18 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Malların alış aktının təqdim edilməsi

Malların alış aktının təqdim edilməsi

Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Məcəllənin 71-2.2-ci maddəsində isə göstərilib ki, elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Qanunvericiliyin tələblərini iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edib.

1 yanvar 2020-ci il tarixdən tətbiq edilən elektron alış aktlarının vergi orqanlarına təqdim olunması nəticəsində vergi orqanı elektron bazada malların alış aktı vasitəsilə malları satan şəxslər haqqında məlumat toplayaraq emal etmək imkanı əldə edəcək. Malların alış aktı və ya elektron alış sənədi sırf malların alışını təsdiq edən sənəd hesab olunur. Vergi ödəyicisi malların vergi ödəyicisi olmayan şəxslərdən nağd şəkildə əldə etdikdə kassa-məxaric orderi yazıb qarşı tərəfin şəxsiyyət vəsiqəsinin surətini ona əlavə etməlidir.

Vergi ödəyicisi elektron alış aktı ilə yanaşı, malların kağız əsaslı alış aktını da tərtib etməlidir. Amma malların alış aktının kağızda tərtibinə ehtiyac olmaya da bilər: Vergi Məcəlləsinin 71-2.3-cü maddəsində göstərilib ki, vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda, həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və bu halda kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Misal: Tutaq ki, "TT" MMC vergi ödəyici olmayan şəxsdən 7.000 manatlıq kənd təsərrüfatı məhsullarını qəbul edir. Vergi ödəyicisi olmayan şəxs tərəfindən malların təqdim edilməsi vergi ödəyicisinin ərazisində baş verdiyi üçün vergi ödəyicisi elektron alış sənədini hazırlayaraq vergi ödəyicisinə imzalatdırır. Bu proses zamanı malların alış aktının imzalanmasına ehtiyac yoxdur.

Fərqanə ALLAHVERDİQIZI

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?