18 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda işçi geyimləri istehsalı sektoru genişlənir MƏQALƏ

Azərbaycanda sənaye və xidmət sahələrində işçilərin təhlükəsizliyi məsələsi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan, xüsusi işçi geyimlərinin rolu böyükdür, çünki onlar işçilərin həm fiziki qorunmasını, həm də vəzifələrini peşəkar səviyyədə həyata keçirməsini təmin edir. “S.I.G.N” LTD və “Yunik” şirkətləri Azərbaycanda işçilər üçün yüksək keyfiyyətli xüsusi geyimlər istehsal edən qabaqcıl müəssisələrdəndir və hər ikisi istehsalatda innovativ yanaşma tətbiq edir. Hər iki şirkətin təsisçiləri işçi geyimləri bazarında tutduqları mövqe və təklif etdikləri yeniliklərlə bağlı “vergiler.az”a danışıblar.

“S.I.G.N” LTD: keyfiyyət və ixrac ambisiyaları

Altı ildir fəaliyyət göstərən, 400-dən çox məhsul çeşidinin satışını həyata keçirən şirkət rəsmi brendi “REGALSAFE” markasına məxsus işçi uniformaları, qoruyucu ayaqqabılar, işçi əlcəkləri, təhlükəsizlik kəmərləri və digər məhsulları satışa çıxarır. Azərbaycanda neft və qaz sektoru, dəniz layihələndirməsi, ümumi sənaye sahələrinə uyğun olaraq ətraf mühitin qorunması və fərdi mühafizə vasitələri alıcılara təklif edilir. Qısa müddətdə fəaliyyət göstərən yerli şirkətin tərəfdaşlarının sayı artıq 100-ə yaxınlaşır.

“S.I.G.N” LTD-nin təsisçisi və direktoru Elmir Hacıyev deyir ki, satış həyata keçirdikləri müəssisələrdə idxal edilmiş məhsullar gözə dəysə də, işçi geyimlərinin hər biri yerli istehsaldır. Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı təmir, tikinti, quruculuq işləri həyata keçirilir və işçilərin rahatlığını təmin edəcək bu cür geyimlərə, sözsüz ki, ciddi ehtiyac var. Azad olunmuş bölgələrimizdə fəaliyyət göstərən şirkətlər yerli məhsullara kifayət qədər maraq göstərirlər və haqqında danışdığımız şirkətin məhsulları da bu sıradadır.

Hazırda paytaxt Bakıda 2 fabriki olan şirkət 90-a yaxın şəxsin işsizlik problemini həll edib. Yaxın zamanda istehsal olunacaq məhsul çeşidlərinin sayının artırılması planlaşdırılır ki, bu da yeni işçilərə ehtiyac yaranacağını deməyə əsas verir. Digər tərəfdən, ixracla bağlı məsələlər də nəzərdən keçirilir. E.Hacıyev ixraca xüsusi diqqət ayırdıqlarını deyir, bu səbəbdən artıq bir neçə Avropa ölkəsinə yerli nümunələr göndərilib. Sadəcə, xaricə çıxış üçün müvafiq sertifikatlara ehtiyac var ki, ilk növbədə bu problem öz həllini tapmalıdır. O da sirr deyil ki, Avropa və ABŞ bazarı “Intertek”, ISO sertifikatları tələb etdiyi halda, region ölkələri əsasən Rusiya QOST standartlarına fokuslanıb. İndiyə kimi yalnız Türkiyəyə işçi geyimləri satan şirkətin rəhbəri Rusiya bazarının 2016-cı ilə kimi cəlbedici olduğunu, lakin indi sanskiyalar səbəbindən bu geyimlərin satılması üçün əsas bazarlar sırasında yer almadığını bildirir.

Şirkət məhsulların keyfiyyətinə zəmanət verir və bunu sertifikatla təsdiqləməyə hazırdır. Xammal, istifadə olunan detallar Çindən alınır və onların keyfiyyətinə xüsusi diqqət yetirilir. Həmsöhbətimiz uzun müddət Çində yaşayıb və bu ölkənin istehsal texnikasını mənimsəyib. Deyir ki, hazırda bizim yerli bazarda başqa ölkələrdən daha ucuz qiymətə gətirilən geyimlərə rast gəlmək mümkündür, ancaq onlar yerli istehsal geyimləri kimi davamlı deyil.

“Yunik”: korporativ və təhsil sektorunda xüsusi həllər

Korporativ geyim dəstləri, məktəbli formaları, bir çox sektorlar üçün geyim və fərdi mühafizə vasitələrinin istehsalı və satışı ilə məşğul olan yerli şirkətlərdən biri də “Yunik”dir. Artıq 2 ildir fəaliyyət göstərən milli şirkətdə məhsulların ərsəyə gəlməsində 75 nəfərin əməyindən istifadə edilir. ISO standartları ilə fəaliyyət göstərən “Yunik” korporativ formaların, məktəbli formalarının və qoruyucu iş geyimlərinin dizaynı, istehsalı və paylanması üzrə ixtisaslaşmış bir Azərbaycan brendidir. Şirkətin təsisçi və rəhbəri Coşqun Məmmədovun sözlərinə görə, onlar keyfiyyət, innovasiya və etibarlılığa diqqət yetirərək, həm biznes, həm də təhsil müəssisələrinin unikal ehtiyaclarına cavab verən xüsusi hazırlanmış vahid həllər təqdim edirlər. Həmsöhbətimiz əmin edir ki, xammal olaraq keyfiyyətli parçalardan istifadə etdikləri üçün bu, məhsula davamlılıq verir və istifadəsi də rahat olur. Zərbə, isti və ya soyuq hava işçi geyimlərinə təsir göstərdiyi üçün bu kimi korporativ geyimlərin istehsalı zamanı xammalın seçilməsi vacib hesab olunur. Suya və küləyə davamlı materialın seçilməsi işçilərin təhlükəsizliyi üçün də vacib şərtlərdəndir.

Faiq KƏRİMOĞLU

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?