31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sahibkar Afət Məmmədov: “Dövlət hər zaman yanımızdadır”

Sahibkar Afət Məmmədov: “Dövlət hər zaman yanımızdadır”

Azərbaycanda sahibkarlıq subyektlərinə dövlət dəstəyi onların maliyyə resursları, müxtəlif güzəştli kreditlər əldə etmək imkanlarının artırılması ilə məhdudlaşmır. Necə illərdir ki, ölkədə icazə verilən yoxlamalar istisna olunmaqla, sahibkarlıq sahəsində yoxlamaların aparılması qadağan edilib. Dövlət yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamaların aparılmasına icazə verir. Bununla sahibkarlara yaradılan süni maneələr aradan qaldırıb, onların işi xeyli yüngülləşib.

Tekstil məmulatlarının istehsalı ilə məşğul olan "AZANİ TEKSTİL" MMC 2000-ci ildən Bakıda fəaliyyət göstərir. Şirkət hazırda uşaq geyimləri ilə yanaşı, sifarişlər üzrə müxtəlif cür geyimlər də tikir və öz məhsullarını yerli bazarda satır.

"AZANİ TEKSTİL" MMC-nin təsisçisi və direktoru Afət Məmmədov sahibkarlar üçün yaradılan şəraitdən, eləcə də onlara İqtisadiyyat Nazirliyinin xətti ilə kreditlərin verilməsi şərtlərindən razılıq edir. Onun sözlərinə görə, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması işlərinin xeyli asanlaşmasına imkan verib və bu onların məsuliyyətini artırıb: “Yoxlamaların dayandırılması o demək deyil ki, sahibkarlar öz işlərinə məsuliyyətsiz yanaşaraq fəaliyyətlərində nöqsanlara yol verməlidirlər. Əlavə vaxt itkisinə məruz qalmayan, süni problemlərlə üzləşməyən sahibkar indi öz işinə daha məsuliyyətlə yanaşmalıdır”.

Fəaliyyətlərini genişləndirmək üçün dövlətdən daim dəstək, o cümlədən maliyyə dəstəyi aldıqlarını deyən A.Məmmədovun sözlərinə görə, sonuncu dəfə bu il İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun xətti ilə götürdükləri 198 min manat güzəştli kredit istehsal avadanlıqlarının alınmasına yönəldilib: “Daha fərqli modellər tikə bilməyimiz üçün yeni texnikalara ehtiyacımız var idi. Əlavə maliyyə vəsaiti ədə etmək üçün dövlət bizə lazım olan dəstəyi verdi. Dövlətin yaratdığı şəraitdən istifadə edərək fəaliyyətimizi genişləndirməyə, yeni istehsal sahələri yaratmağa, keyfiyyətli mallar istehsal etməyə, işçilərimizin sayını artırmağa çalışırıq. Onu da deyim ki, digər sahələrdən fərqli olaraq tekstil sahəsində əl əməyinə daha böyük ehtiyac olur. Bu isə daha çox insanı işlə təmin etməyimizə, məşğulluğa töhfə verməyimizə imkan yaradır”.

MMC direktoru xüsusi vurğulayır ki, sahibkarlar da öz işlərini dövlətin maraqlarına uyğun qurmalıdırlar. Onlar geyim istehsalı üçün tələb olunan xammalı əvvəllər Türkiyədən gətirsələlər də, indi yerli bazardan alırlar. Bu isə xərclərin xeyli aşağı düşməsinə və məhsulun maya dəyərinin azalmasına səbəb olur: “Biz elə etməliyik ki, dövlətin valyutası kənara çıxmasın. İdxal etdiyimiz malları yerli sahibkarlar Azərbaycanda istehsal etsinlər. Bunun üçünsə istehsal inkişaf etdirilərək daha da genişlənməlidir”.

İlhamə İSABALAYEVA

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?