16 İyul 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tikintidə səmərəli model: dəmir-beton prefabriklərin üstünlükləri MƏQALƏ

Keçmiş sovet dövründə Azərbaycanda yığma dəmir-beton prefabriklər geniş istismar olunub. Prefabrik binalar, əsasən, 1960-1980-ci illərdə çox sayda inşa edilsə də son 30 ildə geniş tətbiqinə rast gəlinmirdi. Ancaq getdikcə sənaye zonalarının sayının artması, yeni istehsal müəssisələrinə zərurət yaranması ilə bu kimi qurğuların tikintisi də çoxalıb. Xüsusən, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında prefabriklərin böyük əhəmiyyəti var.

Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına töhfə verən “Betonist” MMC dəmir-beton məmulatlarının istehsalı və quraşdırılması ilə məşğuldur. Şirkət 2022-ci ildən bu günə qədər sənaye, anbar, avtodayanacaq və digər irimiqyaslı layihələr üçün prefabrik dəmir-beton məmulatlarının istehsalı və montajı sahəsində ixtisaslaşıb. Müasir texnologiyalarla yerli istehsalı gücləndirmək və innovativ yanaşmayla ölkəmizin iqtisadiyyatına dayanıqlı töhfə verməyi hədəfləyən şirkətin təsisçisi və direktoru Ceyhun Vəliyev yığma dəmir-beton prefabriklərin daha ucuz başa gəldiyini, sürətli hazırlandığını və ən əsası, keyfiyyətli olduğunu bildirir.

Layihələrin əksəriyyəti Ağdamda həyata keçirilir

“Betonist” MMC indiyə kimi 15-dən çox iri layihə həyata keçirib və onlardan 9-u Ağdamda yerləşir. Bu rayon ərazisində 2 ədəd “Prefabrik dəmir beton məmulatları” zavodu, “Eel Elektrik” MMC üçün 2 bina, “Mister Decor” MMC, “Metkons” MMC üçün 2 bina, “Dadaş-N Xalça” zavodu, “ASMC” MMC tikilib və artıq bir neçəsi tam fəaliyyət göstərməkdədir.

İstehsal gücü artacaq

Sözsüz ki, “Betonist” şirkəti də Qarabağda fəaliyyət göstərən digər rezidentlər kimi, vergi və gömrük güzəştlərindən faydalanır. C.Vəliyev bu güzəştlər sayəsində Qarabağ və Şərqi Zəngəzur ərazisində bizneslərini daha da böyütməkdə maraqlı olduqlarını deyir. Güzəştlər sayəsində minlərlə manat vəsaitə qənaət edildiyi üçün yerli sakinləri işlə təmin etmək üçün yeni şanslar yaranır. Sözsüz ki, xarici təcrübənin öyrənilməsi, idxal kimi bəzi vacib məsələlər də kifayət qədər vəsait tələb etdiyindən, vergidən qənaət edilən məbləğlə bunu müəyyən qədər qarşılamaq mümkündür. “Betonist”in aylıq 1000 kubmetr istehsal gücü olsa da, şirkət hazırda bunun 60 faizini rellaşdıra bilir. Amma hədəflər böyükdür və aylıq istehsal gücünün 2000 kubmetrə çatdırılması hədəflənir ki, bununla da ən azı 1500-1600 kubmetr aylıq istehsal mümkün olacaq. Bununla yanaşı, yaxın gələcəkdə “Betonist” avtoparkları da yığma dəmir-beton ilə inşa etməyi planlaşdırır.

Yerli xammaldan istifadə edilir

Sevindirici haldır ki, Qarabağ və Şərqi Zəngəzurda prefabrik tikintiləri yerli xammal hesabına həyata keçirilir. Hər şeydən öncə, yerli xammal qiymətin ucuz olmasına gətirib çıxarır. C.Vəliyev tikintidə istifadə olunan dəmir konstruksiyalarla nisbətdə onların istifadə etdiyi dəmir-beton konstruksiyaların daha keyfiyyətli olduğunu və ucuz başa gəldiyini deyir. Digər tərəfdən, dəmir-beton prefabriklər zəlzələyə davamlıdır ki, bu da ona əlavə üstünlük qazandırır. Sadə bir hesablama aparsaq, dəmir konstruksiyalar Azərbaycana xaricdən – Rusiya, Ukrayna və Qazaxıstan kimi region ölkələrindən gətirilir və kvadratı nə az, nə çox - 200 manata başa gəlir. Bunun da 150 manatı xammala çıxılanda cəmi 50 manat işçidə qalır. Yerli dəmir-betondan istifadə edildikdə isə bu, yarıbayarı – 100 manata ərsəyə gəlir. Bunun da 80 manatı xammala sərf olunduqda, 20 manatı işçidə qalır. Bu həm də idxaldan asılılığı azaldır və bir növ, yerli istehsalı dəstəkləyir.

Cəbrayılda yeni layihə

“Betonist” MMC, Ağdamla yanaşı, Bakı və Sumqayıt şəhərlərində də layihələrini davam etdirir. Artıq Naxçıvan Muxtar Respublikasına da layihə təklifləri göndərilib. Şərqi Zəngəzurda, Cəbrayıl rayonu ərazisində isə “Improtex” MMC üçün 6400 kvadratmetr sahəsi olan dəmir-beton prefabrikin inşası başa çatdırılıb.

Faiq KƏRİMOĞLU

VergiFərdi sahibkar sabit qəbzi onlayn şəkildə ala bilərmi? VergiƏvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi? Vergiİdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı? VergiDublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi orqanı obyektin girişində uçotla bağlı məlumatın olmamasına görə sahibkarı cərimə edə bilərmi? VergiXarici ölkə vətəndaşının məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməsi VergiKənd təsərrüfatı məhsullarına görə ödənilən ƏDV məbləğləri necə hesablanır? Vergiİşçinin vəfatı ilə əlaqədar ödənilən müavinətdən vergi tutulurmu? VergiSənaye məhəlləsinin rezidentlərinə hansı vergi güzəştləri tətbiq olunur? VergiZərgərlik məmulatlarının nağd satışına görə cərimə nə qədərdir?