4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlıq və biznes mühitinin vəziyyəti "Business Ready" əsasında dəyərləndiriləcək MƏQALƏ

Dünya iqtisadiyyatı qlobal təsirlərə qarşı dayanıqlılığı artırmaq, innovativ biznes sahələrini inkişaf etdirmək və biznesə başlamaq üçün daha əlverişli şəraiti təmin etmək üçün yeni çağırışlarla qarşılaşır. Yoxsulluğun aradan qaldırılması, ortaq rifahın artırılması və biznes sahəsində vəziyyətin təkmilləşdirilməsi üçün müxtəlif alətlər yaradılır. Bir neçə il əvvəl Dünya Bankı Qrupu bu sahədə ölkələrdəki vəziyyətin araşdırılması üçün “Doing Business” qiymətləndirmə mexanizmindən istifadə edirdi. 2021-ci ilin sentyabrında ləğv edilmiş bu hesabatın əvəzinə Dünya Bankı Qrupu yeni hesabatlılıq layihəsi hazırlayıb. Bu, Business Ready (B-READY) adlanır (https://tinyurl.com/murtwefe).

B-READY beynəlxalq qiymətləndirmənin hesabatını ehtiva edən layihədir. Bu hesabat özəl sektorun inkişafı üçün biznes mühitinin kəmiyyət qiymətləndirməsini səciyyələndirir. Yeni hesabat "Doing Business" hesabatını əvəz edəcək, ölkələrin biznes və investisiya mühitinin qiymətləndirilməsinə daha şəffaf və balanslı yanaşmanı təmin edəcək.

2024-cü ilin yazında "Business Ready" hesabatının ilk buraxılışı dərc olunacaq.
İlkin qiymətləndirmə 54 ölkə iqtisadiyyatını, Asiya, Afrika, Yaxın Şərq,
Avropa və Latın Amerikası ölkələrini əhatə edəcək. Layihə 2023-2024-cü illərdə 54,
2024-25-ci illərdə 120 və 2025-2026-cı illərdə 180 iqtisadiyyat olmaqla, hər növbəti üç il ərzində genişlənəcək.

B-READY hər hansı şirkətin fəaliyyətə başlaması, onu davam etdirməsi, fəaliyyətinin dayandırılması və ya onun yenidən təşkili mərhələləri daxil olmaqla 10 mövzunu əhatə edir. Bunlar biznesə giriş, biznesin yerləşməsi, kommunal xidmətlər, əmək münasibətləri, maliyyə xidmətləri, beynəlxalq ticarət, vergi, bazarda rəqabət, mübahisələrin həlli və müflisləşmədir.

Qiymətləndirmə metodologiyasına yeni yanaşma

B-READY tənzimləyici bazaya diqqət yetirərək ölkələrdə biznes mühitini qiymətləndirir. Qiymətləndirmələrin dürüstlüyünü təmin etmək üçün Dünya Bankı Qrupunun tətbiq etdiyi xüsusi prosedurları və təminatları səciyyələndirən Biznesə Hazır Təlimat və Bələdçi və layihənin göstəricilərini və qiymətləndirmə metodologiyasını təsvir edən Biznesə Hazır Metodologiya Təlimatları hazırlanıb. İlkin mərhələdə 54 ölkə iqtisadiyyatının biznes mühiti haqqında məlumatların sahəvi ekspertlərlə geniş müzakirələr və Dünya Bankının Müəssisə Sorğuları vasitəsilə əldə edilməsi nəzərdə tutulub. Bu sorğular rəqabətli seçim prosesi ilə seçilmiş sorğu şirkətləri tərəfindən toplanılır. Dünya Bankı Qrupunun iqtisadçıları hesab edirlər ki, qurum bu layihə ilə qlobal iqtisadiyyat üçün mühüm xarakter daşıyan amili – ölkələrin investisiya mühitinin daha dolğun və dəqiq ölçü meyarlarını geri qaytarır. Dünya Bankı Qrupunun qiymətləndirmələrinin qlobal məkanda tənzimləyici islahatların həyata keçirilməsində mühüm rolunun olduğu qeyd edilir.

Ötən 20 il ərzində qurumun biznes mühitini qiymətləndirməsi əsasında inkişaf etmiş
və inkişaf etməkdə olan ölkələrdə təxminən 4000 tənzimləyici islahat həyata keçirilib.

Bu qiymətləndirmələr eyni zamanda elmi araşdırmalara da töhfələr verir və nəticələri dərc edilir. Dövlətlər inkişaf strategiyalarını formalaşdıran zaman da bu qiymətləndirmə nəticələrindən istifadə edirlər. Layihəyə rəhbərlik edən Dünya Bankının Göstəricilər Qrupunun direktoru Norman Loayza xarici mətbuata bildirib ki, B-READY layihəsi biznes və investisiya mühitinin qiymətləndirilməsinə yeni yanaşmanı təmsil edir. B-READY yanaşması biznesin idarəetməsinin asanlığını təmin etməklə bütövlükdə cəmiyyət üçün daha geniş imkanlar yaratmağı hədəfləyir. Məqsəd bizneslər üçün daha yaxşı ictimai xidmətlərin yaradılmasıdır. Sahibkarların və biznes təmsilçilərinin təcrübələri də qiymətləndirmə prosesində nəzərə alınacaq. Belə ki, ekspert qiymətləndirmələriylə yanaşı, biznes mühitinin iştirakçıları tərəfindən mühitin dəyərləndirilməsi layihənin daha əhatəli bilgilər əsasında həyata keçirilməsini və reallığı əks etdirməsini təmin edəcək.

Özəl sektorun canlanması əsas hədəflərdəndir

Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və özəl sektorun inkişaf etdirilməsi bazar iqtisadiyyatının ən vacib komponentlərindən biridir. Ölkələrdə kiçik və orta sahibkarlığın inkişafı isə dövlətlərin iqtisadi sabitliyinin və dayanıqlılığının əsas drayverlərindən biridir. Bu səbəbdən də ölkələrin iqtisadi inkişafını qlobal çağırışlara uyğun təmin etmək üçün kiçik və orta biznesin təşviqi prioritet sayılır. B-READY layihəsinin də məqsədi hər bir ölkənin iqtisadi mühitini özəl sektor üçün təkmilləşdirməkdir. Layihə müəllifləri qeyd edirlər ki, onun adı da iqtisadiyyatların müxtəlif inkişaf mərhələlərində olduğuna və hökumətlərin davamlı artımı dəstəkləyən iqtisadi mühitin təmin edilməsində mühüm rol oynadığına diqqət çəkir.

Gülay NƏBİYEVA

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması