12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkar Məhəmməd Nağıyev: “İqtisadiyyat Nazirliyinin dəstəyi sayəsində heç bir çətinlik olmadan güzəştli kreditlər əldə edə bilirik”

Azərbaycanda iş adamlarının maliyyə resursları əldə etmək imkanlarının genişləndirilməsi, fəaliyyətlərinin dayanıqlığının təmin edilməsi, bunun üçün müxtəlif dəstək və təşviqedici mexanizmlərin tətbiqi sahibkarlıq fəaliyyətinin inkişafına nail olmaq üçün müəyyən edilən əsas strateji hədəflərdir. İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən güzəştli kreditlərin verilməsi sahibkarlığın inkişafına dövlət dəstəyini gücləndirməklə yanaşı, dövlət və sahibkarlar arasındakı əməkdaşlığı, sahibkarların bu əməkdaşlıqdan məmnunluq səviyyəsini də ildən-ilə gücləndirir.

Yalnız son statistikaya nəzər saldıqda görmək olar ki, 2022-ci ilin əvvəlindən oktyabr ayınadək SİF tərəfindən 1.963 sahibkara 90,2 milyon manat, o cümlədən 1.953 kiçik və orta həcmli layihəyə 62,8 milyon manat güzəştli kredit verilib. Güzəştli kreditlərin 68,8 faizi aqrar sektora, 31,2 faizi sənaye məhsullarının istehsalı, emalı və s. sahələrə yönəldilib. Bu kreditlərin ümumi məbləğinin 83,3 faizi isə regionların payına düşür.

“Kredit hesabına salınan bağdan gələn ildən gəlir əldə etməyə başlayacayıq”

SİF tərəfindən verilmiş kreditlərdən faydalanan sahibkarlıq subyektlərindən biri də “Xızı Aqro” MMC-dir. Müəssisənin yaradıcısı, hazırda müəssisədə müdir müşaviri vəzifəsində çalışan sahibkar Məhəmməd Nağıyevin sözlərinə görə, intensiv bağçılıq təsərrüfatının yaradılması məqsədilə 24 milyon 255 min 282 manat dəyərində layihə hazırlayıb və onun bir hissəsinin maliyyələşdirilməsi üçün SİF-dən 10 milyon manat kredit götürüblər. 2021-ci ilin mayında 72 ay müddətinə verilmiş bu kredit hesabına Qusar rayonunun iki kəndinin ərazisində alma, armud, badam, qoz bağları salınıb.

İlk ildə bağ 10 faiz həcmində məhsul verəcək. Sonrakı 3 ildə bu faiz göstəricisi
getdikcə yüksələcək və dördüncü ildə bağ 100 faiz məhsul əldə edəcəyik.

Bağların salınması üçün Türkiyədən ting sifariş etdiklərini açıqlayan sahibkar deyir ki, SİF-dən alınan kredit hesabına ümumilikdə 1.000 hektar ərazidə bağçılıq təsərrüfatı yaradılacaq. Ötən il təxminən 450 hektar ərazidə yeni bağ salınıb. Bu il isə təxminən bağ sahəsinin 300 hektar artırılması planlaşdırılır. Artıq yeni bağ təsərrüfatının yaradılması üçün yer ayrılıb. 2023-cü ilin sonunadək layihə üzrə nəzərdə tutulmuş 1.000 hektar bağın salınması işi yekunlaşdırılacaq.

M.Nağıyev kredit hesabına saldıqları bağdan gələn il gəlir əldə etməyə başlayacaqlarını söyləyir: “Gələn il alma ağaclarından az da olsa, məhsul əldə edəcəyimizi gözləyirik. İlk ildə bağ 10 faiz həcmində məhsul verəcək. Sonrakı 3 ildə bu faiz göstəricisi getdikcə yüksələcək və dördüncü ildə bağ 100 faiz məhsul əldə edəcəyik.

Qeyd edək ki, “Xızı Aqro” arpa, buğda, eləcə də istixanada pomidor, xiyar və s. kənd təsərrüfatı məhsulları da istehsal edir”.

“Vergi güzəştləri sahibkarlara fəaliyyətlərini daha da genişləndirməyə imkan verir”

Prezident İlham Əliyevin apardığı iqtisadi siyasətin sahibkarlara öz işini genişləndirməyə imkan verdiyi deyən M.Nağıyev vurğulayıb ki, Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçıları üçün böyük vergi güzəştləri tətbiq edilir: “Hazırda yalnız torpaq vergisi ödəyir, sosial ayırmalar üzrə ödənişlər edirik, digər vergilərdən azadıq. İqtisadiyyat Nazirliyinin sahibkarlara dəstəyi böyükdür. Vergi güzəştləri biz sahibkarlara fəaliyyətimizi daha da genişləndirməyə imkan verir”.

Kreditlərin verilmə şərtlərindən razılıq edən sahibkar əlavə edir ki, İqtisadiyyat Nazirliyinin böyük dəstəyi sayəsində sahibkarlar heç bir çətinlik olmadan, güzəştli şərtlərlə kredit əldə edirlər.

İqtisadiyyat Nazirliyinin sahibkarlara dəstəyi böyükdür. Vergi güzəştləri
biz sahibkarlara fəaliyyətimizi daha da genişləndirməyə imkan verir.

M.Nağıyev meyvə bağlarından başqa, zeytun bağları salmağı da planlaşdırır. Ölkədə yeni zeytun bağlarının salınmasına, eləcə də zeytun yağına, konservləşdirilmiş zeytuna böyük ehtiyacın olduğunu deyən fermer İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Xızı rayonu ərazisindəki 3.000 hektara yaxın ərazidə zeytun bağları salmaq arzusundadır. “Xızı Aqro” MMC bu məqsədlə gələn ilin birinci rübündə nazirliyə müraciət edəcək: “İndiyədək hər zaman İqtisadiyyat Nazirliyindən dəstək almışıq. Əminəm ki, bundan sonra da nazirlik işimizi qurmaq üçün bizə yardım göstərəcək. Hazırda Türkiyə tərəfindən güclü bir partnyor axtarırıq ki, onunla birgə həm zeytunu konservləşdirmək, həm də öz ərazimizdə yetişdirilən zeytunu yağa çevirmək üçün kiçik zavod yaradaq. Partnyorumuzla birlikdə bu layihənin hazırlıq işlərini tamamladıqdan sonra kredit və digər təşviq mexanizmlərindən faydalanmaq üçün İqtisadiyyat Nazirliyinə müraciət edəcəyik”.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?