26 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkar Asəf İsmayılov: “Ölkəmizdəki işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb”

Dövlət tərəfindən sahibkarlara göstərilən diqqətin çoxalması, tətbiq edilən dəstək mexanizmlərinin effektivliyinin, ünvanlılığının və şəffaflığının artırılması özəl sektorun ölkə iqtisadiyyatındakı rolunu getdikcə daha çox gücləndirir. İnvestisiya layihələrinin həyata keçirilməsi məqsədilə güzəştli kreditlərin verilməsi, iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafına töhfə verəcək prioritet proqramların maliyyələşdirilməsi ölkəmizdə kiçik və orta sahibkarlığın genişlənməsinə şərait yaratmaqla yanaşı, yeni iş yerlərinin də açılmasına imkan verir.

Azərbaycanda ən böyük toyuq məhsulları istehsalçısı olan “Siyəzən broyler” Açıq Səhmdar Cəmiyyəti dövlətin dəstək mexanizmlərindən istifadə edərək fəaliyyətini genişləndirən özəl təsərrüfatlardan biridir. Quşçuluğun inkişafı ilə bağlı 14,5 milyon manatlıq investisiya layihəsinin maliyyələşdirilməsi üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun xətti ilə dövlətdən 8,1 milyon manat güzəştli kredit alan “Siyəzən broyler” bu layihə çərçivəsində 183 nəfəri işlə təmin edib.

“Siyəzən Broyler” ASC-nin direktoru Asəf İsmayılov ölkənin gələcək iqtisadi dayanıqlılığını təmin etmək, kənd təsərrüfatı və sənaye potensialını inkişaf etdirmək məqsədilə olduqca ciddi islahatların aparıldığını deyir: “Büdcə investisiyalarının ümumi xərclərində kənd təsərrüfatı və aqrar sənayenin inkişafının dəstəklənməsi üçün xeyli vəsait ayrılıb. Azərbaycan dövləti sahibkarlara, xüsusilə də kənd təsərrüfatı sahəsində çalışan iş adamlarına böyük dəstək göstərir”. Ən böyük dəstək alanlardan birinin rəhbərlik etdiyi “Siyəzən broyler” ASC olduğunu deyən A.İsmayılov vurğulayır: “Əvvəllər də Sahibkarlığın İnkişafı Fondunun xətti ilə güzəştli kredit almışıq. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən güzəştli şərtlərlə çoxsaylı kənd təsərrüfatı texnikaları və avandılıqları əldə etmişik. Aqrar sahəyə ayrılan subsidiyaların məqsədi kənd təsərrüfatı məhsullarına çəkilən istehsal xərclərini tənzimləmək, fermerlərin gəlirliliyini artırmaq, ərzaq məhsullarının qiymətlərini sabitləşdirmək və istehsalı təşviq etməkdir. Azərbaycanın iqtisadi uğurlarında aqrar bölmənin payı danılmazdır. Ölkə iqtisadiyyatında əldə edilən uğurların böyük hissəsi aqrar bölmənin payına düşür. Bu isə dövlətin kənd təsərrüfatına getdikcə daha çox diqqət göstərməsinin nəticəsidir. Büdcə investisiya proqramında bu sahələrə dövlət dəstəyinin artırılması, zəruri ərzaq məhsulları, o cümlədən ət və ət məhsullarına tələbatın ödənilməsi istiqamətində həyata keçirilən tədbirlərin dəstəklənməsi nəzərdə tutulur. Bütün bunlar əhalinin kənd təsərrüfatı məhsullarına tələbatının tam ödənilməsinə, ciddi ixrac potensialı yaratmaqla Azərbaycanın xarici bazarlara çıxışının təmin olunmasına yönəldilmiş strateji hədəflərdir”.

A.İsmayılovun sözlərinə görə, özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün ölkəmizdə yaradılan işgüzar mühit ildən-ilə əhəmiyyətli dərəcədə yaxşılaşdırılır.

Özəl sektor tərəfindən ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi üçün yaradılan şəraitdən razılıq edən sahibkar Azərbaycanda sağlam rəqabət mühitinin yaradıldığını, haqsız rəqabətin qarşısının alınması üçün İqtisadyyat Nazirliyi tərəfindən ciddi tədbirlərin görüldüyünü söyləyir. Yerli istehsalın təşviqi ilə bağlı görülən tədbirləri dəstəkləyən A.İsmayılov hesab edir ki, Azərbaycanda yalnız biznesin təşviqi mexanizmləri yaradılmır, bu mexanizmlərin iqtisadi səmərəsinin artırılması üçün də böyük işlər görülür. Bütün bunlar isə yerli istehsalçıları daha çox investisiya yatırmağa həvəsləndirir.

İlhamə İSABALAYEVA

VergiGəlir vergisi ödəyicisi olan fiziki şəxs mükəlləfiyyətini dəyişə bilərmi? VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub