5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Nar vadisi”: aqro-turizmin yeni ünvanı REPORTAJ

Göyçay-Bakı magistral yolundan 200 metr aralı, Qaraməryəm gölünün yaxınlığında yerləşən “Nar vadisi” yeni tipli turizm məkanlarındandır.

Məkanın sahibləri Göyçay rayonunun Qaraməryəm kəndinin sakinləri Yeganə Nuriyeva və həyat yoldaşı Mətləb Nuriyevdir. Ailə təsərrüfatına məxsus nar bağının sahəsi 4 hektardır. Sahədə turistlərin yerləşdirilməsi və onlar üçün xidmətlərin yaradılması ideyası isə Avropa İttifaqının reallaşdırdığı “Narçılıq dəyər zəncirində üstün keyfiyyətin əldə edilməsi və dəyişikliklərə dəstək” (STEP) layihəsindən gəlib. Narçılığın inkişafına dəstək verilməsini nəzərdə tutan layihə icraçıları təsərrüfatlarda aqro-turizm məkanlarının yaradılmasını təklif ediblər. İlk dəfə bu təşəbbüsə Yeganə Nuriyeva qoşulub.

“Həyat yoldaşımın nara olan sevgisi bizi bura gəirib çıxartdı.18 ildir bu sahədə nar bağı salmışıq. STEP layihəsi ilə tanışlıqdan sonra bizə nar bağının yaxınlığında turizm məkanının yaradılması ideyası verildi. Təklifi məmuniyyətlə qəbul etdik və evin ikinci mərtəbəsini tikməyə başladıq. 2020-ci ildə evi tamamladıq. Burada istifadə olunan zəruri məişət avadanlıqları, mebellər STEP layihəsinin dəstəyi ilə təmin edildi. Ötən ildən az sayda da olsa turistləri qəbul etməyə başlamışıq. İndiyədək 19 ailə “Nar vadisi”ndə qonaq olub, burada göstərilən xidmətlərdən yararlanıb”, - Yeganə Nuriyeva deyir.

Qeyd edək ki, turistlərin yerləşdirilməsi üçün nəzərdə tutulan evdə 4 nəfərlik ailə rahat qala bilər. Qonaqlar 1 gün üçün 40 manat ödəniş etməlidirlər. Qiymətə gecələmə və səhər yeməyi daxildir. Turistlər nar bağlarını gəzməklə yanaşı, göldə balıq da tuta bilərlər. Bunun üçün orada lazımi şərait yaradılıb. Tutulan balıqlara görə ev sahibinə əlavə ödəniş edilir. “Nar vadisi”ndə turistlərə at çapmaq üçün sahə ayrılıb, orada lazımi şərait yaradılıb.

Qonaqlar məkanda nar və ondan hazırlanan məhsulları - nar mürəbbəsi, turşusu, narşərab, nar şirəsi ala bilərlər. Buradakı qiymətlər isə bazar qiymətlərindən aşağıdır.

Y.Nuriyeva deyir ki, narşərabın hazırlanması bir az çətin başa gəlir: “Lətli narşərabın hazırlanması uzun prosesdir. Burada əkdiyimiz narlardan dərib onların hamısını bişirib qablaşdırırıq. Bu il narın satışında problemlər oldu. Zavodlar çox qəbul etmədi. Ona görə məhsulun bir hissəsini hazırlayıb qablaşdırdıq və gələn qonaqlarımıza tədqim edirik”.

Burada rayonun digər ərazilərində, ətraf rayonlarda yetişdirilən meyvə-tərəvəzlərin, quru meyvə növlərinin satışı da təşkil edilir. Turistlər orqanik məhsulları elə həyətdəcə əldə edə bilirlər.
Turizm mütəxəssislərinin fikrincə, Göyçayın digər kəndlərində, eləcə də ətraf rayonlarda bu tipli aqro-turizm məkanlarının yaradılması kənd təsərrüfatının, eləcə də turizmin inkişafına, yerli əhalinin məşğulluğuna təkan verəcək. Məkanın sahibləri də əldə etdikləri gəliri yenidən təsərrüfatın inkişafına yönəldərək daha çox yerli və əcnəbi turistin qəbul edilməsinə şərait yaratmağı düşünürlər.

Fərqanə ALLAHVERDİQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?