirkətlərin ölkəmizdə qeydiyyatı

Bu baxımdan rəqəmsal xidmətlərin vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və ədalətli rəqabət mühitinin formalaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edən addımlar atılır. Son dövrlərdə vergi orqanları tərəfindən elektron ticarətin vergiyə cəlb olunması istiqamətində aparılan islahatlar çərçivəsində xarici şirkətlərin ƏDV məqsədləri üçün uçota alınması diqqətdə saxlanılır. İndiyədək “Apple Distribution International Limited”, “Adobe Systems Software Ireland Limited”, “Sony Interactive Entertainment Network Europe Limited”, “Elsevier BV” və “Match Group” şirkətlər qrupuna daxil olan 2 şirkət ölkəmizdə ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb.

İndiyədək “Apple Distribution International Limited”, “Adobe Systems Software
Ireland Limited”, “Sony Interactive Entertainment Network Europe Limited”,
“Elsevier BV” və “Match Group” şirkətlər qrupuna daxil olan 2 şirkət ölkəmizdə
ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb

Biznes mühitində şəffaflıq, ədalətli rəqabət və düzgün uçot

Beynəlxalq şirkətlərin ölkəmizdə ƏDV məqsədləri üçün qeydiyyatı biznes mühitində şəffaflıq, ədalətli rəqabət və investisiya cəlbediciliyinin artmasına səbəb olur. ƏDV məqsədləri üçün qeydiyyat şirkətlərin rəsmi fəaliyyət göstərməsini təmin edir ki, bu da biznes mühitində şəffaflıq səviyyəsini yüksəldir, müəssisələr arasında etimad mühitini inkişaf etdirir. Beynəlxalq şirkətlərin ƏDV məqsədləri üçün qeydiyyatı dövlətin vergi bazasını genişləndirməklə vergi daxilolmalarını artırır. Bu isə əlavə maliyyə resurslarının formalaşmasını təmin edir. Beynəlxalq şirkətlərin ƏDV sisteminə daxil olması ölkənin qlobal iqtisadi sistemlə daha sıx inteqrasiyasına yardım edir, xarici ticarət dövriyyəsi və investisiyalar artır. Beynəlxalq şirkətlərin ölkədə ƏDV məqsədləri üçün qeydiyyatı biznes proseslərinin də daha asan həyata keçirilməsini təmin edir. Digər tərəfdən, ölkəmizə beynəlxalq təcrübənin gətirilməsi və tətbiqi kimi mühüm üstünlükləri qeyd etmək yerinə düşər. Yerli biznes təmsilçiləri üçün nüfuzlu şirkətlərin qabaqcıl təcrübələrini yaxından izləmək və bu prosesin bir hissəsi olmaq şansı yaranır. Bu addımlar məşğulluğun təmin edilməsinə və yeni iş yerlərinin açılmasına da müsbət təsir edir.

Beynəlxalq şirkətlərin yerli ƏDV məqsədləri üçün qeydiyyatının aparılması bir çox ölkələrdə həyata keçirilən davamlı prosesdir. Qazaxıstan, Estoniya, Sinqapur, İrlandiya, Almaniya və BƏƏ kimi ölkələri nümunə göstərmək olar. Xarici təcrübələrdə uğur qazanmış bu yeniliyin ölkəmizin vergi orqanları tərəfindən tətbiqi biznes mühiti üçün nikbin proqnozlar və üstünlüklər vəd edir.

Gülay NƏBİYEVA

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?